Facebook Twitter WhatsApp

Nəfsin xoşuna gələnlər

Sual: Nəfsimizin xoşuna gələn şeylərin hamısı haramdır?
CAVAB
Nəfsimiz kafirdir. Haramlar və məkruhlar onun xoşuna gəlir. Fərzlər və sünnətlər xoşuna gəlmir. Namaz qılmaq və oruc tutmaq kimi ibadətləri etmək istəməz, çünki qidası haramlardır. Daima haramları sevər. Riyazət və mücahidə edən, nəfsilə döyüşmüş olur. Riyazət, nəfsin arzularını etməməkdir. Mücahidə, nəfsin istəmədiyi şeyləri etməkdir. Bir hədisi-şərif məali:
“Cənnət, dünyada nəfsin sevmədiyi şeylərlə, Cəhənnəm də nəfsin arzu etdiklərilə bəzənmişdir.” [Buxari, Müslim]

Nəfsin qidası haramlardır
Sual: “Nəfsimiz Allaha düşməndir, qidası da günahlardır” deyirlər. O zaman nəfsimiz günah işləməsə, qidasız qalar. Qidasız qaldıqda da ölməzmi?
CAVAB
Nəfsimiz zəifləsə də ölməz. Günahlar nəfsi bəsləyir, qüvvətləndirir. Qüvvətlənən nəfs İslamiyyətə hücum edir. Nəfsimiz hər çeşid çalğıyla keflənir, şəhvani və heyvani arzuları qüvvətlənir, ruhun qidası olan, qəlbləri təmizləyən və nəfsin arzularını yox edən ibadətlər unudulur.
Nəfsimizin normal qidalara, paltara, qalacaq yerə də ehtiyacı var. Bu şeyləri artıqlamasıyla etmək ona şirin gəlir. Nəfsin bu istəklərinə “Şəhvət” deyilir. Şəhvəti ağla tabe olmadan, ehtiyacdan artıq etməsi, qəlbə, bədənə və başqalarına zərər verir, günah olur. Daima bədəni üçün çalışaraq nəfsini qüvvətləndirən heyvandan aşağı olur.
Nəfsimiz özünə şirin gələn şeylərə düşkündür. Bunların yaxşı ya pis, faydalı ya zərərli olmasını düşünməz. Arzuları İslamiyyətin əksinə olur. İslamiyyətin qadağan etdiyi şeyləri etmək nəfsi qüvvətləndirir. Daha betərini etdirmək istəyir. Pis və zərərli şeyləri yaxşı göstərib, qəlbi aldadır. Qəlbə bunları etdirərək, öz həzlərinə qovuşmaq üçün çalışır. Qəlbin nəfsə aldanaraq, pis xasiyyətli olmaması üçün dinimizin əmrlərinə əməl edərək qəlbi qüvvətləndirmək və nəfsi zəiflətmək lazımdır. Ağlı qüvvətləndirmək, İslam biliklərini oxuyub-öyrənməklə yanaşı, qəlbin təmizlənib qüvvətlənməsi də, dinimizə tabe olmaqla olur. Günah işləyənin qəlbi təmiz olmaz.
Bədənin bir yaşayışı və qidası olduğu kimi, ruhun da bir həyatı və qidası vardır. Ruhun qidası masivanı, yəni Allahü təaladan qeyri hər şeyi unudaraq, Allahü təalanı zikr etməkdir. Onun rızasına qovuşmaq üçün nəfsin şəhvətlərini, riyazət vasitəsilə zəiflətmək və ruhu Onun adını zikr edərək [söyləyərək] qüvvətləndirməkdən başqa çarə yoxdur. Bir insanın bir başqasına olan sevgisi, onu çox xatırlamasından məlum olur. Çünki insanın sevdiyini çox anması təbiidir. Qara sevda deyilən şiddətli eşq sahibi, özünü unudub hər an və hər şərtlərdə, daima sevdiyinin adını söyləyər, hər zaman onu xatırlayar. Mömin də Allahü təalanı unutmamağa çalışmalıdır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину