Facebook Twitter WhatsApp

İzzəti-nəfsimə toxundu demək

Sual: “İzzəti-nəfsimə toxundu” sözünü demək doğrudurmu? Nəfsin izzəti olur?
CAVAB
Nəfs kəlməsi, iyirmidən çox mənada işlənsə də, əksər hallarda iki mənası var. Biri kafir olan nəfsdir. Kafir olan nəfsin izzəti olmaz. Qüruruma toxundu demək kimi səhv bir sözdür. İslam alimləri buyurur ki:
“Ayıblanmaq, izzəti-nəfsə toxunmaq vəsvəsəsinə tutulmamalıyıq. Çünki Allahü təala, bu dini pozğun adətləri ləğv etmək və nəfsi-əmmarənin, izzəti-nəfsin çılğınlıqlarını yatışdırmaq üçün göndərdi. (İmam Rabbani)
Allah sevgisi, nəfsi-əmmarənin azğınlığından əmələ gələn, mənlik və izzəti-nəfs pərdəsini qaldırır. (M. Məsum Faruki)
Zillətə səbəb olan günah, izzəti-nəfsə və təkəbbürə səbəb olan yaxşılıqdan daha xəfifdir. (Hikəmi Ataiyyə)
Bəzi cahillər, qəzəblənməyə kişilik və izzəti-nəfs deyirlər, hansı ki, bu səhvdir. (İslam Əxlaqı)
Göründüyü kimi, nəfsi-əmmarə nəzərdə tutularaq izzəti-nəfsimə toxundu demək uyğun deyil.
Bir də nəfs, bir şeyin özü, şəxsi kimi mənaya gəlir. Məsələn, Qurani- kərimdə, “Hər nəfs ölümü dadacaqdır” buyurulur. Yəni hər canlı, hər kəs öləcək deməkdir. Nəfsin cəm halı əhalidir. Əhali hesablanmasında nəfslər [fərdlər] sayılır. Nəfs, insan demək olduğuna görə, izzətli insan olur. İzzət, insanlıq şərəfinin və mənliyinin qorunması deməkdir. Bir ayəti-kərimə məali belədir:
“İzzət, Allahın, Rəsulunun və möminlərindir.” [Münafiqun 8]
Deməli, mömin izzət və şərəf sahibidir. Bu cəhətdən “Bu söz, izzəti- nəfsimə toxundu” deməkdə zərər olmasa da, bu ifadəni istifadə edənlər digər mənadakı nəfs üçün deyirlər. Həmin nəfsə, nəfsi-əmmarə deyilir. Dinə tabe olmayan istəklərin qaynağıdır. O nəfsin izzəti olmaz. O şəkildə söyləmək isə qətiyyən caiz olmaz. Qurani-kərimdə məalən buyuruldu ki:
“Nəfsinin arzularını özünə ilah edəni gördünmü?” [Casiyə 23]
“Nəfsini təmizləyən qurtuluşa çatmış, natəmizlikdə [günahlarda] qoyan, ziyana düşmüşdür.” [Şəms 8]
Nəfs təmizləndikdə, qəlb təsfiyə tapır. Yəni nəfs, pis istəklərdən xilas olduqda, qəlbin haramlara bağlılığı qalmaz. İslamiyyətə tabe olanların nəfsləri təmizlənir. (Məvakib)
Hədisi-şəriflərdə də buyurulur ki:
“Haqq təala buyurdu ki: Nəfsinə düşmənlik et, çünki o mənim düşmənimdir.” [M.Rabbani]
“Haqq təala buyurdu ki: Nəfsinə düşmənlik edərək Mənə dost ol.” [İ.Qazali]
“Ağıllı insan, nəfsinə aldanmaz, ibadət edər. Axmaq isə nəfsinə tabe olar, [ibadət etməz, günah işləyər] sonra da Allahın rəhmətini gözləyər.” [Tirmizi]
“İbadət edilən, sitayiş edilən ən sevimsiz ilah, insanın həvasıdır.” [Tabərani]
“Həva, nəfsin sevdiyi, istədiyi şeylərdir. Nəfsin istəkləri isə, həmişə heyvani arzulardır.”
“Ən fəzilətli əməl, nəfsə ən çətin gələnidir.” [İ.Qazali]
İzzəti-nəfsimə toxundu deyildikdə əksər hallarda bu nəfs nəzərdə tutulur, bu isə çox yanlışdır, kafir olan nəfsin izzəti olmaz. Günah işləmək nəfsə şirin gəlir. Bütün bidətlər, günahlar Allahü təalanın düşməni olan nəfsi bəsləyir, qüvvətləndirir. Hər günahın işlənməsi nəfsi qüvvətləndirir. Nəfs, insanın ən böyük düşmənidir. İnsanın imanını yox etmək istəyir, bundan həzz alır. Bu cəhətdən nəfsi yaxşı tanımaq, hiylələrini bilmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Nəfsini tanıyan Rəbbini tanıyar.” [Deyləmi]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину