Facebook Twitter WhatsApp

Əlaüddin Əttar

Əlaüddin Əttar həzrətləri, Buxarada yetişən ən böyük övliyadandır. Silsiləyi-aliyyənin on altıncısıdır. Əsl adı Muhamməd ibn Muhamməd Buxaridir.     

Zəngin atası vəfat edincə, oğullarına miras olaraq xeyli çox mal qaldı. Lakin Əlaüddin heç miras qəbul etməyib, Şahı-Nəqşibənd Muhamməd Bəhaəddin Buxariyə tələbə olmağı seçdi. Gedib halını ərz etdi və tələbəliyə qəbul buyurulmasını istirham etdi. Bəhaəddin Buxari həzrətləri ona nəzər edib, (Övladım bizim yolumuzda möhnət və sıxıntı çoxdur. Dünyanı və nəfsini tərk edə bilcəksənmi?) buyurunca, heç düşünmədən, (Etməyə hazıram əfəndim) dedi. (Elə isə bu gün bir səbət alma al, qardaşlarının məhəlləsində sat!) buyurdu.

Alma satdı
Əlaüddin, soylu və tanınmış bir ailəyə mənsub olmasına baxmayaraq, kibrlənmədən, qardaşlarının məhəlləsində, qışqıra-qışqıra alma satdı. Sabahısı gün xocasının hüzuruna gələrək, (Əmrlərinizi yerinə yetirməyə çalışdım əfəndim) dedi. Xocası, (Bu gün də qardaşlarının dükanı qabağında satacaqsan) buyurdu. “Yaxşı əfəndim!” deyərək, qardaşlarının dükanı qabağında bərkdən qışqıra-qışqıra alma satmağa başladı. Böyük qardaşları, (Bizi el-aləmə rüsvay etmə, pul lazım isə, istədiyin qədər verək, mirasından da çoxunu al, amma bu işdən əl çək) dedilər. Onları heç dinləməyib alma satmağa davam etdi. Böyük qardaşları, (Madam satacaqsan, bizim dükanın qabağında satma!) dedilər. O yenə dinləmədi. Təhqirlər edərək, onu döydülər. Lakin o, heç bir şeyə etina etmədi. Xocasının əmrinə tabe olmağa davam etdi. Sabahısı gün xocası, (Artıq bu iş tamamdır) deyərək alma satma işini buraxdırdı və onu tələbəliyə qəbul buyurdu.

Əlaüddin Əttar həzrətləri anladır:
(Xocam məni qəbul edincə, onu çox sevdim və söhbətlərindən ayrıla bilməyəcək hala gəldim. Bir gün mənə, (Sənmi məni sevdin, mənmi səni sevdim?) buyurdu. (Bu aciz xidmətçiyə iltifat etsəniz, o da sizi sevər) dedim. (Bir az gözlə!) buyurdu. Bir müddət sonra, qəlbimdə ona qarşı sevgidən əsər qalmadı. O zaman, (Sevginin kimdən olduğunu anladınmı) buyurdu.

Əgər məşuqdan sevgi olmaz isə aşiqə,
Aşiqin məhəbbəti qovuşdurmaz məşuqa.

Tələbəliyə qəbul edilincə, canla-başla xidmət etdi. Tələbələrin arasında barmaqla göstərilənlərdən oldu. Xocası onun dərəcəsinin çox yüksək olduğunu bildiyi üçün, bir gün xanımına, (Qızımız büluğa çatınca xəbər ver) buyurdu. Qız həddi-büluğa yetincə, xocası, tələbəsi Əlaüddinin otağına getdi. Köhnə bir həsir üzərində kitab oxuyarkən gördü. Başının altına qoyduğu bir kərpicindən başqa bir şeyi yox idi. Xocası, (Əgər qəbul etsən, həddi-büluğa çatmış bir qızım var. Səninlə evləndirim) buyurdu. Əlaüddin, (Böyük lütf buyurdunuz. Fəqət görürsünüz, heç bir şeyim yoxdur) dedi. Xocası, (Qızım sənə təqdir edilmişdir. Ruzinizi də, Allahu təalanın göndərəcəyi bildirilməkdədir) buyurdu. Bir müddət sonra evləndilər.

Çaya atıldı
Bəhaəddin Buxari həzrətləri, tələbələri ilə qır gəzintisinə çıxmışdı. Yolda bir çaydan keçirdilər. Çay yeni yağan yağışlarla qabarıb daşmış, ağacları kökündən söküb aparırdı. Xocaları (Əlaüddin atıl!) buyurdu. O da, dərhal çayın içinə atıldı. Sularda gözdən itdi. Tələbələr çaşqınlıq içində idi. Ancaq xocalarından bir şey soruşa bilmədilər. Xocaları, qır gəzintisindən axşama doğru qayıdarkən, körpünün yanına gəlincə, (Bir əskiyimiz varmı?) deyə soruşdu. Tələbələr də, (Bəli) dedilər. Xocaları əlini uzadaraq; (Əlaüddin gəl!) buyurdu. Əlaüddin çaydan çıxdı. Paltarları belə islanmamışdı. Xocaları, (Baxın, çay, kökləri möhkəm olmayan bütün ağacları söküb aparır. Amma Əlaüddinin kökü möhkəm olduğu üçün onu apara bilmədi) buyurdu.

Əlaüddin Əttar həzrətləri buyurardı ki:
(Məqsədə ancaq xocanın, razılığı ilə çata bilər. Tələbəyə, bütün işlərini xocasına buraxmaq düşər. Xocasının yanında bir tərcihi olmamalıdır. Allah adamları ilə söhbət ağlı artırar, onları görmək üçün iki günü keçirməməlidir.)

Vəfat edincə, yuxuda gördülər. (Allahu təalanın bizə verdiyi nemətlər çoxdur. Ən kiçiyi budur ki: Qəbrimin 40 fərsəx (240 km) uzaqlığına dəfn edilmiş olan müsəlmanların, şəfaətim ilə əfv olunacağı bildirildi) buyurdu.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину