Facebook Twitter WhatsApp

Nəfsi-əmmarə və səlim ağıl

Sual: Nəfsi-əmmarə nədir? Bundan necə xilas ola bilərik?
CAVAB
Nəfsi-əmmarə, şəhvətlərə qovuşmaq və qəzəbləndikləri insanlarla döyüşmək üçün bir ölçü, bir sərhəd tanımır. Gördüyü işlər daima həddi aşan, zərərli olur. Məsələn, heyvan susadıqda, təmiz suyu rahatlıqla tapır, içir. Doyduqda, artıq içməz. İnsanı nəfsi doyduqdan sonra da içirdir. Dana acıdıqda, çəmənlikdə otlayır. Doyduqda uzanır yatır. İnsan ac olduqda, çəmənlikdə otlaya bilməz. Tapdığı otlar arasında seçim etməlidir, seçdiyini soyub, təmizləyib, bişirməlidir. Nəfs, bu yorucu, usandırıcı işləri məmnuniyyətlə etdirir. Lakin xoşuna gələni, doyduqdan sonra da yedirdir.
Allahü təala mərhəməti sonsuz olduğu üçün hər dövrdə Peyğəmbərləri vasitəsilə nəfsin insanı fəlakətə sürükləməsinə mane olmaq məqsədilə, nəfsin arzularına tabe olmağa sərhəd qoyan, həm də nəfsi təmizləyib əmmarəlikdən [azğın olmaqdan] qurtaran əmr və qadağalar göndərdi. Ən sonunda İslamiyyəti göndərmişdir, digərlərini nəsh etmiş, yəni qüvvədən düşürmüşdür. Əvvəlki dinlər heç dəyişməmiş olsa belə, 4 incil deyil, tək incil olsa belə artıq onlarla əməl etmək caiz deyil.
Bir insan iş görərkən İslamiyyətə tabe olarsa, nəfsi əmmarəlikdən qurtulub, mütmainnə olar. Bu zaman şəhvəti və qəzəbini faydalı yerdə istifadə edər.
Nəfsi-əmmarə şəhvəti və qəzəbi həddindən artıq istifadə etdiyi üçün buna tabe olmaq şirin gəlir. İslamiyyətə tabe olmaq isə bu arzuları dayandırdığı üçün, təhdid etdiyi üçün acı, çətin gəlir. Buna görə insan İslamiyyətə əməl etmək istəmir. Nəfsə tabe olmaq istəyir. Nəfsinə tabe olan isə fəlakətlərə sürüklənir.
Allahü təalanın mərhəməti sonsuz olduğundan, insanlarda səadəti fəlakətdən, doğrunu əyridən və yararlını zərərlidən ayıra bilən bir qüvvə yaratdı. Bu çox qiymətli qüvvə, ağıldır. Çaşmayan, yanılmayan ağla “Səlim ağıl” deyilir. Səlim ağıl sahibi insan nəfsinə aldanmaz, İslamiyyətə əməl edər. Ağlı dinləməyən insan isə nəfsinə aldanar.
Qəlb həm nəfsə, həm duyğu orqanlarına bağlıdır. Duyğu orqanları nə ilə məşğul olursa, qəlb ona bağlanır. İnsan gözəl bir şeyi gördükdə, gözəl bir səs eşitdikdə, şirin bir şey yedikdə, qəlb bunlara bağlanır. Bu sevgi insanın əlində deyil. İnsan gözəl bir şey oxuduqda, qəlb bunların mənalarına, müəllifinə bağlanır. Gözəl, şirin, yəni qəlbə gözəl, şirin gələn şey deməkdir. İnsan çox vaxt həqiqi gözəlliyi anlaya bilmir. Nəfsə gözəl gələnlə, qəlbə gözəl gələni bir-biri ilə qarışdırır. Qəlb qüvvətlidirsə, həqiqi gözəlliyi anlayıb, onu sevir, bağlanır.
Ayəti-kərimələr, hədisi-şəriflər, Övliyaların sözləri, dua, təsbeh kimi qiymətli şeylər, əslində gözəldir, çox şirindir. Qəlbin nəfsə bağlılığı azaldıqda və nəfsin əlindən qurtulduqda, bunları oxuduğu, eşitdiyi zaman, bunların gözəlliyini anlayır, bağlanır, heç insanın xəbəri də olmur. Qurani-kərim oxuduqda və ya dinlədikdə, zikir etdikdə, ibadətləri yerinə yetirdikdə, Allahü təalanı sevir.
Qəlbi, nəfsin əlindən, onun təzyiqindən xilas etmək üçün nəfsi əzmək, qəlbi oyandırıb gücləndirmək lazımdır. Bu da, Rəsulullah əfəndimizə tabe olmaqla mümkün olur.
Muhamməd əleyhissalama tabe olaraq, qəlbini nəfsinin pəncəsindən xilas edən insan, övliyalardan bir şəxsiyyətin həyatını araşdırsa, onun Rəsulullahın varisi, Allahın sevgili qulu olduğunu anlayar. Allahü təalanı çox sevdiyi üçün Allahın sevdiyini də çox sevər. Ancaq əhli-sünnət alimlərinin yolundan gedilməzsə, insan sevməkdə yanıla bilər. Nəfsin sevdiklərini, qəlbin sevdiyi həqiqi gözəlliklər zənn edərək aldananlar çox olmuşdur, onlar fəlakətə sürüklənmişdirlər. Ona görə dinimizi bilmək və nəfsi yaxşı tanımaq lazımdır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину