Facebook Twitter WhatsApp

Məscid ədəbi

  • Məscidə sağ ayaqla girmək, sol ayaqla çıxmaq lazımdır.
  • Ön cərgəyə keçmək üçün başqalarına əziyyət verməmək lazımdır. Cərgələr yan tərəfdən sıxlaşdırılmalı, çiyinlər bir-birinə yaxşıca dəyməlidir.
  • Cümə günü imam minbərə çıxan zaman və camaatla namaz qılınarkən, sünnətə başlamamaq lazımdır.
  • İş paltarı, böyüklərin yanına çıxa bilinməyən və pis iyli corablarla namaz qılmaq olmaz.
  • Sünnət ilə fərz arasında danışmaq olmaz.
  • Məscidə dəstəmazsız girmək olmaz.
  • Ön cərgədə yer varsa, arxa cərgədə durmaq olmaz.
  • Məsciddə yemək içmək olmaz.
  • Məsciddə alver etmək olmaz.
  • Camaata çatmaq üçün yüyürmək olmaz.
  • Məsciddə dünya kəlamı ilə məşğul olmamaq lazımdı.
  • Məsciddə yüksək səslə danışmamaq lazımdı.
  • Məscidi kirlədəcək və ya camaatın rahatlığını pozacaq dərəcədə səs salan uşaqları məscidə gətirmək olmaz.
  • Məscidi yol halına gətirmək olmaz.
  • Məscidə ayaqqabı ilə girməmək lazımdı.
  • Məsciddə ibadət etmək, dünya kəlamı ilə məşğul olmamaq lazımdır.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину