Facebook Twitter WhatsApp

Yaqubi Çərxi

Yaqubi Çərxi həzrətləri, övliyanın böyüklərindəndir. İnsanların iman, ibadət və əxlaq barəsində doğrunu öyrənib, əməl etmələrini təmin edən və Allahu təalanın rizasına qovuşdurmaq üçün rəhbərlik edən və özlərinə “Silsiləyi-aliyyə” deyilən İslam alimlərinin on yeddincisidir. Dərin alim və kamil bir vəli idi.

Özü anladır:
“Buxaranın alimlərindən elm təhsil edib icazət aldıqdan sonra məmləkətimə qayıtmaq üzrə idim. İçimdə Bəhaəddini Buxari həzrətlərinin yanına getmək arzusu hasil oldu. Hüzuruna gəlib; “Məni xatirdən çıxarmayın” deyə yalvardım. “Tam gedəcəyin sıradamı mənə gəlirsən?” buyurdu. “Könlüm iştiyaqınızla doludur” dedim. “Bu arzu nə səbəbdən gəlir?” dedi. “Böyük bir şəxssiniz və hərkəsin məqbulusunuz” dedim. Bunun üzərinə; “Bu səbəb kafi deyil, daha məqbul bir şey tapmağın lazımdır. Xalqın məni qəbulu şeytani ola bilər” buyurdu. Bunun üzərinə; “Səhih bir hədisi-şərifdə: “Allahu təala bir qulunu sevərsə, onun sevgisini qullarının qəlblərinə salar. İnsanlar onu sevərlər” buyurulmuşdur” deyincə, təbəssüm edərək “Biz əzizanıq” dedi. Bu sözü eşidəndə özümdən keçər kimi oldum. Çünki bu görüşdən bir ay qədər əvvəl, bir yuxu görmüşdüm. Yuxumda mənə; “Əzizanın tələbəsi ol!” demişdilər. Bəhaəddini Buxari həzrətləri: “Biz əzizanıq” buyurunca yuxunu xatırladım. Təkrar; “Mənə təvəccöh edin, xatirinizdən çıxarmayın” deyə yalvardım. “Bir gün Əzizandan (Əli Ramitənidən) belə bir istək diləmişlər. O da bir şeyin xatirdə qalması üçün bir vasitəyə ehtiyac olduğunu söyləmiş və xatırlamağa vəsilə olacaq bir şey istəmişlər” buyurdu. Bunu söylədikdən sonra, mənə mübarək təkkəsini hədiyyə edərək, “Bu təkkəni al, onu hər görəndə bizi xatırla və yanında tap” buyurdu.

Yenə özü anladır:
“Allahu təalanın inayətilə bu fəqirdə ərənlər yoluna girmək arzusu meydana gəldikdə, Bəhaəddini Buxari həzrətlərinə qovuşmaq nəsib oldu. Onun kərəm və iltifatları məni səadətə qərq etdi. Gördüm ki, mürşidim kamildir. Müxtəlif hadisələr və qeybi işarələrdən sonra, Qurani-kərimi açıb bir ayəni işarə tutmaq istədim; “O Peyğəmbərlər Allahın hidayətinə çatdırdığı kimsələrdir, sən də onların getdiyi yoldan get...” məalındakı ayəti-kərimə çıxdı, bağlılığım qat-qat artdı.

Tərəddüd içində olduğum günlərdən idi. İçimdə elə bir fırtına qopdu ki, dərhal Bəhaəddini Buxari həzrətlərinin hüzuruna qovuşmaq üçün Qəsri-Arifana getdim. Bəhaəddini Buxari həzrətlərinin evinə yaxınlaşdığım vaxt; yola çıxmış, məni gözləməkdə olduğunu gördüm. Məni yanına oturtdu. Namaz qıldıqdan sonra söhbətə başladı.

Buyurdu ki:
“Elm iki qisimdir. Biri qəlb elmi; bu elm, ən faydalı olan elmdir. Bu elmi nəbilər və rəsullar öyrədər. Digəri lisan elmidir. Bu elm də Allahu təalanın insana höccətidir. Batin elmindən sənə bir pay çatmasını ümid edirəm.”

“Sədaqət əhlilə oturduğunuz zaman, diqqətli olun. Çünki onlar, qəlblərə girib himmətinizə baxarlar. Biz, öz qərarımızla kimsəni qəbul edə bilmərik. Belə məmuruq. Görək bu gecə bizə nə işarə buyurular. Əgər səni qəbul edərlərsə, biz də qəbul edərik.”

Ömrümdə o gecə qədər çətin və ağır bir gecə keçirmədim. Səadət qapısının üzümə bağlanmasından qorxdum. Sübh namazını xocamla birlikdə qıldım. Namazdan sonra; “Sənə müjdələr olsun, qəbul işarəsi gəldi. Biz insanları az qəbul edərik. Qəbul etdiyimiz zaman da gec qəbul edərik. Ta ki, gələnlərin necə gəldiyi və zamanının gəlmiş olduğu bəlli olsun” buyurdu. Xəlifəsi Əlaüddin Əttar ilə söhbət etməyimizi əmr etdi. Mən də onun yanına getdim və vəfatına qədər söhbətlərində qaldım. Onun xəlifəsi olaraq insanlara doğru yolu göstərdim.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину