Facebook Twitter WhatsApp

Nəfsin hiyləsi çoxdur

Sual: Nəfsin hiylələri bilinsə, nəfsi tərbiyə etmək daha asan olar. Nəfsin hiylələri nələrdir?
CAVAB
İmam Rabbani həzrətləri buyurur ki:
Nəfsi-əmmarədən əmələ gələn pisliklər insanın öz xəstəliyidir. Öldürücü zəhərdir və ibadətlə bağdaşmır. Xaricdən gələn pis istəklər, şeytandan gəlməsilə yanaşı yoluxucu xəstəlik olur. Kiçik bir dərmanla asanlıqla müalicə etmək olar. Qurani-kərimdə, “Şeytanın aldatması, əlbəttə, zəifdir” buyuruldu. Ən böyük düşmənimiz nəfsimizdir. Can düşmənimiz hər zaman yanımızda olan bu mənfur yoldaşımızdır. Xaricdəki düşmənimiz bu daxili düşmənin köməyi ilə bizə hücum edir. Onun yardımı ilə bizi yaralayır. Məxluqlar içərisində ən cahil olan insanın nəfsidir. Çünki, nəfsi-əmmarə özünə düşmənlik edir. Daima özünü məhv edən şeylər istəyir. Hər istəyi Allahü təalanın qadağan etdiyi şeylərdir. Hər işi öz və bütün yaxşılıqların sahibi Allahü təalaya qarşı qarşı çıxmaqdır. Daima öz can düşməni olan şeytana aldanır. (3/27)
Muhamməd Məsum həzrətləri buyurur ki:
Gənclik, ömrün ən dəyərli, insanın sağlam, qüvvəli olduğu vaxtıdır. Bu zaman hər gün keçir, azalır, yaşlılıq yaxınlaşır. Təəssüflər olsun ki, ən şərəfli, ən lazımlı işi, mərifətullahı qazanmağı, xəyal olan ömrün sonuna saxlayırıq. Ən şərəfli zamanlarımızı ən zərərli, ən pis şey olan nəfsin arzularına qovuşmaq üçün sərf edirik. Peyğəmbər əfəndimiz, “Sabah edərəm deyənlər aldandı” buyurdu. Allahü təala insan və cinləri mərifətullaha və Allahü təalanın rizasına, sevgisinə qovuşmaq üçün yaratdı. Nəfslərimizin arzularının arxasınca qaçan biz axmaqlar nə vaxt ağlımızı başımıza yığacağıq? Nə vaxta qədər bu nemətdən məhrum qalacağıq? Nəfsi və şeytanı sevindirməyə və Allahü təalanın rizasından məhrum qalmağa daha nə qədər davam edəcəyik? Dünya ləzzətləri nəfsin arzularıdır. İnsanın Allahü təalanın mərifətinə qovuşmasına mane olan ən qüvvətli düşmən də nəfsin arzularıdır. Bu arzular bitməz və tükənməz. Hamısı da çox zərərlidir. “Maqsudun, məbudundur” sözü məşhurdur. “Nəfslərinin arzularını ilah edənlər” ayəti-kəriməsi, bu sözümün sübutudur. (1/65)

Nəfs haqqında Yunus Əmrə deyib ki:


Haqq bir nəfs verdi ki mənə, ha demədən heyran olur,
Bir an gəlir nəşə saçar, bir an gəlir giryan olur.

Bir an gəlir dilsiz olur, söz söyləməz qalır naçar,
Bir an dili hikmət saçar, dərdlilərə dərman olur.

Bir an çıxar Ərş üstünə, bir an enər yer altına,
Bir an dənizdə damladır, bir an daşar ümman olur.

Bir an cəhalətdə qalır, heç bir şeyi bilməz olur,
Bir an irfan qaynağıdır, hikmət əhli, Loğman olur.

Bir an gedərək camiyə üzünü sürər səcdəyə,
Bir an varar kilsəyə İncil oxur rühban olur.

Bir an gəlir İsa kimi, ölmüşləri eylər diri,
Bir an çox qabarır kibri, Fironla Haman olur.

Bir an dönər Cəbrayıla, rəhmət saçar hər mahfilə,
Bir an bitər hər qailə, miskin Yunus heyran olur.

Yunus Əmrəyə nazirə olaraq deyilir ki:

Bir an gəlir dost ikən, yeddi qat bir el olur,
Bəndini yıxıb keçən, kükrəmiş bir sel olur.

Bir an gəlir durulur, şirin bir çay olur,
Hər kəsə kölgə verən, böyük bir çınar olur.

Bir an gəlir pul deyər, haram-halal ayırmaz,
Bütün dünya verilsə, ac gözünü doyurmaz.

Bir an gəlir inanır, haqq əhlinin sözünə,
Vurur iki dizinə, yaşlar dolar gözünə.

Bir an gəlir sərt baxar, gözündə şimşək çaxar,
İllərin qazancını, tutar bir anda yaxar.

Bir an gəlir yaxşıdır, pisə düşmən olur,
Bütün etdiklərinə utanır, peşman olur.

Bir an gəlir mənasız, əyarsız, ədəbsiz olur,
İman-İslam tanımaz, qıpqırmızı dinsiz olur.

Bir an gəlir mütidir, hər şeyi qəbul edər,
Batilləri atar, haqqın yolunda gedər.

Bir an gəlir tanımaz, hər kəsə əğyar olar,
Məzlum canlara qıyar, azğın canavar olar.

Bir an gəlir harama bağlayır gözlərini,
Xatirindən çıxarmaz Rəsulun sözlərini.

Bir an gəlir zülüm edər, ruhumuzu inlədər,
Nə nanələr yedirər, nə mavallar dinlədər.

Aman ha aman, nəfsə uyanın halı yaman,
Onun hiyləsi çoxdur, tükənməz heç bir zaman.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину