Facebook Twitter WhatsApp

Bayəzidi Bistami

Bayəzidi Bistami həzrətləri, Silsiləyi-aliyyənin beşincisidir. Ariflər sultanı deyə məşhurdur. Adı Tayfurdur. Üveysi idi. Özündən qırx il əvvəl vəfat edən imam Cəfəri Sadiq həzrətlərinin ruhaniyyətindən istəfadə etdi. 113 alimdən elm öyrənmişdir. Son dərəcə alim, fazil və ədib idi.

Hələ anasının qarnında ikən kəramətləri görülməyə başladı. Anası ona hamilə ikən şübhəli bir şeyi ağzına alacaq olsa, onu geri atana qədər qarnına vurardı.

Uşaq ikən bir gün məscid həyətində oynayırdı. Şəqiqi Bəlxi həzrətləri, “Bu uşaq böyüyüncə zamanının ən böyük vəlisi olacaq” buyurdu. Hədis alimlərindən bir şəxs, onu görüncə çox xoşuna gəldi. “Gözəl uşaq, namaz qılmağı bilirsənmi?” dedi. Bayəzidi Bistami, “Bəli Allah istəyərsə bacara bilirəm” cavabını verincə; “Necə?” deyə soruşdu. O da “Buyur ya Rəbbi! Əmrini yerinə yetirmək üzrə təkbir alır, Qurani-kərimi dənə-dənə oxuyur, təzim ilə rükuya gedir, təvazö ilə səcdə edir, vidalaşaraq salam verirəm” dedikdə, o şəxs heyran qalaraq; “Ey zəki uşaq! Səndə bu fəzilət və dərin anlayış varkən, insanların başını oxşamalarına nə üçün icazə verirsən?” deyə soruşdu. Ona, “Onlar məni deyil, Allahu təalanın məni bəzədiyi o gözəlliyi məsh edirlər. Mənə aid olmayan bir şeyə toxunmalarına mane olmağım düzgün olarmı?” dedi.

Anaya xidmət
Kiçik yaşda ikən oxumağa başladı. Diqqətlə dərslərinə davam edirdi. Bir gün oxuduğu bir ayəti-kərimənin (Loğman surəsi: 14) təsiri ilə evə qayıtdı. Anası maraqlanıb nə üçün erkən qayıtdığını soruşduqda, belə cavab verdi: “Öyrəndiyim bir ayəti-kərimədə, Allahu təala, özünə və sənə itaət etməyimi əmr edir. Ya sənə həmişə xidmət edim və ya məni sərbəst burax, həmişə Allahu təalaya ibadət ilə məşğul olum.” dedi. Anası; “Sən məni burax Allahu təalaya ibadət et” dedi. Bundan sonra, özünü Allahu təalaya verdi, əmrlərinin heç birini etməkdə zəiflik göstərmədi; amma anasının xidmətinə də laqeyd yanaşmadı. Anasının kiçik bir arzusunu böyük bir əmr qəbul edib, hər vəziyyətdə yerinə yetirməyə çalışardı. Çünki Allahu təalanın əmri də belə idi.

Soyuq bir qış gecəsi idi. Anası yatarkən su istədi. O da dərhal atıldı. Fəqət səhəngdə su yox idi. Bulağa gedib, səhəngi doldurdu. Evə gələndə, anasının təkrar yuxuya getmiş olduğunu gördü. Oyandırmağa qıya bilmədi. Səhəng əlində olduğu halda gözlədi. Xeyli müddət sonra anası “Su, su!” deyə pıçıldayaraq oyandı. Oğlunun bu halını görən anası; “Yavrum, səhəngi nə üçün əlində tutursan?” dedi. O da, “Oyandığın zaman suyu dərhal verə bilmək üçün səhəng əlimdə gözləyirəm” dedi. Anası; “Ya Rəbbi! Mən oğlumdan razıyam. Sən də razı ol!” deyə dua etdi. Bəlkə də anasının bu duası səbəbilə, Allahu təala ona övliyalığın yüksək mərtəbələrinə qovuşmağı ehsan etdi.

        

İbadət zövqü

Gəncliyində etdiyi bəzi ibadətlərdən zövq ala bilmirdi. Bu vəziyyəti anasına anladardı və yetişməsində, tərbiyə edilməsində bir qüsur olub-olmadığını soruşardı. İçimdə məni Rəbbimdən saxlayan bir şey hiss edirəm. Fəqət səbəbini bilmirəm” dedi. Anası xeyli düşündükdən sonra, “Övladım tək şey xatırlayıram. Sən hələ kiçik idin. Qonşulara oturmağa getmişdim. Qucağımda ikən ağlamağa başladın. Heç cür susdura bilmədim. Səni susdurmaq üçün ocaqda bişməkdə olan tarhanaya qonşudan icazəsiz barmağımı batırıb ağzına qoydum” dedi. Bunun üzərinə anasından, o qonşuya gedib halallıq diləməsini istədi. Anası halallaşdıqdan sonra ibadətlərindən zövq almağa başladı.

Bir gecə səhər vaxtı Allah dedi. Sonra düşüb huşunu itirdi. Özünə gəlincə, nə üçün huşunu itirdiyini soruşdular. (Sən kim olursan ki, adımı ağzına alırsan? şəklində bir səs gələr deyə çox qorxdum da onun üçün huşumu itirmişəm) buyurdu.

Biri, “Bu dərəcələrə necə qovuşdunuz?” deyə soruşdu. Ona “Hər yerdə Allahu təalanın gördüyünü və bildiyini düşünüb, ədəbə riayət etməklə” deyə cavab verdi.

Bir gecə oturarkən ayaqlarını uzatmışdı. (Sultanla oturan ədəbini gözləməlidir) deyə bir səs eşidib dərhal özünü düzəltdi.

Buyurardı ki:
Allahu təalanı xatırla, dilini, başqa işlərlə məşğul olmaqdan qoru. Nəfsini hesaba çək. Elmə yapış və ədəbi mühafizə et. Mərhəmət sahibi və yumşaq ol. Allahu təalanı unutduracaq hər şeydən uzaq dur. Bir kimsənin, Allahu təalaya olan sevgisinin gerçək olub-olmadığının əlaməti, özündə dəniz misalı comərdlik, günəş misalı şəfqət və torpaq misalı təvazö kimi üç xislətin olmasıdır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину