Facebook Twitter WhatsApp

Nəfsini tanıyan Rəbbini tanıyar

Sual: Hədisi-şərifdə “Nəfsini tanıyan Rəbbini tanıyar” buyurulur. İnsan özünü necə tanıya bilər?
CAVAB
Bir insan, öz şəxsində Allahü təalanın zatının varlığını, öz sifətlərində cənab Haqqın sifətlərini, öz iradəsi və təsərrüfündən, Onun bütün aləmlərdəki təsərrüfünü anlaya bilər.
İnsan özünə baxdığı zaman, bir damcı sudan, göz, baş, qan, sinir kimi bədəninin bütün orqanlarının ağıl və ruhunun yaradıldığını görər. Bunu özünün yaratmadığını, bir yaradanın olduğunu zəruri olaraq bilər. Müəzzəm bir bədənin təsadüfən əmələ gəldiyini düşünmək ağla uyğun olmaz. Bədənin orqanlarının yerli-yerində yaradılışını, heç bir üzvdə əksiklik və artıqlığın olmadığını görər və bunları yoxdan yaradanın qüdrətini anlayar.
Bütün ağıllılar bir yerə gəlsə, insanın şəklindən daha mükəmməlini düşünə bilməzlər. İki əl yerinə üç və ya dörd əl olsa, ya da göz başqa bir yerdə olsa daha yaxşı olardı deyə bilməz. Hər orqanın ən uyğun şəkildə yaradıldığını görər. İnsan nə düşünürsə düşünsün əksik olar, amma Haqq təalanın yaratdığı isə ən mükəmməldir. Yaradan hər şeyi bilir və hər şeyə gücü yetir.
Bir insan orqanlarının faydalarını və hikmətlərini nə qədər çox bilsə, Yaradana olan heyranlığı bir o qədər çox olar. Elə buna görə özünü tanımaq, Allahü təalanı bilməyin açarıdır.
İnsan canlı-cansız bir məxluqa baxsa, məsələn, suya, havaya, Günəşə, Aya baxsa, bunların iş mexanizmini, faydalarını düşünsə, yenə də Rəbbimizin böyüklüyünü, qüdrətini görər. Bunları görə bilən, özünün yaradılış qayəsini düşünər. Bunun da Yaradana qulluq və ibadət etmək olduğunu bilər.
Bu halda Allahü təalanı tanımaqdan məqsəd, Ona Onun istədiyi şəkildə doğru ibadət etməkdir. Bunun üçün də, İslam alimlərinin Qurani- kərimdən və hədisi-şəriflərdən çıxardığı bilikləri öyrənmək lazımdır. Hər kəs, hər sahədə mütəxəssis ola bilməz. Mütəxəssis alimlərin öz sahələrində söz sahibi olduqları biliklərdən bizə faydalı olanlarını öyrənmək lazımdır. Bu bilikləri özümüz bir-başa Qurani-kərimdən öyrənə bilmərik, bu mümkün deyil. Mümkün olsaydı, Rəsulullah əfəndimizin göndərilməsinə ehtiyac olmazdı. Haşa, Allahü təala lazımsız iş etməz. Hər kəs anlaya bilsəydi, Rəsulum, bu Quranı ümmətinə izah et [Nəhl 44] buyurmaz, insanlara, “Alın bu Quranı oxuyun, hər kəs anladığı kimi əməl etsin” deyərdi. Deməli, yalnız Quran deyənlərin qara niyyətli olduqları buradan da aydın olur. Həmçinin, Qurani-kərim 23 il ərzində gəlmişdir. Rəsulullah əfəndimizin varisi olan alimlər Kitab və sünnəti açıqlayaraq, müxtəlif kitablar hazırlamışdırlar. Bu səbəbdən dinimizi, ibadətlərimizi mötəbər elmihallardan öyrənib elmimizlə əməl etməyə çalışmalıyıq.
Nəfsin ikinci və əhəmiyyətli daha bir mənası var. Şeytandan daha pis olan daxilimizdəki bu varlığa da nəfs, yəni nəfsi-əmmarə deyilir. Bu bütün pisliklərin qaynağıdır. Nəfsi-əmmarə, heç vaxt yaxşılıq etmək istəməz. Həmişə pislik etmək istəyər. Özünə və başqalarına zərərli olan şeyləri sevər. Dünya və axirətdə səadətə qovuşmaq üçün nəfsə aldanmamaq, onu zəiflədib, zərər verə bilməyəcək vəziyyətə gətirmək lazımdır.
Nəfsi zəiflədən birinci əlac, İslamiyyətə tabe olmadır. Haramların hamısı dünya malına, vəzifəyə, həzlərə düşkün olmaq nəfsin qidasıdır. Onu bəsləyər, qüvvətləndirirlər. Nəfs qüvvətləndikdə, bütün yaxşılıqların, gözəl əxlaqın və mədəniyyətin qaynağı olan İslamiyyətə hücum edir. Din ilə, iman ilə, Allahü təalanın əmrləri ilə lağ edir. Çünki nəfsimiz Allahın düşmənidir.
Allahü təala Həzrəti Davuda buyurdu ki:
Nəfsinə düşmənlik edərək Mənə dost ol!” [Ehya]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину