Facebook Twitter WhatsApp

Qasım ibn Muhamməd

Qasım ibn Muhamməd həzrətləri, tabiinin böyüklərindən və Mədinədə yetişən və “füqəhayı-səba” adı verilən yeddi böyük alimdən biridir. Silsiləyi-aliyyə deyilən böyük alim və vəlilərin üçüncüsüdür.

Atası Muhamməd, Həzrəti Əbu Bəkrin oğludur. İmam Zeynəlabidin ilə də xalauşağıdırlar. Atası şəhid edilib kiçik yaşda yetim qalınca, bibisi Həzrəti Aişə anamızın yanında böyüdü. Əshabı-kiramdan bir çoxuna yetişmiş və onlardan elm öyrənib başda bibisi Həzrəti Aişə, Əbu Hüreyrə, ibni Abbas və ibni Ömər kimi məşhur səhabələrdən hədisi-şərif rəvayət etmişdir. Təsəvvüf elmində mütəxəssis idi. Vəra və təqvada misli-bərabəri yox idi.

Rəsulullah əfəndimiz, təsəvvüf elminin bu yüksək mərifətlərinin hamısını, bu şəxsin babası olan Həzrəti Əbu Bəkri Sıddıqın qəlbinə axıtdı. O, ruh elmində də bir mütəxəssis oldu.

Həzrəti Əbu Bəkri Sıddıq da Rəsulullahdan aldığı bu feyzləri, Əshabı-kiramdan Səlmanı Farisinin qəlbinə axıtdı. Ruhu yüksəldən və onu bəsləyən bu mərifətlərə, Qasım ibn Muhamməd də, Səlmanı Farisinin söhbətlərində bulunaraq yetişib bir ruh mütəxəssisi olmuşdu.

Silsiləyi-aliyyə böyüklərinin dördüncüsü olan İmam Cəfəri Sadıq da, Qasım ibn Muhammədin söhbətindən feyz aldı.

Hədis və fiqh elmində zamanının ən yüksəyi idi. Elmdə və təqvada tayına rast gəlinə bilməyəcək bir yüksəkliyə çatmışdı. Çox hədisi-şərif nəql etdi. Elmi hər kəs tərəfindən təqdir edilərdi. Ömər ibn Əbdüləziz: “Əgər kimisə yerimə xəlifə seçməyim gərəksəydi, Qasımı seçərdim” buyurmuşdur.

Dini məsələlər haqqında çox həssas davranar, ancaq açıq olanları haqqında fətva verərdi. Hər səhər Məscidi-Nəbiyə gələr, iki rükət namaz qılar, sonra Rəsulullahın minbəri ilə qəbri arasına oturar, özündən soruşulan məsələlərə fətva verərdi. Məzhəb imamlarımızdan Malik ibn Ənəs də onun haqqında: “Qasım, bu ümmətin, fəqihlərindəndir” buyurmuşdu.

Özü anladır:
“Bir gün bibim Həzrəti Aişənin yanına getdim. Ona; “Anacan (Bibican), məni Peyğəmbər əfəndimizin qəbri-şərifinə apar!” dedim. Bunun üzərinə mənə Hücrəyi-Səadəti açdı. Üç qəbir gördüm. Çox yüksək olmadıqları kimi, yerlə bərabər də deyildilər. Üzərlərinə qızılca çınqıl daşları tökülmüşdü. Peyğəmbər əfəndimizin şərəfli qəbri hamısından irəlidə idi. Həzrəti Sıddıqın başı, Fəxri-kainat həzrətlərinin mübarək kürəyi xəttində, Həzrəti Ömərin başı da Rəsulullah əfəndimizin ayağı xəttindəydi.”

Məkkə ilə Mədinə arasında Qudeyd deyilən yerdə 725-ci ildə vəfat etdi. Vəfatından əvvəl gözlərini itirdi. Vəfat edəcəyini anlayınca oğluna: “Mənim üzərimdə olan bu paltarlarım kəfənim olsun” dedi. O əsnada üzərində köynək, fitə və cübbə var idi. Oğlu; “Atacan bunu iki qatına çıxarsaq olmazmı?” deyə soruşdu. Oğluna buyurdu ki: “Babam Əbu Bəkir də belə üç parça bir kəfənə sarılmışdı. Bizim üçün ölçü onlardır. Bu qədəri kafidir, sonra, dirilərin yeni paltarlara ölülərdən daha çox ehtiyacı var.”

Gözəl sözlərindən biri belədir:
Bizdən əvvəl yaşayan böyüklərimiz, başa gələn müsibətləri gözəlliklə qarşılamağı, özlərinə verilən nemətləri də təvazö edərək almağı sevərdilər.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину