Facebook Twitter WhatsApp

Seyid Sıbqatullah Hizani

Seyid Sıbqatullah Hizani həzrətləri, Osmanlı alim və vəlilərindən olub, Seyid Taha Hakkari həzrətlərinin tələbələrindəndir. 1870-ci ildə vəfat etdi. Qəbri, Hizanın Qayda kəndindədir.

Kiçik yaşdan etibarən elm təhsilinə başladı. Atası Seyid Lütfullah Əfəndi onun yetişməsi üçün xüsusi səy göstərdi. Çox zəki olan Seyid Sıbqatullah, qısa zamanda kəlam, təfsir, hədis, fiqh kimi zahiri elmləri təhsil etdi. Zamanının fənn elmlərində mütəxəssis oldu. Bidətdən uzaq olub, Peyğəmbər əfəndimizin sünnəsinə uyğun bir həyat yaşamağa çalışdı. Təsəvvüfə qarşı böyük maraq hiss etdi. Bir çox alim və vəli şəxsin elm məclislərində və söhbətində oldu. Vana gedərək Seyid Muhyiddin Əfəndinin xidmətinə girdi. Seyid Sıbqatullah, xocasının verdiyi vəzifələri yerinə yetirmək üçün canla-başla çalışdı. Ağır riyazətlər və mücahədələr çəkdi. Yəni nəfsinin istədiklərini etməyib, istəmədiklərini edərək nəfsini tərbiyə etdi. Uzun illər xocasının xidmət və söhbətilə şərəfləndi. Nəhayət bir gün xocası ona; “Vəfat etmiş vəlilərdən istifadə edəcək, faydalanacaq məqama gəldin” buyurdu. Seyid Muhyiddin vəfat edincə, Şeyx Xalid Cizriyə getdi. Bu mübarək şəxsin vəfatına qədər söhbətlərilə şərəfləndi. Sonra Seyid Tahanın, Molla Murad Hurusilə göndərdiyi; “Öz yuvana qayıt!” xəbərilə, Taha Hakkarinin şərəfli xidmətinə qaçıb, həqiqi və əsas yuvaya qovuşdu. Onun qiymət biçilməz söhbətlərini, çöldə susuz qalmış kimsələr misallı ruhuna həyat verici kimi tapdı. Seyid Taha həzrətləri, Rəsulullah əfəndimizin mürşidləri vasitəsi ilə gələn feyz və bərəkəti onun qəlbinə axıtdı. Qəlb gözü açılıb yüksək məqamlara qovuşdu. Mürşidi Seyid Taha həzrətləri vəfat etdikdə, onun yerinə keçən Seyid Saleh həzrətlərinin söhbətinə davam etdi. Seyid Tahanın hüzurunda kamal və ikmal mərtəbələrinə çatan Seyid Sıbqatullah, Hizan və Qaydada xalqı irşad etdi və insanlara İslamiyyətin əmr və qadağalarını anlatdı. Söhbətində olub bir təvəccöhünə nail olanın qəlbində, Allahu təalanın məhəbbəti yerləşərdi. Dinin əmrlərinə son dərəcə tabe olar, qadağalarından çəkinərdi.

Buyurardı ki:
“Tələbə, tovuz kimi olmalıdır. Gözəl qanadlarına, rəng-rəng tüklərinə deyil, qara qılçalarına baxmalıdır. Nəfsini son dərəcə qüsurlu görmədikcə istiqamət ələ keçməz. Bu şəkildə görməmək böyük günahdır. Məhəbbət, ixlaslı əməl və səy tələbəliyin şərtidir. Bunlardan birinin əskik olması mənəvi fəlakət əlamətidir.”

Övliyanın hallarını anlatmaq və dinləmək xüsusunda buyurdu ki:
“Övliyanın mənqibələrini dinləmək, məhəbbəti artırar, Əshabı-kiramın mənqibələri imanı qüvvətləndirər, günahları məhv edər.”

Seyid Taha həzrətləri ona yazdığı məktubda; “Tələbənin xocasına ixlas və məhəbbəti tam, tabeliyi dürüst olub, hal sahibi olmasa zərəri yoxdur. Bu üçündən birində nöqsanlıq olub, hal var isə Allah qorusun istidracdır. Şəqamət əlamətidir” deyə yazdı. Bu məktubdakı məna o qədər böyükdür ki, bir il söhbətə bu sözlərlə başlamışdır.

Vəfat etməzdən əvvəl buyurdu ki:
“Məqsəd, İslamiyyətin bildirdiyi yöndə istiqamət üzrə olmaqdır. Bidətdən və İslamiyyətə zidd olaraq edilən əməllərdən feyz alınmaz. Təsəvvüf, İslamiyyətə tabe olmaq deməkdir. İslamiyyətə tabe olmadan vilayətə, yəni vəliliyə qovuşular deyən sapqındır, zındıqdır. Namazlardan həmən sonra istiğfar edin. İslamiyyətin bildirdiyi xüsuslara tabe olmayan və sünnəti tərk edən mürşid, yol göstərici ola bilməz.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину