Facebook Twitter WhatsApp

Nəfsimizlə cihad

Sual: Nəfslə mübarizəni böyük cihad olaraq bildirən hədis haqqında uydurma deyirlər. Bu hədisi-şərif hədis kitablarında yoxdurmu?

CAVAB
Nəfsimiz kafirdir. Qidası da haramlardır, ibadət etmək istəmir, ilah olmaq istəyir. Nəfsi tanımayanlar, bunun şərindən qurtulmağı cihad hesab etmirlər. Bir hədisi-şərif məali:
“Haqq təala buyurdu ki: Nəfsinə düşmənlik et, çünki o mənim düşmənimdir.” [M.Rabbani]
Nəfsini yenmək çox çətin və böyük işdir. Nəfsimizi günahlardan təmizləməyə, əmr və qadağalara əməl etməyə çalışmaq “Cihadı-əkbər” adlandırılmışdır. Qəlbin, yəni ruhun nəfsə aldanmaması, ona tabe olmaması üçün nəfs ilə apardığı mübarizə böyük cihaddır. İslamiyyət hər əsrdə keçərlidir.

Bu böyük imamların nəql etdiyi bu hədisi-şərifə uydurma demək, İslam alimlərinə olan etimadı sarsmağa çalışmaq deməkdir. Seyid Abdülhakim əfəndi buyurdu ki:
“Hədis elmində müctəhid bir alim, bəzi alimlərin səhih dediyi bir hədisə mövdu deyə bilər. Müctəhidin belə deməsi, “Bu hədisi Rəsulullah söyləməmişdir” mənasında deyildir. Bu hədis mənim üsuluma görə, yəni səhih olması üçün tələb etdiyim lazımi şərtləri əks etdirmədiyi üçün hədis deyil, uydurmadır, lakin başqa müctəhidə görə hədis səhih ola bilər deməkdir. Fərqli ictihadlar da eynilə belədir. Mənə görə, yəni əlimdəki mövcud sübutlara görə doğrusu budur deyər, lakin fərqli ictihadda olan müctəhidə yanlış deməz. Buna görə də heç bir Əhli-sünnət aliminin kitabında uydurma hədis ola bilməz.

Rəsulullah əfəndimiz, hədis uyduran və uydurma hədisi nəql edən haqqında ağır təhdidlər etmişdir. Məsələn, “Hədis uyduran Cəhənnəmdəki yerinə hazırlaşsın” hədisi-şərifi din kitablarında var. Belə bir hədisi-şərif olmasa belə, hansı İslam alimi kitabına uydurma hədis daxil edər? Məzhəbsizlər, “Uydurma hədisi kitabına salmaq, ya səhlənkarlıqdan, ya qafillikdən, ya cahillik və ya xainlikdən irəli gəlir” deyirlər. Bəs Kütübi-sittədə, digər hədis və təfsir kitablarında və ya Əhyada uydurma hədis var deyilsə, bu böyük şəxsiyyətlər səhlənkarlıq, qafillik, cahillik və ya xainliklə təqsirləndirilmiş sayılmırlar? Bunları o mübarək şəxslərə necə yaraşdırırlar?

Misirli məzhəbsizlər, “Əhli-sünnət alimlərinin kitablarında uydurma hədis çoxdur” deyirlər. Məzhəbsizlərin sözləri dəlil sayılır, amma məzhəb imamlarının, İmam Qazalinin, İmam Rabbaninin sözü nə üçün dəlil sayılmır? Onlardan öyrəndiyimiz biliklərlə, onları sorğuya çəkəcəyik? Bu necə məntiq, bu necə elmdir, bu necə ədəbdir belə?

Nəticə:
“Uydurma hədis”, bu sözü Allah Rəsulü söylədi deyə iftira etməkdir. Sıradan bir müsəlmanın xəyalından belə keçirməyəcəyi bu iftiranı bir əhli-sünnət alimi heç edə bilərmi?
Rəsulullah əfəndimizin “Varislərim” dediyi, Allahü təalanın güvəndiyi şəxslərə, yəni İslam alimlərinə qarşı ən azından ədəbə riayət etməli, din düşmənlərinə aldanıb sui-zənn etməməliyik. Allahü təalanın dinini soysuzlara qarşı bu mübarək şəxsiyyətlər vasitəsilə mühafizə edib yaydığını unutmamalıyıq.

Siqaretə səbir

Sual: Aclığa və susuzluğa səbir edən insan nəfsiylə cihad savabı aldığı kimi, siqaret çəkməməyə səbir edən də cihad savabı qazanırmı?
CAVAB
Nəfsi ilə mübarizə aparan, cihadı-əkbər savabı qazanır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину