Facebook Twitter WhatsApp

Əbdülxaliqi Qoncdüvani

Əbdülxaliq Qoncdüvani həzrətləri, Silsiləyi-aliyyənin doqquzuncusudur. Atası Əbdülcəmil Malatyalı idi. Xızır əleyhissəlam atasına, “Ey Əbdülcəmil! Sənin bir oğlan övladın olacaq, adını Əbdülxaliq qoyarsan” buyurdu.

Əbdülcəmil daha sonra Buxaranın Qoncdüvan qəsəbəsinə yerləşdi. Çox keçmədən bir oğlan övladı oldu. Adını Əbdülxaliq qoydu. Əbdülxaliq, beş yaşına çatanda elm öyrənməsi üçün Buxaraya göndərdi. Böyük alim Xacə Sədrəddin həzrətlərindən Qurani-kərim və təfsirini öyrənməyə başladı. Bir gün oxuma əsnasında, “Rəbbinizə gizli dua edin!” məalındakı ayəti-kəriməyə gəlincə xocasına, “Bu gizlidən murad nədir? Əgər zikr və dua, aşkar, səsli bir şəkildə dil ilə olarsa riyadan qorxular. Əgər qəlb ilə olarsa, damarlarda gəzən şeytan duyar. Nə edim?” deyə ərz etdi. Xocası, Sədrəddin həzrətləri, bu yaşdaki bir uşağın belə sual soruşmağına heyrət edib, “Bu məsələ, qəlb elmlərinin bir mövzusudur. İnşallah, sənə bu elmləri öyrədə biləcək bir ustada qovuşarsan. Beləcə bu müşkülün həll edilmiş olar” buyurdu. O da bu şəxsi gözləməyə başladı. Bir gün Xızır əleyhissəlam yanına gəldi. Ona, Allahu təalanı gizli və açıq anma yollarını öyrədib; “Qəlbindən Lə iləhə illəllah Muhammədün Rəsulullah kəlmeyi-teyyibəsini belə söylə!” deyə təsvir etdi.

Yusifi Həmədani həzrətləri Buxaraya gəlincə, Əbdülxaliq Qoncdüvani onun xidmətinə girdi və bu xidmətdə bir müddət qaldı. Bunu belə anladır: 12 yaşımda idim. Xızır əleyhissəlam mənə Yusifi Həmədanidən elm öyrənməyimi tövsiyə etdi. Onun Buxaraya gəldiyini eşidərək dərhal yanına getdim. Ondan xeyli çox istifadəm oldu.

Dərs anladarkən, bir gənc içəri girdi. Az sonra söz istəyib, “Möminin firasətindən qorxun. Çünki o, Allahın nuru ilə baxar” hədisi-şərifinin sirri nədir deyə soruşdu. Gəncə heybətlə baxıb, “Əvvəlcə belindəki zünnarı kəs və müsəlman ol” dedi. Gənc, təlaşla: “Mən müsəlmanam zünnarım yoxdur” dedi. O zaman bir tələbəsinə gəncin əbasını çıxarmasını işarə etdi. Tələbə o gəncin üzərindəki əbasını çıxartdıqda, belindəki xristianlara aid zünnar deyilən ip qurşaq görüldü. Gənc, çox xəcalət çəkdi. Ustada sevgi hiss etməyə başladı. Beləcə övliyanın, Allahu təalanın nuru ilə baxdığının nə demək olduğunu çox yaxşı anladı. Kəlmeyi-şəhadət gətirib müsəlman olmaqla şərəfləndi. Sonra Ustad, tələbələrinə, “Bu gənc maddi zünnarı kəsdi, biz də qəlbdəki zünnarı kəsək. O da, kibr və qürurdur” buyurdu...

Bir gün biri gəldi. “Son nəfəsdə iman ilə getmək üçün bizə dua edin!” dedi. Qonağa, “Fərzləri əda etdikdən sonra dua edənin duası qəbul olar. Sən, fərzləri etdikdən sonra dua edərkən bizi xatırlasan, biz də səni xatırlayarıq. Bu vəziyyət həm sənin, həm də bizim üçün duanın qəbul olmasına vəsilə olar” buyurdu.

Səfəvilər Qoncdüvan qalasını mühasirəyə alınca, onlara hücum edən əsgərlərin başında heybətli bir şəxsi əlində iki ağızlı qılıncla hücuma keçdiyini gördülər. Çox itki verib qaçdılar. Ustadın vəfatından əvvəl söylədiyi aşağıdakı sözləri onun 332 il sonra ortaya çıxan kəraməti idi.

Dosta qutlu, düşmənə isə bəla olaram,
Döyüşdə dəmir kimi, barışda sanki şamam,
Nur bulağının başı Qoncdüvan mənzilimiz
Döyüşdə iki ağızlı qılınc ilə vuraram.

 


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину