Facebook Twitter WhatsApp

Qəlbi təmiz olmaq necə olur?

Sual: Qəlb ilə ürək fərqlidirmi? Qəlbi necə təmizləmək olar?
CAVAB
Sinəmizin sol tərəfindəki ət parçası ürəkdir. Ürək heyvanlarda da var. Qəlb ürəkdə yerləşən bir qüvvədir, görünməzdir. Lampada olan elektrik cərəyanı kimidir. Buna könül də deyilir. Könül insanlarda var, heyvanlarda yoxdur.
Bədəndəki bütün əzalar qəlbin əmrindədir. Duyğu orqanlarımızın hiss etdikləri bütün biliklər qəlbdə toplanır. İnanmaq, sevmək, qorxmaq insanın qəlbindədir. İman edən, kafir olan qəlbdir. Qəlbi təmiz olan dinə əməl edər. Qəlbi pis olan dindən qaçar. Gözəl, yaxşı əxlaqın və pis xasiyyətlərin yeri qəlbdir. Qəlbi təmizləmək üçün riyazət və mücahidə etmək lazımdır. Riyazət, nəfsin arzularını etməməkdir. Nəfsimiz haramları, məkruhları arzu edir. Bunlardan çəkinmək lazımdır. Mücahidə, nəfsin istəmədiyi şeyləri etmək deməkdir. Nəfsimizə yaxşılıq və ibadət etmək istəmir. Yaxşılıq və ibadət edərək qəlbi təmizləmək lazımdır! Allahü təala dinlərini, peyğəmbərləri, qəlbi təmizləmək üçün göndərmişdir. Qəlbi təmiz olan dinimizin əmrlərinə tabe olar, qadağan etdiklərindən çəkinər, hər kəsə yaxşılıq edər. Dünyada rahatlıq içində yaşayar. Axirətdə də sonsuz səadətə qovuşar. Qəlbi pis olan insan İslamiyyətdən qaçar. Dinimizin əmrlərini mürtəcelik, konservatizm olaraq qəbul edər. Dinə əməl etməyi də inkişaf, tərəqqi, mədəniyyət, azadlıq olaraq bilir. Pis xasiyyətlər qəlbi, ruhu xəstə edir. Xəstəliyin artması, qəlbin, ruhun ölümünə səbəb olur. Əvvəlcə qəlbi təmizləmək lazımdır.
İnsanı Allahü təalanın rızasına, sevgisinə qovuşduran yol qəlbdir. İnsanı Allahü təaladan uzaqlaşdıran şeylərin ən zərərlisi, dünya sevgisi üzündən qəlbin qaralmasıdır. Bu sevgi, pis yoldaşlardan və gərəksiz, zərərli şeylər seyr etməkdən əmələ gəlir. Faydasız kitab, [roman, hekayə, qəzet, jurnal] oxumaq, lazımsız şeylər danışmaq bu sevgini artırır. Qadın və qadın rəsmləri [rəsmli jurnal, videolar, filmlər, televiziya] izləmək, mahnı, çalğı dinləmək bu sevgini qəlbdə yerləşdirir. Bunların hamısı insanı Allahü təaladan uzaqlaşdırır.
Qəlb, sevgi yeridir. Sevgi olmayan qəlb ölmüş deməkdir. İslamiyyətin əmr və qadağalarına tabe olmaq lazımdır. Qəlbi oyaq olmayanın, Allahü təalanın varlığını, böyüklüyünü və Cənnət nemətlərini, Cəhənnəm atəşinin şiddətini xatırlamayanın, düşünməyənin bədəninin İslamiyyətə tabe olması çətin olur. Bədənin İslamiyyətə sevərək və asan uyğunlaşması üçün qəlbin təmiz olması lazımdır. Qəlbin təmiz və nəfsin mütmainnə [xatircəm] olduğunun əlaməti, bədənin İslamiyyətə sevə-sevə tabe olmasıdır.
Namaz qılmaq qəlbi təmizləyir. Günahların əfvinə səbəb olur. Lakin, qulluq vəzifəsi olduğunu düşünmədən şəhvətlərini, dünya mənfəətini düşünərək qılınan namazın şərtlərinə uyğun olsa, səhih olsa belə, dünyada və axirətdə faydası olmaz. Namaz qılarkən Allahü təalanın böyüklüyünü, Onun əmrini yerinə yetirməyi düşünmək lazımdır. Ancaq belə qılınan namaz qəlbi təmizləyər, insanı pislik etməkdən qoruyar.
Feyz, qəlbdən qəlbə gələn, insana Allahü təalanın razı olduğu şeyləri etdirən nurdur, bir qüvvədir. Feyzlər, Rəsulullah əfəndimizin mübarək qəlbindən yayılır, övliyanın qəlbləri vasitəsilə övliyanı çox sevən qəlblərə keçir. Feyzə qovuşan bir insanın qəlbi elmlər, mərifətlər, kəramətlər xəzinəsi olur. Bu səadətə qovuşmaq üçün Əhli-sünnət etiqadında olmaq və dinin əmr və qadağalarına əməl etmək şərtdir.
Bədəni bəsləyən ruzilər və qəlbi təmizləyən feyzlər, əzəldə təqdir və təqsim edilmişdir. Lakin bunlara qovuşmaq üçün adəti-ilahiyyəyə tabe olmaq, səbəblərini axtarıb-tapmaq üçün çalışmaq lazımdır. Şərtlərinə tabe olaraq çalışana, əlbəttə verilir. Qiymətli üləma və övliyanın kitablarından tərcümə edilərək hazırlanan  “Hakikat Kitabevi”nin nəşrlərindən elmihal və digər kitablardan hər gün bir və ya iki səhifə oxuyan o böyüklərdən feyz alır. Feyz, nur deməkdir. Nur qəlbə yağır, qəlbi təmizləyir. Oxuduqca qəlb nurlanır. Oxuduğunu da anlamaya başlayır. Övliya, Rəsulullahı yaxşı tanıdığı üçün Onun mübarək qəlbindən feyz alır və bu feyzlər qəlbindən, ona bağlananların qəlblərinə axır. Feyz gələn qəlb təmizlənir, əxlaqı gözəl olur. Vəlinin qəlbindəki feyzlər, nurlar, günəşin ziyası kimi yayılır. Onu sevən müsəlmanların qəlblərinə axır. Onların bu feyzləri aldıqlarından xəbərləri belə olmaz. Qəlblərinin təmizləndiyini isə anlayırlar. Qarpızın günəşin altında yetişdiyi kimi kəmala gəlirlər. Əshabı-kiram Rəsulullahın söhbətində belə kəmala gəlmişdi.

Hər qabdan içindəki sızır
Sual:
 “İşin əslini bilmədən heç kimi ittiham etmək olmaz. İçki içməyənləri xətasız, içki içənləri xətalı zənn etmək olduqca səhv bir düşüncədir. Qumar oynamayanları xətasız, qumar oynayanları xətalı sanmaq da olduqca səhv bir düşüncədir. Namaz qılanları xətasız, namaz qılmayanları xətalı bilmək də həmçinin çox səhv bir düşüncədir. Dinə uyğun hicablı bir xanım xətasız, hicabsızlar isə xəta içindədirlər kimi bir düşüncədə olmaq da səhvdir. Dürüstlük geyim-keçimlə deyil, böyüdüyü ətraf mühitdən və xarakterdən asılıdır. İnsanları geyim tərzi ilə ittiham etmək çox səhvdir, böyük xətadır. Belə yanlış hislərə və düşüncəyə qapılanlar bu yanlışlarını bir kənara qoymalıdırlar” iddiası doğrudurmu?

CAVAB
Çox səhvdir. Bir insanın yaxşı və ya pis olduğu, danışığından, hərəkətlərindən, gördüyü işlərdən aydın olur. Bir hədisi-şərifdə, “Hər qabdan içindəki sızar” buyurulur. İmam Rabbani həzrətləri də, “Xarici görünüşümüz, daxilimizin [içimizin] əlamətidir” buyurur. Yunus Əmrə də deyir ki:


Kim ki ədəpsiz gəzər, gec-tez yolundan azar,
Daxilində nə varsa, o da üzünə sızar.

İstisnalar xaric, bir adamın işinə bax, geyiminə bax, nə olduğu aydın olur. İstisna olanları hökm kimi ortaya atmaq çox səhv düşüncədir. Bir neçə nümunə verək:
Keçmişdə sünnət olmaq Müsəlmanlıq əlaməti idi, lakin müasir dövrdə sünnətsiz olan birinə qeyri-müsəlman demək düzgün deyil. Çünki sayı az olsa da, sünnətsiz olan Müsəlman ola bilər. Əksinə sünnətli olan qeyri-müsəlman da ola bilər. Çünki sağlamlığa xeyirdir deyə sünnət olan xristianlar var. Yəhudilər isə həmişə sünnət olurlar. Bu cəhətdən sünnətli olmaq dəqiq bir ölçü sayılmır.
Allah qorxusunun əlaməti haramlardan çəkinməkdir. Hər günahı çox təhlükəli görməliyik! Möminin əlamətlərindən biri də günahını çox təhlükəli görməsidir. Hədisi-şərifdə buyuruldu ki:
“Mömin günahını baş ucunda hər an üstünə düşəcək bir dağ kimi görür. Münafiq isə burnuna qonmuş indi uçacaq milçək kimi görür.” [Buxari]
Bədənin pozulması, yəni günah işləmək, qəlbin pozulmasının əlamətidir. Açıq-saçıq gəzənlərin və ya başqa günah işləyənlərin, “Sən, qəlbimə bax, qəlbim təmizdir” demələri yanlışdır.
İçki içənin, qumar oynayanın, namaz qılmayanın, açıq-saçıq gəzənin, başqa nə qədər yaxşı xüsusiyyətləri olsa da, işlədiyi günah açıq-aşkardır. O artıq saleh bir insan olmaqdan çıxıb, fasiq sinfinə daxil olub, Allahın əmrinə üsyan edir. Hicablı xanım çox pis olsa belə, açıq-aşkar bir günahı görünmür. Fahişələrin demək olar hamısı açıq-saçıq geyinir. Hicablı qadından da fahişə ola bilər, amma belələrinin sayı çox azdır. Ona görə geyimin əhəmiyyətini inkar edilə bilməz. “Dürüstlük geyim-keçimlə deyil” deyən cahillərə etibar etmək olmaz. Bir hədisi-şərifdə buyurulur ki:
“Din cahillərinin çoxalması, qiyamət əlamətlərindəndir.” [Buxari]
Haram işləyənə, günah işlədiyi bilinənə, açıqdan günah işləyənə fasiq deyilir. Məsələn, namaz qılmayan, içki içən, qumar oynayan, yad qadınlara [şəhvətlə] baxan, xanımının, qızının açıq-saçıq olmasına izn verən kişi fasiqdir. İşlədiyi günaha da fisq deyilir. Kiçik günaha davam edən də fasiq olur. Fasiqlər haqqında hədisi-şəriflərdə buyurulur ki:

“Fasiqi təriflədikdə, Rəbbimiz qəzəbə gəlir.” [Beyhəqı]
“Dinin üç afəti var: Fasiq alim, zalım idarəçi, cahil sofu.” [Deyləmi]
“Fisqi açıq-aşkar olan fasiqə lənət olsun.” [Deyləmi]
“Fisqini elan edən fasiq, hörməti itirmişdir.” [Deyləmi]

Sual: Qəlb gözü nədir?
CAVAB

Qəlb gözü, başdakı gözdən daha kəskin görür. Belə ki, Qurani-kərimdə məalən, “Gözünün gördüyünü qəlbi yalanlamadı” buyurulur. (Nəcm 11)

Cənab Haqq, İbrahim əleyhissalamdakı qəlb gözünü nəzərdə tutaraq buyurur ki:
“Biz İbrahimə göylərin və yerin gizli sirlərini göstərdik.” [Ənam 75]

Bu görmə işindən xəbərsiz olana da “qəlbi kordur” buyurur. Qurani-kərimdə məalən, “Əslində gözlər deyil, sinədəki qəlblər kordur” buyurulur. (Həcc 46)

Qəlb korluğu çox pisdir. Qurani-kərimdə yenə buyurulur ki:
“Dünyada [qəlb gözü] kor olan, axirətdə də kordur.” [İsra 72]

Hədisi-şərifdə də, “Ümmətimdən qəlb gözü açıq olan, ilham sahibi [övliya] kimsələr vardır. [Həzrəti] Ömər onlardan biridir” buyuruldu. (Buxari)

Qəlbim təmizdirmi?
Sual:
 Qəlbim bir qərarda qalmır. Bəzən yaxşıya, bəzən pisə meyl edir. Qəlbimin daim təmiz qalması və sabit durması üçün nə etməliyəm?

CAVAB
Möminin qəlbi hər zaman elə olur. Kafirin qəlbi hərəkətsizdir. Qəlbimizin təmiz, yoxsa kirli olduğu günahlara olan vəziyyətindən bəlli olur. Bir hədisi-şərif məalı:

“Hər qəlb fitnəyə məruz qalır. Hansı qəlbə bir fitnə [günah] düşsə, orada bir qara ləkə əmələ gəlir. Hansı qəlb, o fitnəni rədd etsə, orada ağ bir nöqtə əmələ gəlir. O qəlb, ağ bez kimi ağappaq olur. Fitnə, ona heç zərər verə bilməz. Bulanıq qəlb isə qara bir daş kimidir. Əyri və ya tərs bir fincana bənzəyir. Belə qəlb yaxşılıqlardan uzaq düşür, pislikləri tanımır və həmişə nəfsinin həvasına uyur.” [Müslim]
 Günahlardan çəkiniriksə, deməli qəlbimiz təmizdir. Günahları rahat işləyə biliriksə kirlidir. Nəyin günah olduğunu da dinimiz bildirmişdir.

Zülməti təmizləməyin yolu
Sual: Günahlarımızla, pis insanların yeməkləri və bunlarla görüşmək səbəbilə qəlbimizə gələn zülməti necə təmizləmək olar?
CAVAB

İmam Rabbani həzrətləri buyurur ki: Qəlbə gələn zülməti təmizləmək üçü, tövbə və istiğfar edərək Allahü təalaya sığınmaq lazımdır. (1/171)
Həzrəti Əbu Bəkir buyurdu ki: Beş zülmətin beş işığı var:
1- Dünya zülmətinin işığı ibadətdir.
2- Günah zülmətinin işığı tövbədir.
3- Qəbir zülmətinin işığı, La ilahə illəllah, Muhammədün Rəsulullah deməkdir.
4- Axirət qaranlığının işığı saleh əməldir.
5- Sirat qaranlığının işığı yəqindir. [Doğru və şübhəsiz imandır.]
Həzrəti Osman da buyurdu ki: Dünya və dünya malı üçün qəmlənmək qəlbə zülmət verir. Axirət üçün qəmlənmək qəlbi nurlandırır. (M.Ç.Y. Güzin)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину