Facebook Twitter WhatsApp

Nəfsin fayda və zərərləri

Sual: Günah deyə bir şey olmasaydı, şeytan və ya nəfsimiz yaradılmasaydı, hər kəs Cənnətə girsəydi daha yaxşı olmazdımı?
CAVAB
Şeytanı da, nəfsimizi də, günahı da yaradan Allahü təaladır. Bu, sanki nə üçün yaradır kimi bir sualdır. Hikmətlərini bilməsək də qəbul etməkdən başqa çarəmiz yoxdur.
Bu dünyada hər məxluqda, hər şeydə Allahü təalanın həm rəhmət sifəti, həm də qəhr, qəzəb sifəti zühur edir.
Su insanların, heyvanların və bitkilərin yaşamaları üçün, təmizlik üçün, yemək, dərman hazırlamaq üçün lazım olması ilə yanaşı, dənizdə minlərlə insan boğulur, sel suları evləri dağıdır, çox soyuq su içən, xəstə olur. Suyun belə zərərləri var deyə suyu istəmirik deyə bilərikmi?
Atəş çörək, yemək bişirmək üçün, qışda isinmək üçün lazım olduğu kimi, içinə düşəni yandırır. Elektrik, çox yerdə işimizə yaradığı halda, yanğına səbəb olur, insanı elektrik vurduqda dərhal öldürür. Hər dərman bir dərdə dəva olduğu halda, artığı zərərli olur. Hər şey belədir.
Elə nəfsimiz də bunlar kimidir. Həm faydalı, həm zərərli tərəfləri var. Nəfsin yaradılması, insanların yaşaması, artması və dünya üçün çalışmaları, axirət üçün cihad savabı qazanmaları üçündür. Allahü təala nəfsi belə neçə-neçə faydalar üçün yaratdı. Lakin nəfsimiz bir çox ləzzətlərə doymur. Allahü təala bütün insanlara mərhəmət edərək, rəhm edərək, nəfsə hakim olub, zərərli arzularını önləmələri üçün ağıl da yaratdı.
Ağıl, insan beyni vasitəsilə duyğu orqanlarından, şeytan və nəfsdən qəlbə gələn arzuları araşdıraraq, yaxşılarını pislərindən ayıran bir qüvvədir. Ayırarkən səhv etməyən ağla “səlim ağıl” deyilir.
Allahü təala, həmçinin Peyğəmbərlər göndərərək nələrin faydalı, doğru və nələrin zərərli, pis olduqlarını və nəfsin bütün arzularının pis olduğunu bildirdi. Ağıl, nəfsin istəklərini Peyğəmbərlərin yaxşı dedikləri şeylərdən ayırıb, qəlbə bildirir, qəlb də ağlın bildirdiyini seçərsə, nəfsin arzularını etməyi iradə etməyəcək. Yəni beyin vasitəsilə hərəkət orqanlarına bunu etdirməyəcək.
Qəlb, dinimizin doğru dediklərini, iradə edib və əməl etdirsə, insan səadətə, xoşbəxtliyə qovuşar. Qəlbin yaxşıdan, pisdən birini iradə etməsinə “kəsb” deyilir.
İnsanın hərəkət orqanları beyninə, beyni də qəlbinə tabedir. Qəlbin əmrinə uyğun hərəkət edirlər. Qəlb, beyin vasitəsilə duyğu orqanlarından və ruh vasitəsilə tərəfi-ilahidən, ağıldan, mələkdən, hafızədən, nəfsdən və şeytandan gələn təsirlərin toplandığı bir mərkəzdir.
Qəlb ağla tabe olduqda, nəfsin yaradılması, insanların sonsuz nemətlərə qovuşmalarına mane olmur. Qəlbin nəfsə aldanmaması, ona tabe olmaması, nəfs ilə cihadı-əkbər sayılır. Allahü təala cihad edənlərə Cənnətdə yüksək dərəcələr verəcəyini vəd edir. Nəfs insanların cihad savabına qovuşmalarına, mələklərdən üstün olmalarına səbəbdir.
Nəfs, iki tərəfi kəskin bıçaq kimidir. Həm də zəhərli dərman kimidir. Həkimin göstərişinə uyğun istifadə edən bundan fayda qazanır. Həddindən artıq istifadə edən məhv olur. İslamiyyət, nəfsi məhv etməyi deyil, tərbiyə etməyi, ondan faydalanmağı əmr edir. İnsanlarda nəfs olmasaydı insanlıq qalmazdı, mələklik əmələ gələrdi. Halbuki, bədən bir çox şeyə möhtacdır. Yemək, içmək, yatmaq, istirahət etmək lazımdır. Atlıya heyvan lazım olduğu kimi, insana da bədən lazımdır. Heyvana baxmaq ehtiyac olduğu kimi, bədənə də xidmət etmək lazımdır. İbadətlər bədənlə edilir.
İnsanda ağıl, qəlb və nəfs adlanan qüvvələr var. Ağlın və nəfsin yeri beyindir. Qəlbin yeri ürəkdir. Elektrik cərəyanının akkumlyatorda, batareyada olması kimidir. Ruh [can] isə, bədənin hər yerində var. Qəlb, nəfsə tabe olduqda günah işləyir. İnsanın əzablara, fəlakətlərə sürüklənməsinə səbəb özüdür. Qəlbinin İslamiyyətə tabe olmayıb, nəfsinə aldanmasıdır.
Bəzi insanlar şəhvəti və qəzəbi məhv etmək üçün aclıq çəkərək riyazət edirlər. Bu doğru deyil. Çünki İslamiyyət, şəhvətin və qəzəbin məhv edilməsini deyil, hər ikisinə hakim olub, dinə uyğun istifadə olunmalarını əmr edir. Atlının atını və ovçunun itini məhv etmələri deyil, bunları tərbiyə edərək, onlardan faydalanmaları kimidir. Yəni şəhvət və qəzəb, ovçunun iti və atlının atı kimidir. Bu ikisi olmadıqca, axirət nemətləri ovlana bilməz. Ancaq bunlardan faydalana bilmək üçün tərbiyə edərək, dinə uyğun istifadə edilməlidir. Tərbiyə edilməsə, azğın olub, dinin sərhədlərini aşsalar, insanı fəlakətə sürükləyərlər. Riyazət çəkmək, bu iki sifəti yox etmək üçün deyil, tərbiyə edib dinə tabe olmalarını təmin etmək üçündür. Bunu təmin etmək də, hər kəs üçün mümkündür.
Muhamməd əleyhissalam “Mən də insanam. Hər kəs kimi mən də qəzəblənirəm” buyururdu. Bəzən qəzəblənirdi. Qəzəblənməsi, həmişə Allahü təala üçün olurdu. Allahü təala Qurani-kərimdə, “Qəzəblərini yenən” insanları tərifləyir. (Ali İmran 134)

 

Sual: Pisliklərin mənbəyi olan nəfsin insanda yaradılmasının səbəbi, hikməti nədir?
Cavab: İnsanlarda nəfs olmasaydı, insanlıq qalmazdı, mələklik əmələ gələrdi. Halbuki, bədən bir çox şeyə möhtacdır. Yemək, içmək, yatmaq, istirahət etmək lazımdır. Atlıya heyvan lazım olduğu kimi, insana da bədən lazımdır. Heyvana baxmaq lazım olduğu kimi, bədənə də qulluq etmək lazımdır. İbadətlər bədənlə yerinə yetirilir. Birinin gecələri yatmayıb, həmişə namaz qıldığı söyləndiyində, Peyğəmbər əfəndimiz:
“İbadətlərin qiymətlisi, az olsa da davamlı olanlardır” buyurdu. Çünki ibadətin davamlı yerinə yetirilməsində, qul olmağa öyrəşmək vardır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину