Facebook Twitter WhatsApp

Dünya işlərinə çox düşkün olmaq lazım deyil

Sual: Müasir dövrdə çox insan işdən, qaça-qaçdan ötrü ibadət etməyə, din bilikləri haqqında kitab oxumağa fürsət tapmır. Bu işin doğrusu nədir və necə hərəkət etmək lazımdır?
Cavab: Mövzu haqqında İmam Qazali həzrətləri “Kimyayi-səadət” kitabında buyurur ki:
“Dünya işlərinə çox düşkün olmaq lazım deyil. Məsələn, bazara hamıdan əvvəl gedib, hamıdan sonra çıxmamalı, təhlükəli və uzun yollara getməməliyik. Mal-dövlət qazanmaq üçün dəniz və hava səyahətlərinə dalmaq lazım deyil. Muaz ibn Cəbəl həzrətləri buyurur ki; “Şeytan bazarda yalan, hiylə, xəyanət və and içdirib Müsəlmanları günaha salmağa çalışır. Tez gedib gec çıxanlara daha çox ilişir.” Hədisi-şərifdə buyuruldu ki: “Tacirin, əsnafın ən pisi, erkən gedib, gec çıxanlardır.”

Səhər namazı qılmadan və kitab oxuyub bir neçə şey öyrənmədən işə getməməyi adət etmək lazımdır. Ehtiyacı qədər dünyalıq qazanıb, axirəti qazanmaqla məşğul olmaq lazımdır. Çünki axirət həyatı sonsuzdur, ona ehtiyac daha çoxdur və axirət ticarəti iflas etmək üzrədir. İmam əzəm Əbu Hənifə həzrətlərinin müəllimi Hammad ticarətlə məşğul olardı, örpək satardı. Hər gün iki həbbə qazandıqdan sonra əşyalarını yığıb bazardan çıxardı. Böyüklərdən bəzisi dükana həftədə iki dəfə gedərdi. Bəzisi də Cümədən başqa hər gün gedər, zöhr namazında çıxardı. Bəziləri də əsrə qədər alış-veriş edərdi. Hamısı ehtiyacı qədər qazanınca məscidə gedər, ibadətlə, elm öyrənməklə axşamlayardı.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину