Facebook Twitter WhatsApp

Seyid Fəhim Arvasi

Seyid Fəhim Arvasi həzrətləri, Şərqi Anadoluda yetişən böyük vəlilərdəndir. Silsiləyi-aliyyənin otuz üçüncüsüdür. Osmanlı Dövlətinin son dövrlərində yaşamışdır. Seyiddir. “Həzrəti Şeyx” və “Əllamə” ləqəbləri vardır. “Arvasi” deyilməklə məşhur olmuşdur. Atası Seyid Abdulhamid Arvasidir. 1825-ci ildə Vanın Bağçasaray (Müküs) qəzasına bağlı Arvas (Doğanyayla) kəndində doğuldu. 1895-ci ildə eyni kənddə vəfat etdi. Qəbri oradadır və sevənləri tərəfindən ziyarət edilməkdədir.

Təmiz və nəcib ailəsi Anadolunun şərq vilayətlərinin elm, irfan və gözəl əxlaq vəsflərinin simvolu idi. Zamanlarının alimi, fəzilət timsalı olan babaları Qadiri və Çeşti yollarına mənsub idilər. Atası, Arvasın təkkə, zaviyə və mədrəsəsinin sövq və idarəsi işlərini aparardı. Seyid Fəhim, kiçik yaşda atası Seyid Abdulhamid Əfəndini itirdi. Anası Seyidə Əminə Xanım, zahidə, təqva və vəra sahibi salehə bir xanım idi. Bir çox qadın xidmətçiləri olduğu halda elm tələbəsinin paltarını özü əlilə yuyar və kömək edərdi.

Kiçik yaşdan etibarən elm öyrənməyə başlayan Seyid Fəhim, qısa zamanda Qurani-kərimi xətm və hifz etdi. Sonra babalarının qurduğu və keçmişdən bəri elm yayan, böyük alimlər yetişdirən Arvas Mədrəsəsi ilə Müküsdəki Mir Həsən Vəli mədrəsəsində təməl dini bilikləri və Ərəbi vasitə elmlərini oxudu. Qısa bir müddət elm təhsilinə ara verdi.

Sonra Cizrəyə gedib Mövlana Xalid Bağdadi həzrətlərinin xəlifələrindən Şeyx Xalid Cəzərinin dərs xalqasına daxil oldu. Qısa zamanda yaşıdlarını keçib elmdə irəlilədi. Dini elmləri və zamanın fənn biliklərini öyrəndi.

Seyid Fəhim, Cəzirədə elm təhsili ilə məşğul olduğu sırada, əmisi oğlu Seyid Sıbqatullah Əfəndi də Cəzirəyə gəlib, Mövlana Xalidi Bağdadi həzrətlərinin tələbələrindən Şeyx Saleh Sibki həzrətlərindən elm öyrəndi. Cəzirədən qayıdarkən Vanı ziyarət etdi. Vanda olduğu günlərdə böyük vəli Seyid Taha Hakkari həzrətləri də Nəhridən Vana gəlmişdi. Seyid Taha həzrətlərinin ən seçmə əshabından olan əmisi Seyid Muhamməd Əfəndi, Seyid Sıbqatullah Əfəndiyə, Seyid Taha Hakkari həzrətlərinə tələbə olmasını tövsiyə etdi. Seyid Tahaya tələbə olan Seyid Sıbqatullah, onun xidmətində və söhbətlərində bulunaraq təsəvvüf yolunda irəlilədi. Qısa zamanda yetkinləşərək insanlara İslamiyyətin əmr və qadağalarını anlatmaq xüsusunda icazət, diplom və xilafət aldı. Van valisi və xalqı Vanda qalmağını israrla istədilər. Lakin o; “Nəhriyə gedirəm. Seyid Taha həzrətləri uyğun görsələr burada qalaram” buyurdu. Vanda qalmaq istədiyini Seyid Taha həzrətlərinə ərz edəndə, buyurdu ki: “Yox Molla Sıbqatullah! Van xalqı dun-himmətdir (əskik, qısa himmətlidir). Vanın fəthi mənim və sənin əlində olmaz. Mükaşifə aləmindən məlumata görə sizin sülalənizdən yəni Arvasi xanədanından, elm və irfanı ilə tanınmış, Allah bilər amma onun [Seyid Fəhimi nəzərdə tutur] vasitəsilə, Vanın irşadı keçici olaraq mümkündür” buyurdu. Seyid Sıbqatullah Arvasi həzrətləri ona; “O şəxs əmimin oğludur. Cəzirədə elm təhsili ilə məşğul, elm və irfanla məşhurdur” dedi. Seyid Taha; “Bir başqa gəlişində o şəxsi mütləq mənə gətir” deyə əmr buyurdu.

Seyid Sıbqatullah, xocasını ikinci dəfə ziyarətə gəlişində, gənc yaşdakı Seyid Fəhim Arvasini də Nəhriyə gətirdi. Seyid Taha həzrətlərinin hüzuruna gedib söhbətlərilə şərəfləndilər. Qalma zamanı bitib ayrılacaqları sırada, Seyid Sıbqatullah və yanındakılar Seyid Taha həzrətlərinin əlini öpüb icazə aldıqdan sonra, sıra Seyid Fəhimə gəldikdə, Seyid Sıbqatullah geridə qaldığını görüb, Seyid Taha həzrətlərindən onun üçün də icazə istədi. Lakin Seyid Taha həzrətləri, Seyid Fəhimin qalmasını münasib gördü və; “O burda qalsın” buyurdu. Seyid Tahanın xidmətində qalan Seyid Fəhim, qısa müddətdə kamala yetdi. Seyid Taha həzrətləri onun haqqında; “Başqalarının altı ayda qət etdiyi məsafəni, Seyid Fəhim iyirmi dörd saatda qət etdi” buyurdu.

Seyid Taha həzrətləri bir gün Məscidi-Şərifin divarına söykənərək Seyid Fəhim həzrətlərinə işarə edərək yanına çağırdı. O da yanına gəldikdə; “Çox zəkisən, elmə istəkli və qabiliyyətlisən. Mütləq Mutavvəl kitabını oxumalısan” buyurdu. Seyid Fəhim həzrətləri; “Kitabım yoxdur. Bizim tərəflərdə Mutavvəl oxunmaz” deyə ərz etdikdə, öz kitabını hədiyyə etdi. Muşun Bulanıq qəzasının Abiri kəndində Molla Rəsul Sibki adındakı böyük alimə gedib oxumasını tövsiyə buyurdu. Hüzurundan ayrılarkən; “Sən zəki və tədqiq edici bir elm talibisən. Suallarına xocalar qaneedici cavab verə bilməzlər və narahat olarlar. Dərslərin gedişi əsnasında bir çətinliklə qarşılaşsan, onları narahat etmə. Əlini sinənə qoy və məni xatırla. İnşaallah dərhal müşkülünü həll edərəm” buyurdu.

Xocasının əlini öpüb duasını alan Seyid Fəhim Arvasi, Mutavvəl oxumaq üzrə zamanın Şərqi Anadoludakı ən böyük alimlərindən olan Molla Rəsul Sibkinin hüzuruna gəldi. Molla Rəsul; “Mən Arvas ailəsindən birinə dərs oxutmaq arzusundaydım. Çünki, Arvasda Molla Rəsul Zəkidən oxudum. O ailədən gələn bu şəxsdə zəka əsəri görə bilmirəm. Heyrət, o ailənin fərdləri çox zəki olardılar” dedi. Seyid Fəhim Arvasi, Molla Rəsuldan dərs almağa başladı. Lakin Seyid Taha həzrətlərinin tövsiyəsinə uyaraq dərs əsnasında sual verməməyə diqqət edirdi. Hətta Molla Rəsul, Seyid Fəhimin tələbələrindən Molla Xalidə; “Sənin xocan sual vermir. Zəkasızdırmı, yoxsa utanırmı?” deyə soruşdu. Molla Xalid də; “Bəli mən başlanğıcdan bəri bu şəxsin yanında oxuyurdum. Bir zaman xocalarına çox sual verər, xocalar ona cavab verməkdən aciz qalardılar. Lakin Nəhridən qayıtdıqdan sonra nə hikmətsə sual verməyi tərk etdi. Elm öyrənmədəki qabiliyyətinə gəldikdə: “Qüsura baxmayın, bəndəniz onun sizdən yüksək olduğunu təxmin edirəm” deyə ərz etdi.

Bir gün Molla Rəsuldan Mutavvəli oxuyarkən xocasına; “Bu hissəni anlaya bilmədim” dedi. Molla Rəsul təkrar anlatdı. Lakin Seyid Fəhim Arvasi yenə anlaya bilmədiyini söylədi. Molla Rəsul cümləni bir neçə dəfə oxuduqdan sonra; “Bu gün yoruldum, sabah anladaram” dedi. Ertəsi gün oxudu fəqət yenə açıqlaya bilmədi. O gecə Molla Rəsul da, Seyid Fəhim də düşündülər. Üçüncü gün eyni yerə gəldikdə, Molla Rəsul oradakı incəliyi yenə açıqlaya bilmədi. O sırada Seyid Fəhim xocası Seyid Taha həzrətlərinin; “Dərs oxuyarkən anlaya bilmədiyin yer olarsa, məni xatırla” sözünü xatırladı. Molla Rəsul dərsi mütaliə etməklə məşğulkən, Seyid Fəhim gözlərini yumub, mürşidi Seyid Taha həzrətlərini gözünün önünə gətirdi.

Seyid Taha əlində bir kitab ilə göründü. Kitabı Seyid Fəhimin önünə açdı. Mutavvəlin o səhifəsi idi. O sətirləri açıq olaraq oxudu. Seyid Fəhim maraqla diqqət yetirirdi. O cümlənin arasında bir ətf vavı (və hərfi) əlavə oxudu. Seyid Taha həzrətləri gözdən itdikdə, Seyid Fəhim gözlərini açdı. Molla Rəsulun o sətirləri oxuyub düşünməkdə olduğunu gördü. Molla Rəsuldan icazə istəyib, xocasından eşitdiyi kimi bir (və) əlavə edərək oxudu. Molla Rəsul bunu eşitdikdə; “Məna indi aydın oldu” dedi. İkisi də yaxşıca anlamışdı. Molla Rəsul; “Bu sətirləri iyirmi ildir ki, oxudum, anlatdım. Fəqət həmişə anlamadan anladardım. İndi yaxşı anladım. Söylə görək bunu doğru oxumaq sənin işin deyil. Mən illərlə bunu anlaya bilmədim. Sən necə anladın? Bu (və)ni oxudun, məna düzəldi” dedi. Seyid Fəhim, mürşidi Seyid Taha həzrətlərini xatırlayıb kömək istədiyini söylədi. Mürşidindən necə öyrəndiyini anlatdı. Molla Rəsul; “İmandan sonra küfr yoxdur” deyərək kitabı bağladı. Seyid Fəhim ilə birlikdə Nəhrinin yolunu tutdular. Onlar yolda ikən Seyid Taha həzrətləri; “Seyid Fəhim gözəl bir hədiyyə ilə gəlir” buyurdu. Qısa bir müddət sonra Seyid Fəhimlə birlikdə gələn Molla Rəsul da Seyid Taha həzrətlərinin söhbətinə qovuşub, tələbələrindən oldu. Onun hüzurunda mənəvi yetkinliyə çatıb, zahiri elmlərdə olduğu kimi, təsəvvüf elmində də yetişdi. Seyid Taha həzrətləri Molla Rəsula xilafət verərək insanlara İslamiyyətin əmr və qadağalarını anlatmaqla vəzifələndirdi.

Xocası və mürşidi Seyid Taha həzrətlərinin hüzuruna təkrar qayıdan Seyid Fəhim, onun xidmət və söhbətlərində oldu. Seyid Taha həzrətlərinə olan məhəbbət və bağlılığı səbəbilə onun yatdığı otağın çöl tərəfində pəncərəyə üzünü dönər və səhərlərə qədər ayaqda dayanıb, onun günəş kimi nur saçan feyzlərindən istifadəyə çalışardı. Hətta bir dəfə bununla kifayətlənməyib, soyuq bir gecədə şiddətli qar yağarkən, qapının çölündə uzandı. Mübarək başını qapının girişinə qoyaraq yatdı. Şiddətli yağan qar, mübarək bədənini örtdü. Lakin məhəbbətlə yanan qəlbi ilə qar altında növ-növ feyz və bərəkətlərə qovuşdu. Seyid Taha həzrətləri təhəccüd namazını qılmaq üçün məscidə getmək üzrə qapını açdı. Ayağını qapıdan çölə atınca, Seyid Fəhimin kürəyinə basdı. Seyid Fəhim dərhal ayağa qalxıb ədəblə mürşidinin qarşısında dayandı. Seyid Taha həzrətləri; “Yetər Molla Fəhim. Mənim qənaətimə görə bu gün elmdə bir ümmansınız. Seyid Şərif Cürcani həzrətlərindən sonra elmdə seyidlərin üzünü siz güldürdünüz. Bu elmi, bu qədər yerə sərməyin” buyurdu. Seyid Fəhim həzrətləri isə: “Bu elmdən bütün istifadəm, həzrətinizin bir nəzərilə olana yetişə bilməmişdir. Bəndəniz mənfəətimi axtarıram” deyə cavab verdi. Bunun üzərinə Seyid Taha həzrətləri onu qucaqladı, gecənin qaranlığında dünyanı aydınladacaq mənəvi nurları ehsan etdi. Əlini tutaraq birlikdə məscidə getdilər.

Seyid Taha həzrətlərinin xidmət və söhbətində təsəvvüf yolunun ən yüksək dərəcələrinə qovuşan Seyid Fəhim, böyük bir vəli oldu. Mütləq xilafətlə şərəflənmə zamanı gəldikdə, ustadı Seyid Taha onu hüzuruna çağırdı və insanlara İslamiyyətin əmr və qadağalarını anlatmaq, onların dünya və axirətdə səadətə, qurtuluşa qovuşmalarına vəsilə olmaqla vəzifələndirdi. Lakin Seyid Fəhim; (Bu bir ağır yükdür. Mən bunu qaldıra bilmərəm.) Həm də buna layiq olmadığını bildirib çəkingən davrandı. Seyid Taha həzrətləri; (Bu bir əmri-ixtiyari, istəyə bağlı bir iş deyil, əmri-zəruri olub, məcburi işdir) buyurdu. Məmləkəti olan Arvasa getməsini əmr etdi. Yola çıxacağı zaman təkrar hüzuruna çağırdı, kitabların içindəki məktublarını ona göstərərək; (Bu ixlas və məhəbbət sizin deyildirmi? Niyə imtina edirsiniz. And içirəm ki, sizin xilafətiniz, Rəsuli-əkrəm əfəndimiz tərəfindən təsdiq buyurulmuş və bütün sadatı-kiram böyükləri təsdiq buyurmuş, mən də təsdiq etmək məcburiyyətindəyəm. Siz də qəbul etmək məcburiyyətindəsiniz) buyurdu.

Qənaət, təvəkkül, zöhd, məhəbbət, riza və təslimiyyətdə çox yüksək bir mürşidi-kamil olan və; “Seyid Tahanı gördüm, təriqət və həqiqətin nə olduğunu öyrəndim” buyuran Seyid Fəhim həzrətləri, xocasının əmrinə tabe olaraq Arvasa qayıtdı. Arvas Mədrəsəsini yenidən abadlaşdıraraq tələbələrə elm öyrətdi. Bundan əlavə, əhli-sünnət etiqadını, əshabı-kiramın yolunu anladaraq insanların səadətinə çalışdı. İslamiyyətin əmr və qadağalarından qıl qədər ayrılmadan vəzifəsinə davam etdi. Hər zaman fəlakət qəbul etdiyi şöhrətdən qaçındı. Arvas Mədrəsəsində ən az əlli tələbəyə dərs verib Maddəyi-Kübra adlı əsəri oxudardı. Ondan elm təhsil edib, məzun olanlar Van və həvalisində Rəisül-müdərrisin ünvanıyla anıldılar. Seyid Fəhim həzrətlərinin elm və mərifətdəki üstünlüyü qısa zamanda hər tərəfə yayıldı.

Seyid Fəhim həzrətləri xocası Seyid Taha həzrətlərini, dərs tələbəsi kimi hər il, Arvasdan Nəhriyə gedərək, ziyarət edərdi. Vəfatından sonra, yerinə keçən qardaşı Seyid Muhamməd Saleh həzrətlərini də ziyarət edib, söhbətlərində oldu. Çünki Seyid Muhamməd Saleh həzrətləri Seyid Fəhim həzrətlərinin söhbətdə ustadıydı.

Ustadının vəfatından sonra daha da tanınan Seyid Fəhim həzrətləri, elm və fəzilətdə olduqca məşhur oldu. Misir, İraq, Suriya və bu həvalidə həll edilə bilməyən məsələlər ona gətirildi. Aydınlaşdırıla bilməz kimi görülən müşkül məsələləri həll edərdi. Onun söhbətində olmaq üzrə Arvasa gedən kimsələr dünyadan xəbərsiz, nəfsin və şeytanın şərindən əmniyyətdə olub, məhəbbət dəryasına daldılar. Ondan feyz alıb, yüksək dərəcələrə qovuşdular. Söhbət və dərslərilə pək çox insanın doğru yola qovuşmasına vəsilə oldular. Beləcə, Şərqi Anadolu xalqının Sünni qalmasını, batil firqələrin yörəyə girməməsini təmin edərək, milli birliyə çox xidmət etdi. Doxsan üç Hərbində Ruslara qarşı Şərqi Bayəzid Cəbhəsinə gedib böyük qəhrəmanlıqlar və müvəffəqiyyətlər göstərdilər.

Seyid Fəhim həzrətləri xocası Seyid Taha həzrətlərinin vəfatından sonra onun əmr və tövsiyələrinə möhkəm surətdə uydu. İldə iki dəfə Vana təşrif edərək xalqa İslamiyyətin əmr və qadağalarını anlatdı. Onların dünyada və axirətdə səadətə, xoşbəxtliyə qovuşmaları üçün çalışdı. Vəz və söhbətlərilə Van xalqının İslamiyyətə bağlılığı və bu xüsusdakı şöhrəti artdı. “Dünyada Van, axirətdə iman” sözü insanlar arasında geniş surətdə söylənməyə başlandı. Seyid Fəhim həzrətlərinin Vana gəlişində böyük bir izdiham olardı. Zamanın valisi, əsgəri və mülki ərkanı onu ziyarət edərək, söhbətlərindən istifadə edərlər, varsa müşkül məsələlərini soruşub cavablarını alardılar. Maddi və mənəvi bütün əmrləri yerinə yetirilər, hər kəs ona sayğı və hörmətdə qüsur etməzdi. Beləcə xocası Seyid Tahanın illər əvvəl buyurduğu; “Vanın fəthi Arvasi xanədanından, elm və irfanı ilə tanınmış bir şəxsin vasitəsilə müvəqqətən (keçici olaraq) mümkündür” sözünün hökmü kəramət olaraq ortaya çıxmışdı.

Elm, fəzilət və gözəl əxlaqda zamanının bir dənəsi olan Seyid Fəhim həzrətləri, İslamiyyətin əmrlərinə və sevgili Peyğəmbərimizin sünnəti-səniyyəsinə dəqiqliklə tabe olardı. Onu sevənlər namazlarını mütləq məsciddə camaatla qılardılar. Onun ən böyük kəraməti, İslamiyyətin əmr və qadağalarına tam tabe olması, özündən sonra vəzifəsini davam etdirəcək olan Seyid Abdulhakim kimi alim və vəli bir şəxsi yetişdirməsi idi. Bunlardan başqa olduqca çox kəramətləri görülmüşdür.

Seyid Fəhim həzrətləri bir dəfə tələbələrilə Van Gölü sahilində gedərkən, göldəki Axtamar Adasında olan Erməni kilsəsindən bir keşiş çıxaraq su üstündə yeriməyə başlayar. Tələbələr bunu gördükdə, bəzilərinin xatirinə; “Allahın düşməni dediyimiz keşiş, su üzərində yeriyir də, övliyanın böyüyü, Allahu təalanın sevdiyi, seçdiyi qulu bildiyimiz, Seyid həzrətləri görəsən niyə yeriməz və sahildən dolanar” deyə gələr. Seyid Fəhim, bu düşüncəni anlayıb, mübarək ayaqlarındakı başmaqları əllərinə alıb, bir-birinə vurar. Nalınları vurduqca keşiş suya batar. Boğazına qədər gəldikdə, bir daha vurar. Keşiş, batar və boğular. Sonra, belə düşünən tələbəsinə tərəf dönərək; “O, sehr edərək, su üstündə gedir, beləcə sizin imanınızı ifsad etmək istəyirdi. Başmaqları vuranda sehri pozulub batdı. Müsəlmanlar sehr etməz. Allahu təaladan kəramət istəməkdən də həya edərlər” buyurdu. Kəraməti ilə keşişin sehrini pozdu.

Diyarbəkirdə ədliyyə müfəttişi Mustafa Nəcati Bəy adında bir kimsə vardı. Vəzifəli olaraq Vanın Müküs qəzasına getdi. Bir bayram günü, bayram namazından sonra qaimməqam və qəzanın tanınmış kimsələri Seyid Fəhim həzrətlərini ziyarətə getmək üzrə hazırlandılar. Mustafa Nəcati Bəy də onlarla birlikdə getmək istədi. Gərəkli hazırlıqlar görüldükdən sonra yola çıxdılar. Səfər əsnasında gözəl şeylərdən bəhs edildi. Arvasın yaxınındakı Qırmızı Körpünü keçdikdən sonra hamısı da ayrı bir mənəvi havaya girdilər. Mustafa Nəcati Bəy də o havadan təsirləndi. Fəqət özü içki içdiyi üçün heybesində iki şüşə içki vardı. Arvas qəbiristanının altındakı daşlıqda bu şüşələri kimsədən xəbərsiz, bir yerə gizlətdi. Arvasa çatıb, Seyid Fəhim həzrətlərini ziyarət etdilər.

Hamısı sırayla hörmətlə əlini öpdülər. Mustafa Nəcati Bəy də əllərini öpüb, təsəvvüf yolunda tələbəsi olmaq istədiyini bildirdi. Seyid Fəhim həzrətləri ona; “Şüşə ilə təriqət bir yerdə olmaz. Get şüşələri qır, tök gəl, ondan sonra qəbul edək” buyurdu. Mustafa Nəcati Bəy şüşələri oraya qoyduğunu heç kimin görmədiyini düşündü. Fəqət Allahu təala vəli qullarına kəramətlə bildirər deyə düşünərək getdi. Şüşələrdən birini qırdı, digərini də çıxılmaz vəziyyətə düşsəm istifadə edərəm dedi. Seyid Fəhim həzrətlərinin hüzuruna gəldikdə; “Get o birini də qır gəl!” buyurdular. Mustafa Nəcati Bəy bu hal istəyimə bağlı deyil, zəruridir. O şüşəni ora istəyərək qoymadım. Zəruri qalsam içərəm, deyə qoydum” dedi. Seyid Fəhim həzrətləri; “Haramda zərurət olmaz” buyurdular. Mustafa Nəcati Bəy gedib o şüşəni də qırdı. Sonra əllərini öpdü və tələbələri arasına girdi. Bundan sonra içki vərdişi qalmadı. Mustafa Nəcati Bəy, Seyid Fəhim həzrətləri haqqında; “Türkiyəni demək olar ki, tamamilə, Ərəbistanın bir qisimini gəzdim. Hər yerdə məşayixdən bir çox kimsəylə qarşılaşdım. Bu şəxs kimi yetkin bir fərd görmədim. Peyğəmbər əfəndimizi və Əshabı-kiramı təmsil edirdi. Ondakı elm, hilm, yumşaqlıq, vüqar, lətafət və heybəti heç kimdə görmədim” deyə anladar və ağlayardı.

Seyid Taha həzrətlərinin oğlu Seyid Ubeydullah Əfəndi həccə getmək istəyirdi. Vana gəldi. Öz-özünə; “Ərəbistanda atam Taha Hakkari həzrətlərini tanıyanlar çoxdur. Elm söhbətləri olar. Yanımda böyük bir alimin olması zəruridir. Buna layiq ancaq atamın xəlifəsi Seyid Fəhim həzrətləridir” deyə düşünərək onu birlikdə aparmaq üzrə Vana dəvət etdi. Seyid Fəhim həzrətləri Vana gələndə; “Ustadım birlikdə həccə gedək” dedi. Seyid Fəhim həzrətləri üzr bəyan edib; “Mali və fiziki vəziyyətim müsaid deyildir” buyurdu. Seyid Ubeydullah Əfəndi; “Mal və pul işi mənə aiddir. Fiziki vəziyyətinizlə əlaqədər olaraq Mövlana Xalidi Bağdadi həzrətlərinin Divanına baxaq, nə çıxacaq” dedi. Divanın bəzi səhifələrini açdıqları zaman Mədinəyi-münəvvərə ilə əlaqədər beytlər çıxdı. Bunun üzərinə qərar verib birlikdə həcc səfərinə çıxdılar. İstanbula keçib, Fatihdəki Rəşadiyyə Otelinə vardılar. Onların İstanbula gəldiklərini xəbər alan zamanın padşahı Sultan İkinci Abdulhamid Xan, onları saraya dəvət etdi. Sarayda qonaq edib, ikram və ehsanlarda bulundu.

Özü vəli olan, alim və vəlilərə çox hörmət edən Sultan İkinci Abdulhamid Xan, Seyid Fəhim həzrətlərinin söhbətlərində olub, duasını aldı. On iki gün qədər İstanbulda qonaq etdikdən sonra, Heydərpaşaya qədər mərasimlə, törənlə yola saldı.

Seyid Fəhim həzrətləri və Seyid Ubeydullah Əfəndi buxar gəmisilə Misirə getdilər. Oradakı alim və vəlilər ilə görüşüb söhbətdə oldular. O dövrün mühüm elm mərkəzlərindən olan Əzhər Mədrəsəsindən yetişən alimlər, Seyid Fəhim həzrətlərinin elm və fəzilətdəki üstünlüyünü qəbul etdilər.

Seyid Fəhim həzrətləri, xidmətində bulunan Hacı Ömər Əfəndilə birlikdə Camiyül-Əzhər Mədrəsəsinə getdilər. Bir otağa girdilər. Bu otaqda oturan bir alimin ətrafında çox sayda kitablar və qarşısında bir kağız olduğu halda oturduğunu gördülər. Alim, kitablara baxır lakin önündəki kağıza bir şey yaza bilmirdi. Seyid Fəhim həzrətləri kağızda olan yazını bir dəfədə oxuyub əzbərlədi. Çünki bir dəfə oxuduğu yazını əzbərləmək onun xüsussiyyətlərindən idi. Alim kimsə başını qaldırıb; “Sizin oxumanız vardırmı?” deyə soruşdu. Seyid Fəhim həzrətləri elmlə bir miqdar məşğul olduğunu bildirdi. Alim; “Siz bu kağızdakı yazının mənasını bilərsinizmi?” dedi. “Bəli” cavabını aldıqda, heyrət etdi və; “Heyrət! Camiyül-Əzhər Mədrəsəsi (Universiteti) bütün şöbələri (fakültələri) ilə bir həftədən bəri bu məsələnin həlli üçün tətil edildi. Rəisül-üləma başda olmaqla bütün alimlər gecə-gündüz çalışmaqdadır. Bu yazının məna və məfhumunu anlamaqdan aciz qaldı” dedi. Seyid Fəhim həzrətləri; “Asan bir məsələdir” buyurunca, alim daha çox heyrət etdi.

Seyid Fəhim həzrətləri anlaşıla bilməyən məsələni izah etməyə başladı. Heyrətlər vadisində gəzən alim, hörmətlə qalxıb əlini öpdükdən sonra, dərhal kağız-qələm alıb Fəhim Arvasi həzrətlərinin izahını yazdı. Ünvanını alaraq təkrar əllərini öpdü və ayrıldı. Seyid Fəhim həzrətləri də Hacı Ömər Əfəndilə birlikdə kirayə tutduqları evə qayıtdı.

Bir müddət sonra Camiyül-Əzhər Mədrəsəsi Rəisül-üləmasının (rektoru) göndərdiyi dörd alim çıxıb gəldi. Rəisül-üləma tərəfindən Camiyül-Əzhərə dəvət edildiyini ifadə etdilər. Seyid Fəhim həzrətləri dəvəti qəbul buyurub, getdi. Böyük bir salonda Rəisül-üləma başda olmaq üzrə beş yüzə yaxın alim böyük bir sayğı ilə onu qarşıladılar. Seyid Fəhim həzrətlərilə Rəisül-üləma yan-yana oturdular. Söhbət başladı. Rəisül-üləma, Seyid Fəhim həzrətlərinə: “Əfəndi həzrətləri! Tam istənən şəkildə açıqladığınız məsələ, Camiyül-Əzhərcə müşkül və mənası anlaşıla bilməyən bir məsələ halına gəlmişdi. Cənabı-Haqqın köməyilə bu müşkülatdan bizləri xilas etdiniz. Camiyül-Əzhər sizə sonsuz təşəkkür borcludur” dedi.

Bir çox müşkül məsələlərin həll edildiyi suallı-cavablı söhbət, saatlarla davam etdi. Bu sırada Seyid Fəhim həzrətləri, yanındakı Hacı Ömər Əfəndidən tütün çubuğunu doldurmasını və yandırmasını istədi. Hacı Ömər Əfəndinin hazırladığı çubuqdan bir neçə nəfəs çəkib yerinə qoydu. Rəisül-üləma, Seyid Fəhim həzrətlərindən izin istəyib; “Bir neçə nəfəs də mən çəkə bilərəmmi?” dedi. Seyid Fəhim həzrətləri izin verdikdən sonra bir nəçə nəfəs də Rəisül-üləma çəkdi. Lakin bu sırada salondakı alimlər arasında pıçıltılar başladı. İki alim gələrək Rəisül-üləmaya; “Əfəndim tütün çəkməyin qəti haram olduğuna dair dörd fətva vermişdiniz. İndi çəkirsiniz, hikməti nədir?” deyə soruşdular. Rəisül-üləma cavabında; “And içirəm ki, bizim elmimiz bu şəxsin elmi yanında dənizdə bir damcı kimidir. Vərə və təqvamız da bu şəxsin vəra və təqvası yanında yox kimidir. Bu şəxsə uyaraq bu gündən sonra tütün çəkəcəyəm. Demək ki, yanılmışam. Haram deyilmiş. Haram və günah olsaydı, bu şəxs ağzına qoyardımı? Siz sərbəstsiniz. Məndən haram olduğunu eşidən hər kəsə haram olmadığını çatdırın” dedi.

Seyid Fəhim həzrətlərinin söhbət və xidmətində olanlar, özlərini dünyadan uzaqlaşmış görərdilər. Ərəbcə, Farsca, Türkcə ilə digər məhəlli dilləri bilərdi. Hər dildəki məharəti əmsalından üstün idi. Ərəbcə danışdığı zaman Misir Camiyül-Əzhərində yetişdiyi zənn edilərdi. Maddi və mənəvi bütün elmlərdə dərin alim, fesahat və bəlağətləri çox gözəl idi. Seyid Abdulhakim həzrətləri onun vəsflərini bu şəkildə anladardı: “O, hər elmdə bir okean idi. Dərinliyinə heç kim enə bilmədi. Ancaq oğlu və xəlifəsi Seyid Muhamməd Əmin azacıq anlayırdı. Hətta Şeyx Sədi Şirazinin Gülistanından bir beyt oxudu və izah buyurdu. Bir miqdarını anlaya bildim. Seyid Muhamməd Əmin də bir miqdar daha anladı. Sonra o da anlaya bilmədi. Xülasə, həqiqət və incəliklərini heç kim haqqıyla idrak edə bilmədi.

Seyid Fəhim həzrətləri bir gecə yuxusunda Rəsulullah əfəndimizi gördü. Rəsulullah əfəndimiz ona; “Abdulhakimin tərbiyəsini sənə ismarladım” buyurdu. Bu əmr üzərinə Abdulhakim Əfəndinin tərbiyəsinə daha çox diqqət göstərib, onu təsəvvüfdəki vilayəti-Əhmədiyyə dərəcəsinə çatdırdı.

Seyid Fəhim həzrətlərinin öndə gələn tələbəsi Seyid Abdulhakim Əfəndi, onun söhbətlərindən çox istifadə etmişdi. Bir gecə bənzəri olmayan bir söhbət oldu. Seyid Abdulhakim bu söhbətdə dinlədikərini özü üçün kafi görərək; “Bu söhbət mənə yetər, ala biləcəyim hər şeyi bu gecə aldım” deyə düşündü. Səhər olanda ustadı ondan ibriqini istədi. Abdulhakim Əfəndi ibriqi bir alma ağacının altında olan xocasına apardı. Bu sırada həzrəti Seyid; “Abdulhakim! Bu ağac nə ağacıdır?” deyə soruşdu. “Alma ağacıdır əfəndim” deyə cavab alınca; “Bu ağacın bir gövdəsi, budaqları, budaqlarında da meyvələri vardır. İndi bir almanın içindəki çəyirdəyi yeyən bir qurd, mən bütün almanı və alma ağacını yedim, onda olanları aldım desə, doğru olarmı?” buyurdu. Beləcə Seyid Abdulhakim Əfəndiyə axşamkı düşüncələrinin yanlış olduğunu bildirib, daha çox səy göstərməsi gərəkdiyini işarə buyurdu.

Həzrəti Seyid tələbələrinin ən üstünü olan Seyid Abdulhakim Əfəndiyə xilafətnamə verməzdən beş il əvvəl, qardaşlarına yazdığı məktubda buyurdu ki:
“Sevdiyim, qiymətli Seyid İbrahim və Seyid Taha. Allahu təala ikinizə də səlamət versin. Sizə çox dua etdikdən və salam eylədikdən sonra, bildiyiniz kimi qardaşınız Seyid Molla Abdulhakim keçən payızda buraya gəlmiş, dərs oxumağa başlamışdı. Bu fəqir də onun dərsini olduqca diqqətlə və təhqiq edərək anlatdım. O da gərək dərsdə, gərək öz çalışmalarında eləcə diqqət və təhqiq etdi. Elmdən başqa bir şeyə baxmasına vaxt buraxmadım. İndi, zamanımızdakı üsula görə kitabları bitirdi. Bu fəqir, vasitə elmlərini, fiqh və hədis elmlərini oxutmaq üçün, üstadlarımdan necə məzun oldumsa, onu da elə məzun etdim. Sizlər artıq ona qardaş gözüylə baxmayın. Elmin şərəfini gözləmək üçün ona qarşı çox təvazö göstərin. Bunları sizin yaxşılığınız və yüksəlməyiniz üçün yazıram. Bundan başqa, elmə təvazö göstərmək, Allahu təalaya təvazö etmək deməkdir. Bu qısa yazımdan çox şeylər anlayın! Əsseyyid Fəhim”

Seyid Abdulhakim Əfəndiyə 1882-ci ildə zahiri elmlərdə icazət, diplom verdiyi kimi, 1888-ci ildə təsəvvüfdə Nəqşibəndiyyə, Qadiriyyə, Sührəvərdiyyə, Çeştiyyə, Kübrəviyyə yollarından xilafət də verdi. İnsanlara İslamiyyətin əmr və qadağalarını anlatmaqla vəzifələndirdi. Seyid Abdulhakimə yazdığı bir məktubda buyurdu ki: “Sevgili oğlum, gözümün nuru Seyid Molla Abdulhakim! Sizə, sonsuz dualarımı bildirdikdən sonra ərz edim ki, uzun zamandan bəri, sizdən xəbər almadığım üçün, könlüm çox kədərlənir. Allahu təala hər gizli şeyi bilir. O şahiddir ki, qəlbim həmən-həmən hər zaman səninlədir deyə bilərəm. Məni bu kədərdən xilas etmək üçün, görünən-görünməyən hallarınızı sıx-sıx bildirməlisiniz! Beləcə sevgi bağları oynadılmış olar. Əgər o, gözümün nuru buradakı fəqirlərdən soruşar isə, Allahu təalaya həmd və şükürlər olsun! Bədənimizin və ətrafımızın rahatı və səlaməti gündən günə artmaqdadır. Haqq təala, biz fəqirlərin və bütün qardaşlarımızın qəlblərinə səlamət ehsan buyursun! Amin. Şeyx Abdulhamidə və Şeyx Həsənə və Seyid İbrahimə bu fəqirin dualarını bildirin! Taha Əfəndiyə və Məzhər Əfəndiyə dua edərəm. Hər kimə uyğun görsəniz, bu fəqirin dualarını bildirmək üçün, vəkilimsiniz. Bundan başqa, Nəhridə olanların, doğru-əyri hamısının hallarını yazın. Əlavə olaraq, Nəsturilərin azğınlıq etdiklərini, dörd yüz müsəlman öldürdüklərini eşitdik. Bunların nələr etdiklərini və nə üçün etdiklərini də bildirməyinizi istəyirəm. Vəssəlam. Duacınız günahkar Seyid Fəhim.”

Ömrünü İslamiyyəti öyrənmək və öyrətməklə keçirən Seyid Fəhim həzrətləri vəfatından altı ay əvvəldən etibarən səfər hazırlığına başlamışdı. Söhbətlərində hər zamankındən daha çox ölümdən bəhs edirdi. İndi mədfun olduğu qəbri-şərifin yerinə baxaraq, Arvas qəbiristanına dəfn edilənlərin imanlı olduğu təqdirdə bütün günahlarının əfv ediləcəyini bəyan buyurardı.

Ömrünün son günlərinə doğru xəstəliyi ağırlaşdı. Bir Cümə günü xəstə halıyla məscidə getdi. O gün xəlifəsi və oğlu Seyid Muhamməd Əmin Əfəndi bəliğ və həzin bir xütbə oxudu. Məscidin arxasındakı bulağa qədər səflər bağlamış olan camaat bu xütbənin təsirilə məhzun olub, ağladı. Seyid Fəhim həzrətləri Cümə namazını oturaraq qıldı. Sonra da Seyid Abdulhakim Əfəndi, Seyid Muhamməd Əmin Əfəndi, Xəlifə Dərviş və Xəlifə Əli adlı dörd xəlifəsini hüzuruna dəvət buyuraraq vəsiyyətlərini belə bildirdi:

“Kitablarımı Arvas kitabxanasına vəqf etdim. Mənim bildiyim kimsəyə borcum yoxdur. Ehtiyat üçün elan edin. Əgər alacaqlılar çıxarsa, nə qədər iddia etsələr, Muhamməd Əmin tərəddüdsüz versin. Elmin və Nəqşibəndiyyə yolunun yayılmasına qayğı göstərin. Seyidim və sənədim Seyid Taha Hakkari həzrətlərinin, hər il ən az bir dəfə Vana gedib xalqı irşad üçün fəqirə olan əmrlərini yerinə yetirin…”

Vəsiyyətinə davam edərək; “Məndən sonra çox fitnə çıxacaq, qadınlardan həya peydəsi qalxıb, çarşı-bazarlarda gəzinəcəklər. İslam Abdulhamid Xanla qaimdir” buyurdu. Bir ara Seyid Abdulhakim Əfəndiyə dönərək; “Cənabı Haqq sizi mühafizə edəcəkdir” buyurdu və İbrahim əleyhissəlamın odda yanmadığı qissəsini anlatdı. “Əhli-sünnət etiqadının, əshabı-kiramın yolunun yayılması üçün əlimdən gəldiyincə, qıl qədər ayrılmamaq üzrə xidmət etdim. İnşaallah məsul deyiləm. Tam tədqiq etmədən fətva verməyin. Rüsxətlərlə kifayətlənməyin. İmkan olduqca azimətləri əsas qəbul edin” buyurduqdan sonra bir müddət kimsəni yanına qəbul buyurmadı. Allahu təalanı anmaqla və ibadətlə məşğul oldu.

Fəhim Arvasi həzrətlərinin xəstəliyini eşidənlər uzaq-yaxın hər tərəfdən gəlib ziyarət etdilər. Müalicə üçün həkimlər gətirdilər. Vəfat etdiyi günün əsr namazını oturaraq qılan Seyid Fəhim həzrətlərinin mübarək bədəni səcdədən mübarək başını qaldıra bilməyəcək dərəcədə zəifləmişdi. Oğlu Seyid Muhamməd Əmin Əfəndinin köməyilə başını səcdədən qaldıra bilirdi. Bu sırada hüzn və kədər Arvas və ətrafını bürümüş, evin ətrafında yüzlərlə sevəni və tələbəsi onun yaxşılaşması xəbərini gözləyirdi. O sırada rəng-rəng, növ-növ quşlar gəldilər, havada sıra-sıra dayanaraq hər kəsin hiss etdiyi şəkildə kədərlərini izhar etdilər. Yüz minlərlə quş, Arvas üzərində çətir kimi kölgə etdilər. O vaxt qeybdən bir səs: “Ya əyyətühənnəfsül-mutməinnəh…” ayəti-kəriməsini sonuna qədər oxudu. Səcdədən başını qaldırıb “Ər-Rəfiqul-ə’la” dedikdən sonra səsli bir kəlmeyi-tövhiddən sonra 1895-ci il Şəvval ayının on beşinci Çərşənbə axşamı günü ruhunu təslim etdi.

Seyid Fəhim Arvasi həzrətlərinin Arvasda olan qəbri, sevənləri tərəfindən ziyarət edilməkdə və bərəkətlərindən faydalanılmaqdadır. Vəsilə edilərək edilən dualar qəbul olmaqdadır. Uşağı olmayanlar uşaq sahibi olmaqda, xəstə olanlar şəfaya qovuşmaqdadırlar.

Gecə evdən nə üçün ayrıldılar?
Seyid Fəhim həzrətləri hər il Vana gəlişində bir müddət qalardı. Aşiqləri toplanar, feyz alardılar. Ümumiyyətlə onu çox sevən məhkəmə baş katibi Əhməd Bəyin evində qonaq olardı. Bir il Əhməd Bəy həccə getmişdi. Vana bir gəlişində yenə onun evində qaldı. Bir gecə yarısı yaxınlarından birini çağırdı və; “Yoldaşlarını oyandır! İndi buradan çıxıb, filan evə gedəcəyik” buyurdu. O kimsə: “Əfəndim, gecə yarısı getmək ayıb olar. Sabah getsək olmazmı?” dedi. “Xeyr indi gedəcəyik. Həm Əhməd Bəyin oğullarına da xəbər ver” buyurdu. Vəziyyəti öyrənən Əhməd Bəyin oğulları gəlib yalvardılar. “Əfəndim bir qüsur etdiksə əfv edin. Bizdən ayrılmayın. Atamız eşidərsə kədərlənər. Biz ona nə cavab verəcəyik, lütf edin, ehsan edin! Qəbahətimizi bağışlayın” dedilər. Çox göz yaşı tökdülər. Seyid Fəhim həzrətləri; “Xeyr sizdən çox razıyam, bizə hər xidməti artıqlaması ilə edirsiniz. Sizlərə dua edirəm. Lakin indi getməyimiz lazımdır” buyurdu. Əhməd Bəyin oğulları; “Əmr buyurduğunuz kimi olsun” dedilər. Gecə yarısı sevdiklərindən bir başqasının evinə getdilər.

Sabahısı gün oğlu Muhamməd Əmin Əfəndi, Əhməd Bəyin oğullarının pək çox kədərləndiklərini söylədi və; “Atacan o evdə səhərə qədər qalsaydıq nə olardı?” deyə soruşduqda, Seyid Fəhim həzrətləri; “Oğlum! İndi heç kimə söyləmə. Bu gecə Əhməd Bey Məkkəyi-mükərrəmədə vəfat etdi. Ev yetim evi oldu. Mal varislərə qaldı. Əvvəlcə hər şeydən istifadə edir, yeyib içirdik. Çünki Əhməd Bəyin sevə-sevə halal edəcəyini bilirdim. İndi isə tanış olmadığımız varislərin haqqı olduğu üçün bir şeydən istifadə etmək caiz olmaz. Qul haqqından qaçınmaq üçün tələsik ayrıldım” buyurdu. Bir ay sonra hacılar qayıtdı. Hər kəs gəldi. Əhməd Bəy gəlmədi. “Bir gecə yarısı Məkkədə vəfat etdi” dedilər. Hesab etdilər, Seyid Fəhim həzrətlərinin evdən ayrıldığı gecəyə rast gəlirdi.

Şeyxin səni öldürtməz
Vanın Gürpınar Muhamməd Piran əşirətindən Əli adlı bir şəxs gələrək Seyid Fəhim həzrətlərinə tələbə oldu. Bir səfər əsnasında vaxtıyla düşməni olan bir kimsə yolunu kəsdi. Əli adındaki şəxsi öldürmək üzrə silahına sarıldı. Nişan aldığı sırada Əli adındakı şəxs; “Məni öldürmə! Həzrəti Şeyxə (Seyid Fəhim) tələbə oldum. Bütün dünya düşüncələrindən sıyrıldım” deyərək, düşmənini razı etməyə çalışdı. Lakin silahlı kimsə onu dinləməyib silahının tətiyinə basdı. Beş dənə fişəngi var idi. Hamısını atdı fəqət heç səs eşidilmədiyi kimi, Əli Əfəndiyə də heç bir şey olmadı. Silahlı kimsə, fişəng yuvasına baxdı, fişəngləri görə bilmədi. Olanlar qarşısında çaşıb qaldı. “Şeyxin səni öldürtməz” deyərək ayrılıb getdi.

Əli Əfəndi bir müddət sonra Seyid Fəhim Arvasi həzrətlərini ziyarət etmək üzrə Arvasa getdi. Ziyarət əsnasında Seyid Fəhim həzrətləri ona; “Kəndin təpəsində çox qorxdunuzmu?” deyə soruşdu. Əli Əfəndi; “Bəli əfəndim” dedi. Seyid Fəhim həzrətləri oturduğu xəz dərinin altından beş ədəd fişəngi çıxararaq Əli Əfəndiyə verdi və: “Qul haqqıdır. Üzərimizdə qalmasın” buyurub fişəngləri sahibinə verməyi əmr etdi. Əli Əfəndi bu fişəngləri sahibinə aparıb verdi. Hadisə əsnasında zatən heyrət içində qalmış olan silahlı kimsə, etdikərinə peşman oldu. Tövbə edib, Arvasa getdi və Seyid Fəhim həzrətlərinə tələbə oldu.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину