Əhli-beyti sevmək şərtdir. Çünki imanın təməli və ən qüvvətli əlaməti Allahın sevdiklərini sevmək və Onun sevmədiklərini sevməməkdir.
Hədisi-şərifdə buyuruldu ki:
“İmanın təməli və ən qüvvətli əlaməti Allahın dostlarını sevmək və Onun düşmənlərinə düşmənlik etməkdir”
“Əhli-beyti sevəni Haqq təala sevər, düşmənlik edənə də düşmənlik edər.”
“İslamın əsası mənə və Əhli-beytimə sevgidir”
“Sizin yaxşılarınız məndən sonra Əhli beytimə yaxşılıq edənlərdir”
“Əhli-beytimə düşmənlik edənlər üzüstə Cəhənnəmə atılar”
“Əhli-beytimi sevməyən ixtilafa düşər və şeytana yoldaş olar”
“Əlini ancaq mömin olan sevər və ona ancaq münafiq düşmənlik edər”
“Əhli-beytim Nuhun gəmisi kimidir. Sığınan qurtulur, sığınmayan boğulur”
“Əlini sevən məni sevmiş sayılır. Ona düşmənlik, mənə düşmənlikdir. Onu incidiən məni incitmişdir. Məni incidən də Allahı incitmiş olar”
“Fatimə məndən bir parçadır. Onu sıxan şey də məni sıxar. Onu fərəhləndirən şey də məni fərəhləndirər. Qiyamətdə məndən başqa heç kimsə nəsəbinə sahib ola bilməz.”
В корзине: 0 шт.
на сумму: 0