Facebook Twitter WhatsApp

“Sizi boş yerəmi yaratdıq?”

Sual: Bir nəfər “ Heç bir şey öz-özünə olmadığı üçün Allaha inanıram, ancaq dinlərə, Peyğəmbərlərə, axirətə inanmıram” deyir. Buna axirətin varlığını necə inandıra bilərəm?
CAVAB
O şəxs sözündə səmimi deyil. Çünki Molla Nəsrəddinin doğulduğuna inanırsan, bəs öldüyünə niyə inanmırsan dediyi kimi, “Mən tələbəyəm, amma müəllimə, dərsə, imtahana inanmıram demək olarmı? Mən qanuna inanıram, amma prokurora, məhkəməyə inanmıram demək olarmı?
İstisnalar xaric, bütün fənn adamları bu kainatın öz-özünə var olmadığını, bir yaradanın olduğunu ittifaqla bildirmişdirlər. Fənn elmi nə qədər inkişaf etsə də, insanlar bir qarışqanı, bir quşu, bir arpa dənəsini yarada bilməzlər. Ağıllı və savadlı bir insan kainata baxdıqda, çox intizamlı yaradıldığını görər. Bunun öz-özünə olmadığını anlayar.
Özbaşına yaradılmayan insanın nə etməli olduğunu Peyğəmbərləri vasitəsilə kitablar göndərərək bildirmişdir. Son Peyğəmbər Muhamməd əleyhissalama göndərilən kitab isə Qurani-kərimdir. Qurani-kərim çox vəciz olduğu üçün Peyğəmbər əfəndimiz bunu hədisi-şərifləri ilə açıqlamışdır.
Hədisi-şəriflər də digər insanların sözlərinə görə vəciz olduğu üçün, bizim rahatlıqla anlamağımız üçün alimlər bunları izah etmişdirlər. Bu, həkim və əczaçının dərmanı xəstəyə verərkən, ac qarnına-tox qarnına, səhər-axşam bir ədəd, suyla iç, südlə içmə kimi göstərişinə bənzədilə bilər. Qurani-kərimdə insanın nə üçün yaradıldığı bildirilmişdir:
“Cinləri və insanları, ancaq Mənə qulluq etsinlər deyə yaratdım.” [Zariyət 56]
Allahü təala, “Əmrimə tabe olan Cənnətə, tabe olmayan isə Cəhənnəmə gedəcək” buyurmuşdur. İbadətlərin faydası Allahü təalaya deyil, hər kəsin özünədir. Maaşla işləyən bir həkim bir xəstəyə dərman verirsə, dərmanın həkimə faydası yoxdur deyib o dərmanı istifadə etməmək ağla uyğun iş deyil. Zəhər içsəm həkimə nə zərəri olacaq ki, deyərək zəhər içmək də axmaqlıqdır. Beləliklə, günahlarımın Allaha bir zərəri yoxdur deyərək, hər cür günahı işləmək ağıllı insanın görəcəyi iş deyil. Hədisi-şərifdə buyurulur ki:
“Ağıllı insan, Allaha və Peyğəmbərinə inanan, ibadətlərini yerinə yetirəndir.” [İ.Muhbər]
Öldükdən sonra başına gələcəkləri düşünməyənə, özünü əbədi təhlükəyə atana ağıllı demək olarmı? Qurani-kərimin çox yerində, “Düşünmürsünüzmü?” deyə xəbərdarlıq edilir. Hədisi-şərifdə, “Ağlı olmayanın dini də yoxdur” buyurulmuşdur. (Tirmizi)
Hər insanın etdiyi ibadətin faydası özünədir. Qurani-kərimdə məalən buyurulur ki:
“Kim [ibadətlərini yerinə yetirirsə və günahlarından] təmizlənirsə, faydası özünədir.” [Fətr 18]
“Allahın mənim ibadətimə ehtiyacı yoxdur” deyə səhv düşünən insan, pəhriz saxlamayan xəstəyə bənzəyir. Həkim bu xəstəsinə pəhriz tövsiyə edir. Bu isə, “Pəhriz etməsəm həkimə heç bir zərəri olmayacaq ki” deyərək pəhriz saxlamır. Bəli, həkimə bir zərəri olmayacaq, amma özünə zərər vermiş olacaq. Həkim özünə faydası olduğu üçün deyil, onun xəstəlikdən qurtulması üçün pəhriz saxlamağı tövsiyə etmişdir. Həkimin tövsiyəsinə əməl edərsə, şəfa tapar. Əməl etməsə ölüb gedər. Təbib bundan heç zərər görməz. Həmçinin, “Allahın mənim ibadətimə ehtiyacı yoxdur” deyərək ibadətdən qaçanlar da Cəhənnəmə gedərlər.
Muhamməd Məsum həzrətləri buyurdu ki:
“Allahü təala insanları özbaşına buraxmadı. Hər istədiklərini etməyə izn vermədi. Nəfslərinin arzularına tabe olmalarını, beləcə fəlakətlərə sürüklənmələrini diləmədi. Rahatlıq və hüzur içərisində yaşamaları, sonsuz səadətə qovuşmaları üçün lazımi, faydalı şeyləri etməyi əmr etdi. Zərərli şeyləri etməyi qadağan etdi. Səadətə qovuşmaq istəyən dinə tabe olmağa məcburdur. Nəfsinin və təbiətinin dinə uyğun gəlməyən arzularını tərk etməlidir. Dinə tabe olmasa, sahibinin, yaradanının qəzəbinə, əzabına düçar olar. Dinə əməl edən qul xoşbəxt, rahat olur, sahibi onu sevir.
Dünya əkin yeridir. Tarlanı əkməyib, toxumları yeyərək zövqü-səfa sürənin məhsul almaqdan məhrum qalacağı kimi, dünya həyatını müvəqqəti həzlərlə, nəfsin arzularını etməklə keçirən də əbədi nemətlərdən, sonsuz həzlərdən məhrum olacaq. Bu hal ağlı başında olanın qəbul edəcəyi bir şey deyil. Sonsuz ləzzətləri ötürməyə səbəb olan müvəqqəti və zərərli ləzzətləri seçməz. Dinə əməl etmək üçün əvvəlcə Əhli-sünnət alimlərinin Qurani-kərimdən və hədisi-şəriflərdən anlayıb bildirdikləri Əqaidə uyğun iman etmək, sonra haram, qadağan olanları öyrənib bunlardan uzaq durmaq, daha sonra, əmr olunan fərzləri öyrənib yerinə yetirmək lazımdır. Bunlara əməl etməyə İbadət etmək deyilir. Haramlardan çəkinmək isə Təqva adlanır.” [c.2, m.11]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину