Facebook Twitter WhatsApp

Nəfsi tərbiyə etmək lazımdır

Sual: Nəfsi tərbiyə etmək üçün nə etmək lazımdır?
CAVAB
Heyvanlarda ağıl və nəfs olmadığı üçün ehtiyaclarını tapdıqda istifadə edirlər. Yalnız bədənlərinə zərər verən, onları incidən şeylərdən qaçırlar.

İslam dini, rahatlıq və hüzur içində yaşamaq üçün lazımi şeylərdən və dünya ləzzətlərindən faydalı olanları qadağan etmir. Bunların əldə edilməsində və istifadəsində səlim ağla və dinə tabe olmağı əmr edir. İnsanların dünyada da, axirətdə də rahatlıq və hüzur içində yaşamağını istəyir. Buna görə səlim ağlı dinləməyi əmr edir, nəfsə aldanmağı qadağan edir. [Səlim ağıl yalnız Peyğəmbərlərdə olur.]
Nəfsə tabe olan İslamiyyətdən kənara çıxır. Çünki nəfsimiz daima pislik etmək istəyir. O, Allahın düşmənidir.
Bir hədisi-şərifdə buyurulur ki:
“Əsas düşmənin, səni öldürdükdə Cənnətə salan və ya sən onu öldürdüyündə sənə savab qazandıran insan deyil. Əsl düşmənin öz nəfsin, ailən və övladındır.” [Deyləmi]
Ağıl yaradılmasaydı, insan daima nəfsinə tabe olar, fəlakətlərə sürüklənərdi. Nəfs olmasaydı, insan yaşamaq və mədəni həyat sürmək üçün çalışmasında qüsur edərdi. Nəfs ilə cihad savabından məhrum qalardı. Mələklərdən daha üstün olma yolu bağlı qalardı. Bir hədisi-şərifdə buyuruldu ki:
“Axirət haqqında sizin bildiklərinizi heyvanlar bilsəydilər, yemək üçün ət tapa bilməzdiniz!” [Beyhəqı]
Yəni heyvanlar axirətdəki əzabların qorxusundan, yeyib-içməkdən kəsilərdilər, bir dəri, bir sümük qalardılar. İnsanlarda nəfs olmasaydı, heyvanlar kimi qorxudan yeyib-içə bilməz, yaşaya bilməzdilər. İnsanların yaşaya bilmələri, nəfslərinin qəfləti və dünya ləzzətlərinə düşkün olmaqdadır. İslamiyyət, nəfsi məhv etməyi, yox etməyi deyil, tərbiyə etməyi, ondan faydalanmağı əmr edir.
Hər xəstəlik, səbəbinin ziddi ilə müalicə edilir. Nəfsin müxtəlif arzularından qurtulmağın əlacı, aza qənaət və səbirdir. Pis xasiyyəti olan insan, buna yaxalanmağın səbəbini araşdırmalı, bu səbəbi yox etməyə, bunun ziddini etməyə çalışmalıdır. Pis xasiyyətdən qurtulmaq, bunun əksini etmək üçün çox çalışmaq lazımdır. Çünki insanın öyrəşdiyi şeydən xilas olması çətindir. Pis şeylər nəfsə şirin gəlir.

İnsanın pis iş gördükdə arxasından riyazət çəkməsi, nəfsə çətin gələni adət etməsi də faydalı əlacdır. Məsələn, bir pislik etsəm, bu qədər sədəqə verəcəyəm və ya oruc tutacağam, gecə namazları qılacağam deyə and içə bilər. Nəfs, bu çətin şeyləri etməmək üçün onlara səbəb olan pis adətini etməyəcək. Pis əxlaqın zərərlərini oxumaq, eşitmək də faydalı əlacdır. Bu zərərləri bildirən hədisi-şəriflər çoxdur. Bəziləri bunlardır:
“Gözəl əxlaqa sahib olun, gözəl əxlaq Cənnətə aparır, pis əxlaqdan çəkinin, o da Cəhənnəmə aparır.” [İbni Lal]
“Hər günahın tövbəsi vardır. Pis əxlaqın tövbəsi yoxdur. İnsan, pis xasiyyətinin tövbəsini etməsə, daha pisini edəcək.” [Hatib]
“Gözəl əxlaq, günahları suyun kirləri təmizlədiyi kimi təmizləyir. Pis əxlaq isə, sirkənin balı xarab etdiyi kimi saleh əməlləri zay edir.” [İbni Hibban]
“İsti su buzu əritdiyi kimi, yaxşı xasiyyətli olmaq günahları əridir, yox edir. Sirkə balı xarab edib yeyilməz hala saldığı kimi, pis xasiyyətli olmaq, ibadətləri zay edib yox edir.” [Tabərani]
“Gözəl xasiyyət, Cənnətin ən üstün dərəcələrinə qovuşdurur. Nafilə ibadətlərlə bu dərəcələrə nail olmaq olmur. Pis xasiyyət Cəhənnəmin dibinə sürükləyir, bəzən küfrə salır.” [Tabərani]
“Ya Rəbb, pis xasiyyət, pis iş, pis arzu və pis xəstəliklərdən Sənə sığınıram.” [Əbu Davud]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину