Facebook Twitter WhatsApp

Seyid Muhamməd Bəhaəddin

Seyid Muhamməd Bəhaəddin Buxari həzrətləri, Silsiləyi-aliyyənin on beşincisidir. Allahu təalanın sevgisini qəlblərə nəqş etdiyi üçün, ona Nəqşibənd deyilir.

1318-ci ildə Buxaraya yaxın Qəsri-Arifanda doğuldu. İslam alimlərinin ən məşhurlarından olub, təsəvvüfdə ən yüksək dərəcələrə çatmışdır. Zamanında və özündən sonrakı əsrlərdə onun səbəbi ilə bir çox insan, hidayətə, doğru yola qovuşmuşdur. 1389-cu ildə Qəsri-Arifanda vəfat etdi. Qəbri oradadır.

Zamanının böyük vəlilərindən Muhamməd Baba Səmmasi, hələ o doğulmazdan əvvəl Qəsri-Arifana gəlmişdi. Bu gəlişində, burada bir böyük şəxsin qoxusu gəlir. Bu diyarda böyük bir vəli yetişəcək deyərək işarə etmiş, bənzərsiz bir şəxsin buradan zühur edib ortaya çıxacağını tələbələrinə müjdələmişdi.

Atası Seyid Muhamməd Buxari anladır:
“Oğlum Bəhaəddinin doğulmasından üç gün sonra, Xacə Muhamməd Baba Səmmasi, yenə Qəsri-Arifana gəlmişdi. Mən onu çox sevər və məhəbbət bəsləyərdim. Yeni doğulan oğlum Bəhaəddini alıb hüzuruna apardım. Xacə, oğlumu əlimdən alıb, bağrına basdı və; “Bu bala, mənim oğlumdur. Mən bunu, mənəvi övladlığa qəbul etdim” buyurdu. Sonra Əmir Gilala belə dedi; “Sizə, bu yerdən böyük bir şəxsin qoxusu gəlir deyərdim. İştə o mübarək qoxu, bu mələk balanın qoxusudur. Bu bala, böyük bir şəxs olsa gərəkdir” buyurdu.

Anası anladır:
“Oğlum Bəhaəddin dörd yaşında ikən, evimizdəki inəyi göstərərək, bu inək ağ başlı bir buzov doğacaq dedi. Bir neçə ay sonra inək, dediyi kimi bir buzov doğdu.”

Bəhaəddin Buxari həzrətlərinin ilk xocası, Xacə Muhamməd Baba Səmmasidir. Sonra Seyid Əmir Gilal həzrətləri xocası oldu. Daha bir çox xocalardan dərs aldı.

“Əli Ramitəni həzrətlərindən gəlib, əmanət olaraq saxlanan tac mənə verildi. O anda qəlbim Allahu təalanın məhəbbəti ilə dolub, daşdı. Sonra xocam Seyid Əmir Gilal, Qəsri-Arifana gəldi. Mənə çox iltifat edib; “Xacə Muhamməd Baba Səmmasinin əmri üzərinə səni yetişdirməyə çalışacağam” dedi.

Seyid Əmir Gilal həzrətləri Bəhaəddin Buxari həzrətlərinin yetişməsi üçün çox diqqətlə məşğul olub, onu təsəvvüfdə yüksək dərəcələrə çatdırdıqdan sonra buyurdu ki:
“Xacə Muhamməd Baba Səmmasinin sizin tərbiyəniz ilə əlaqədar vəsiyyətini yerinə yetirdim. Sizi istənilən şəkildə yetişdirdim. Artıq icazətlisən.”

Bəhaəddin Buxari həzrətləri, Əmir Gilal həzrətlərinin vəfatından sonra, insanlara doğru yolu göstərib, rəhbərlik vəzifəsini icra etməyə başladı.

Təəssüf ki, bugün dünyanın demək olar ki, hər diyarında onun adını istifadə edərək, Nəqşilik adı altında Haqqa gedən yolu kəsən, özünü şeyxmiş kimi təqdim edən çox kimsələr vardır. Əhli-sünnə etiqadını bilən bir kimsə, bunların səhv yolda olduqlarını asanlıqla anlayar.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину