Facebook Twitter WhatsApp

Dərviş Muhamməd

Dərviş Muhamməd həzrətləri, övliyanın böyüklərindəndir. Silsiləyi-aliyyənin iyirmincisidir.

Ruh elmlərində mütəxəssis idi. Böyük alim və kamil bir vəli olan dayısı Qazı Muhamməd Zahidin dərslərində yetişdi. Dayısına tələbə olmazdan əvvəl, on beş il nəfsinin istəklərindən qurtulmaq üçün mücahədə etmiş və insanlardan uzaq yaşamışdı.

Bir gün əllərini açıb, acizliyini və çarəsizliyini Allahu təalaya yalvararaq ərz etmişdi. Birdən Xızır əleyhissəlam gəlib; “Əgər səbr və qənaət istəyirsənsə, Muhamməd Zahidin xidmət və söhbətinə qovuşmağa tələs. O sənə səbr və qənaəti öyrədər” buyurdu. Dərhal Muhamməd Zahidin yüksək hüzuruna gəlib, orada elm təhsil etdi. Gözəl tərbiyə görüb, kamala çatdı. Xocası ona, insanlara doğru yolu anlatmaq, əbədi olan Cəhənnəm əzabından qurtaracaq şeyləri bildirmək üçün xilafət verdi. Xocasının vəfatından sonra yerinə keçib, Səmərqənddə, doğru yoldan ayrılanlarla və dinə sonradan qarışdırılan bidətlərlə mübarizə etdi. Bidətləri yox etdi. Çox vəli yetişdirdi.

İnsanları Allahu təalanın yoluna çağırmaqda çox səy göstərdi. Tələbələrinin tərbiyəsi barəsində, insan üstü bir qüvvət və səyə sahib idi. İmam Rabbani həzrətlərinin dünyaya gəlməsindən bir il əvvəl, vəfat etdi. İnsanları irşad üçün yetişdirdiyi yüksək tələbələri olduqca çoxdur. Bunların ən böyüyü, oğlu Xacə Muhamməd Əmkənəgidir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину