Facebook Twitter WhatsApp

Nəfsi xor görmək

Sual: Təvazökarlıq göstərməklə təvazökar olmaq fərqlidirmi? İzzəti- nəfsinə düşkün olmaq zərərlidirmi?
CAVAB
Təvazökarlıq göstərmək süni və gülünc olur. Kasıbın lovğalanmasına bənzəyir. Təvazökar olmaq isə təbiidir. Nəfsə düşkün olmaq çox zərərlidir. Çünki nəfsin hər istədiyi öz zərərinədir. Nəfsin istəklərinə aldanmamaq üçün çalışmaq cihaddır. Peyğəmbər əfəndimiz nəfslə mübarizə aparmağa böyük cihad adını vermişdir. Nəfsin arzularından qaçıb, dinimizin əmrinə tabe olmağa çalışmalıyıq. Üç hədisi-şərif məali belədir:
“Nəfsini xor görən dininə dəyər vermiş, nəfsini əziz tutan dinini xor tutmuş sayılır. Din isə əziz tutulması lazım olan ən böyük nemətdir. Nəfsini bəsləyən dinini zəiflətmiş olur, dinini bəsləyən isə, dini də, nəfsi də məqbul şəkildə bəsləmiş sayılır.” [Əbu Nuaym]
“Nə xoşbəxtdir o insan ki, nəfsini alçaldmadan tövazökarlıq göstərir, miskinliyə düşmədən nəfsini kiçildir, malını günah olmayan yerlərə xərcləyir, yoxsullara, möhtaclara mərhəmət edir, fiqh və hikmət əhli ilə birlikdə olur, elmi ilə əməl edir, malının artığını paylayır və sözünün artığını özündə tutur.” [Beyhəqı]
“Allaha ibadət yolunda nəfsini zəlil edən insan günah işləyərək şərəf axtarandan daha əzizdir.” [Əbu Nuaym]
Nəfsini xor, dinini əziz tutmağın ən kəsdirmə və rahat yolu imam Rabbani həzrətləri kimi böyüklərin yolunda olmaq, onları çox sevmək, onlarda fani olmaqdır. Bunu etməyən, nə nəfsini xor görə bilər, nə də dinini əziz tuta bilər.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину