Seyid Abdullah Şəmdini həzrətləri, Anadoluda yetişən böyük vəlilərdəndir. Silsiləyi-aliyyənin otuzuncusudur. Seyid Əbdülqadir Geylani həzrətlərinin onuncu nəvəsi və Seyid Taha Hakkarinin əmisidir.
Şəmdinlidə dünyaya gələn, nəcib, təmiz və şərəfli bir ailəyə mənsub olan Seyid Abdullah Şəmdini, kiçik yaşda elm təhsilinə yönəldi. Zamanının üsuluna görə ilk təhsilini gördükdən sonra, İraqın Süleymaniyyə diyarına gedərək oradakı mədrəsədə elm öyrənməyə davam etdi. Əqli və nəqli elmləri təhsil edib böyük alim oldu. Bu mədrəsədə elm öyrənməklə məşğul ikən mədrəsə yoldaşı Mövlana Xalid Bağdadi ilə qardaş kimi yaşadılar. Yüksək yaradılışı olan bu iki könül dostu zahiri elmləri təhsil etdikləri sırada qəlb və könül elmi olan təsəvvüfə qarşı maraq duymağa başladılar. Bu maraq, məhəbbət və eşq dərəcəsinə çatıb, özlərini mənəvi olaraq tərbiyə edib, batini elmləri öyrədərək yetişdirəcək bir rəhbər, yol göstərici axtardılar.
Nəhayət axtardıqları rəhbəri hansı daha əvvəl taparsa, o böyük şəxsdən alacağı mənəvi feyz və bərəkətin aralarında müştərək olmasını qərarlaşdırdılar. Bu barədə bir-birlərinə söz verdilər. Yəni axtardıqları o böyük vəlini hansı daha əvvəl tapar və tanıyarsa dərhal digərinin də o şəxsi tanımasına, ona bağlanıb feyz almasına vasitə olacaqdı.
Özlərinə yol göstərəcək mənəvi bir rəhbəri axtardıqları sırada Mövlana Xalid Bağdadi aldığı bəzi mənəvi işarələr üzərinə Hindistana getməyə qərar verdi. Zahiri elmlərdə yüksək bir alim olan Abdullah Şəmdini də onunla getmək istədi. Fəqət Mövlana Xalid Bağdadi ona; “Mən gedim, oradan alıb gətirdiklərimə ortağıq” dedi. Nəhayət Hindistana getmək üzrə Süleymaniyyədən yola çıxdı. Uzun və məşəqqətli bir səfərdən sonra Hindistana çatdı. Axırda Nəqşibəndiyyə mənəvi yolunun mürşidi-kamili Şah Qulam Əli Abdullah Dehləvi həzrətlərinin hüzur və söhbətlərilə şərəfləndi. Qısa zamanda layiq və müstəhəq olduğu fəzilət və yetkinliyə çatdı. Təsəvvüf yolunda irəliləyib övliyalıq dərəcəsinə yüksəldi. Xocası ona, İslamiyyətin əmr və qadağalarını anlatmaq surətilə, insanların dünya və axirət səadətinə qovuşmalarına vəsilə ola bilmək və tələbə yetişdirmək xüsusunda tam bir icazət, diplom və xilafət verdi. Xocasının tam və mütləq vəkili olaraq yüksək feyz və kəmalatı, elm və ədəb aşiqlərinə təqdim etmək və onları yetişdirməklə vəzifəli olaraq Bağdada göndərildi.
Bundan sonra bütün aləm, vasitəli-vasitəsiz irşad və feyz qaynağı olan Mövlana Xalidi Bağdadi həzrətlərinin mənəvi nuru ilə nurlanmağa başladı. Beləcə Bağdadda feyz və nur saçan rəhmət günəşi doğuldu.
Seyid Abdullah Şəmdini, daha əvvəlki razılaşmalarının gərəyi olaraq bir müddət Bağdadda qaldıqdan sonra Süleymaniyyəyə qayıdan Mövlana Xalid Bağdadi həzrətlərinin ziyarətinə getdi. Mövlananın Hindistanda əldə etdiyi mərifət və kəmalatı, yetkinliyi görüncə ona olan məhəbbəti daha da artdı. Mədrəsə tələbəliyində yoldaşı olduğunu düşünməyib o övliyalıq günəşinin söhbətlərinə davam etməyə başladı. Onun öndə gələn tələbələrindən oldu. Bəzi həsəd aparan və inkarçı kimsələrin, Mövlana Xalid Bağdadi həzrətlərinin qarşısına çıxıb, söz və yazı ilə onu pisləməyə, müxtəlif böhtanlarla və uydurma yalanlarla, ona könül verənlərin yolunu kəsməyə çalışdıqları sırada, o həmişə onun yanında oldu. Özündə olan zadəganlıq və yüksək qabiliyyət ilə Mövlana Xalid Bağdadi həzrətlərinin tələbə yetişdirmək xüsusundakı məharətinin birləşməsilə qısa zamanda bütün elmlərdə və təsəvvüf hallarında yetişərək yetkinləşdi. Mövlana Xalid Bağdadi həzrətlərinin minlərlə tələbəsi arasında ən yüksəklərindən oldu. Mövlana Xalid Bağdadi həzrətləri ona tələbə yetişdirmək üzrə icazət, diplom verdi. Mövlana həzrətlərindən icazət və xilafət alanların başdan üçüncüsü olan Seyid Abdullah Şəmdini, qardaşı Seyid Əhməd Geylani həzrətlərinin oğlu Seyid Taha Hakkarini də, Mövlana Xalid Bağdadi həzrətlərinin söhbətlərinə apararaq, onun da bu yolda yetişməsinə vəsilə oldu.
Mövlana Xalid Bağdadi həzrətləri bir ara Bağdada getdi. Bu sırada Abdullah Şəmdini tələbələrin başına keçib onları yetişdirməklə məşğul oldu. Daha sonra təkrar Süleymaniyyəyə qayıdan Mövlana həzrətləri, insanlara İslamiyyətin əmr və qadağanlarını anlatmaq üzrə müxtəlif diyarlara yetişdirib göndərdiyi tələbələrilə birlikdə, Seyid Abdullah Şəmdinini də Şəmdinliyə göndərdi. Seyid Abdullah Şəmdini, Şəmdinli ətrafındakı Nəhri qəsəbəsinə yerləşdi. Nəhridə mədrəsə, təkkə və zaviyələr tikdirərək tələbə yetişdirməyə başladı. Türkiyə, İran və İraqın müxtəlif yerlərindən elm məclisinə və söhbətlərinə qaçan bir çox kimsəni zahiri və batini elmlərdə yetişdirdi. Peyğəmbər əfəndimizdən bu yana, övliyanın və İslam alimlərinin anlatdığı və yaşadığı İslamiyyəti, gözəl əxlaqı insanlara anlatdı. Xüsusilə ədəb və əxlaqdan məhrum əşirətlər üzərində çox təsirli olub, onların düzəlməsinə vəsilə oldu. Qəbilə və əşirətlərə, anlayacaqları şəkildə gözəl nəsihətlər vermək surətilə onların doğru yola qovuşmalarına vəsilə oldu.
Mövlana Xalid Bağdadi həzrətləri onun haqqında Seyid Taha Hakkariyə; “Seyid Abdullah nə gözəl bir şeyxdir. Onda heç qüsur yoxdur. Tək qüsuru, onun münkiri yəni qarşısına çıxıb onun böyüklüyünü inkar edən kimsələr olmamasıdır” buyurdu.
Yenə buyurdu ki:
“Məni, Seyid Abdullah və Seyid Tahadan üstün tutmayın.” Əshabı; “Onlar sizin tələbənizdir, niyə belə deyirsiniz?” deyə ərz etdikləri zaman; “Onlar şahzadələrdir. Padşah olacaqlar. Biz isə, bir müddət onların tərbiyəsi ilə məşğul olan və belə yüksək bir vəzifənin özünə verildiyi bir mürəbbiyəyik. Mürəbbi, şah olacaq şahzadədən üstün ola bilərmi?” buyurdular.
Ömrünü elm təhsil etməyə, İslamiyyəti öyrənməyə və öyrətməyə vəqf etmiş olan və bir çox kəramətləri görülən Seyid Abdullah Şəmdini həzrətləri 1813-cü ildə Şəmdinlinin Nəhri qəsəbəsində vəfat etdi. Nəhri qəbiristanının girişində dəfn edildi. Qəbrinin üzərində sadə bir türbə vardır. Mübarək qəbri sevənləri tərəfindən ziyarət edilməkdə, aşiqləri dua edib mübarək ruhundan feyz almaqdadır. Onu vəsilə edərək dua edənlərin maddi və mənəvi dərdlərinə dərman tapdıqları dildən-dilə anladılmaqdadır.
Şəmdinlinin Nəhri qəsəbəsində ilk dəfə irşad və feyz qaynağı olan Seyid Abdullah Şəmdini, Şafii məzhəbi fiqhində və digər elmlərdə dərin alim olub, elmi ilə amil, böyük vəli, peyğəmbərlik sirlərinə vaqif və həzrəti Osmanın gözəl əxlaqını xatırladan gözəl əxlaq sahibi olub, həya və ədəbin qaynağı idi. Hər halı istiqamət və doğruluq üzrə idi. Söhbətləri xəstə ruhlara qida, baxışları qaralmış qəlblərə şəfa idi. İnsanların dünyada və axirətdə qurtuluşa çatmalarının, səadət qapısının açarı idi.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0