Facebook Twitter WhatsApp

Seyid Muhamməd Saleh

Seyid Muhamməd Saleh həzrətləri, Osmanlılar zamanında Anadoluda yetişən övliyanın ən böyüklərindəndir. Silsiləyi-aliyyənin otuz ikincisidir. Böyük vəli Seyid Əbdülqadir Geylani həzrətlərinin on birinci nəvəsi və Taha Hakkari həzrətlərinin qardaşıdır. Seyiddir. 1865-ci ildə Nəhridə vəfat etdi. Qəbri, böyük qardaşı və xocası Seyid Taha Hakkari həzrətlərinin ayaq ucundadır.

Seyid Saleh, kiçik yaşda Qurani-kərim oxumağı öyrəndi. Çox zəki idi. Qısa zamanda Qurani-kərimi əzbərlədi. Mədrəsəyə gedərək təfsir, hədis, fiqh kimi zahiri elmlərlə, zamanın fənn və ədəbiyyat elmlərini öyrənərək böyük bir alim oldu. Təsəvvüfdə də yetişərək, qəlb elmlərində mərifət sahibi olmaq üçün, böyük qardaşı Seyid Taha Hakkarinin söhbətlərilə şərəfləndi. İllərlə ona xidmət etdi. Mübarək tövəccöhlərinə qovuşdu. Vilayət dərəcələrində çox yüksəldi. Xocası, ona icazət verərək, tələbə yetişdirmək üzrə Bərdəsura göndərdi. Seyid Saleh həzrətləri orada tələbə yetişdirməyə başladı.

Seyid Taha həzrətləri vəfat edəcəyi zaman ona özündən sonra məqamına kimin oturacağı soruşulunca: “Qardaşım Saleh, kamil və yetkindir. Hər kəsin başı onun ətəyi altındadır” buyuraraq Seyid Salehi özünün yerinə buraxdı. Xəstə qəlblərə şəfa olan söhbətləri ilə, aşiqlərinin kamala çatmasına, Haqqa yaxınlaşaraq vəli birər şəxs olmalarına vəsilə oldu.

Seyid Saleh həzrətləri, məhəbbət və ədəb sahibi idi. Verası və təqvası çox idi. Haramlardan şiddətlə qaçar, şübhəli qorxusuyla mübahların lazımından çoxunu tərk edərdi. Əksər günləri oruclu keçərdi. Gecələrini ibadətlə əhya edər, yuxusunu günortaya yaxın qaylulə edərək alar, həm də sünnəti-şərifə tabe olardı. Çox mərhəmətli olub, heç kimi incitməzdi. İnsanların Cəhənnəmdə yanmamaları üçün əlindən gələn səyi göstərər, Allahu təalanın əmrlərini bildirər, qadağalarından qaçınmalarını təmin edərdi. Qeyri-müslimlərə belə yaxşılıq edərdi. Bu səbəblə hər kəs tərəfindən sevilərdi.

Seyid Taha həzrətlərinin oğlu Ubeydullah, atasının yerinə keçən əmisi Seyid Saleh həzrətlərinə tələbə olmayıb digər xəlifəsi Seyid Fəhim həzrətlərinə tabe olmaq istədi. Fəhim Arvasi isə ona; “Möhtərəm atanız, yerinə Seyid Saleh həzrətlərini təyin etdilər. Bu səbəblə siz də, biz də onun söhbətlərinə gedib, ona tabe olmağımız lazımdır” buyurdu. Buna baxmayaraq Ubeydullah, buna etiraz etdi. Bunun üzərinə Fəhim Arvasi; “Mübarək xocamızın qəbri-şərifinə gedək və soruşaq. Nə buyurarsa edəcəksənmi?” buyurdu. O da; “Edərəm” dedi. Getdilər. Qəbiristana girişdə ayaqqabılarını çıxarıb, qəbrin yanına gəldilər. Hələ heç bir şey söyləmədən Taha Hakkari həzrətlərinin; “Fəhim, Ubeydullahı, qardaşım Salehə apar” buyurduğunu eşitdilər. Ubeydullah, atasının bu əmrinə uyaraq, sürətlə əmisinin hüzuruna qaçdı.

Seyid Saleh, 1865-ci ildə xəstələndi. Tələbələrini toplayaraq hər birilə vidalaşdı, halallaşdı. Vəsiyyətini bildirdi. Qəbrilə əlaqədar olaraq da; “Qəbrimi böyük qardaşım Seyid Taha həzrətlərinin qəbri-şərifinin ayaq ucuna qazın. Ədəbi gözləyib qəbirdə də mübarək ayaqları başımın üstünə gələcək şəkildə olmasını təmin edin. Bizdən sonra Seyid Fəhimə tabe olun” buyurdu. Sonra tələbələrinin Qurani-kərim tilavətləri arasında vəfat edib, sevdiklərinə qovuşdu. Vəsiyyətini eynilə etdilər. Qəbrini xocasının ayaq ucuna qazdılar. İndi bu iki qəbrin üç daşı vardır. Yəni Seyid Taha həzrətlərinin qəbrinin ayaq ucundakı daş, Seyid Saleh həzrətlərinin baş daşıdır.

Seyid Muhamməd Saleh həzrətlərinin vəfatından sonra yerinə Seyid Fəhim Arvasi həzrətləri keçib vəzifəsini davam etdirdi. İnsanlara İslamiyyətin əmr və qadağalarını anladıb onların qurtuluşlarına vəsilə oldu.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину