Facebook Twitter WhatsApp

Ağıl, qəlb, nəfs və beyin

Sual: Ağıl, qəlb, beyin və nəfsin vəzifələri nələrdir? Yerləri haradır və bizi idarə edən beyindir, yoxsa qəlbdir?
CAVAB
Allahü təala insanda görünməyən üç şey yaratdı: Ağıl, qəlb və nəfs. Varlıqlarını əsərləri ilə, gördükləri işlərlə və dinimizin bildirməsi ilə anlayırıq. Ağıl və nəfs beynimizdə, qəlb ürəyimizdədir. Buralarda olmaları, elektrikin ampulda olması kimidir. Ənbiya və övliya istisna olmaqla, hər kəsin nəfsi çox pisdir, kafirdir. Bu pis nəfsə “nəfsi-əmmarə” deyilir. Pisliklərə sürükləyən nəfsdir, insanın ən böyük düşmənidir. Daha sonra pis yoldaş və şeytan gəlir.
Şeytan insana verdiyi vəsvəsəyə aldanmadığını gördükdə, bundan əl çəkir, başqa bir vəsvəsə verir. Şeytan itə bənzəyir, qovduqca qaçar, başqa tərəfdən yenə gəlir. Nəfsi-əmmarə isə pələng kimidir, hücum edərsə, ancaq öldürməklə bitir, ölənə qədər yaxamızı buraxmaz. Bir ayə məalı:
“Nəfsi-əmmarə, əlbəttə günahları, pislikləri əmr edir.” [Yusif 53]
“Ədəb-üd-dünya” adlı kitabdakı hədisi-şəriflərdən bir neçəsinin məali belədir:
“İnsanın ən güclü düşməni nəfsidir, sonra ailə-uşağıdır.” [Deyləmi]
“Əsl qəhrəman nəfsinə qalib gələndir.” [Əl-Əskəri]
“Ağlın əlaməti nəfsə qalib gəlmək və öldükdən sonra lazım olanları hazırlamaqdır. Axmaqlıq əlaməti nəfsə tabe olub, Allahdan əfv və mərhəmət gözləməkdir.” [Tirmizi]
Ağıl beyin vasitəsilə duyğu orqanlarından, şeytan və nəfsdən qəlbə gələn arzuları düşünüb, yaxşılarını pislərindən ayıran bir qüvvədir. Ayırarkən yanılmasa buna “Səlim ağıl” deyilir. Ağıl, nəfsin istəklərini Peyğəmbərlərin yaxşı dedikləri şeylərdən ayırıb qəlbə bildirir. Qəlb də ağlın bildirdiyini seçsə, nəfsin arzularını etmək istəməyəcək. Yəni beyin vasitəsilə hərəkət üzvlərinə bunu etdirməyəcək.
Qəlb, dinimizin doğrudur dediklərini seçib əməl etdirsə, insan səadətə qovuşar.
İnsanın hərəkət orqanları beyninə, beyni də qəlbinə tabedir. Qəlbin əmrinə uyğun hərəkət edirlər. Qəlb, beyin vasitəsilə duyğu orqanlarından və ruh vasitəsilə ilahidən, ağıldan, mələkdən, hafizədən, nəfsdən və şeytandan gələn təsirlərin toplandığı bir mərkəzdir. Bir hədisi-şərif məalı belədir:
“Qəlb orqanların hökmdarıdır. Hökmdar yaxşı olduqda əmrindəkilər də yaxşı olar. Pozğun olduqda isə əmrindəkilər də pozulur.” [Beyhəqı, İbni Adiy]
Qəlb ağla tabe olduqda nəfsin yaradılışı, insanların sonsuz nemətlərə qovuşmalarına mane deyil. Qəlbin nəfsə aldanmaması, ona tabe olmaması, nəfslə “Cihadı əkbər” sayılır. Allahü təala cihad edənlərə Cənnətdə yüksək dərəcələr verəcəyini bildirir. Bir ayə məali:
“Allahdan qorxub, nəfsini pis arzulardan uzaqlaşdıranların gedəcəkləri yer mütləq ki, Cənnətdir.” [Naziət 40, 41]
Bir hədisi-şərif məali də belədir:
“Ən üstün cihad, Allah yolunda nəfslə olan cihaddır.” [Əbu Davud, Tabərani]
Nəfs, insanların cihad savabına qovuşmalarına mələklərdən üstün olmalarına səbəb olur.
Şeytanın nəfsi yoxdur
Sual:
 Şeytanın da bizim kimi nəfsi-əmmarəsi vardırmı?

CAVAB
Xeyr, yoxdur.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину