Facebook Twitter WhatsApp

Abdurrahman İbn Avf

Cənnətlə müjdələnən on səhabədən biridir.

Abdurrahman ibn Avf ticarətlə məşğul olardı. Bu səbəblə müxtəlif yerlərə ticarət üçün gedərdi. Belə xəbər verir:

Peyğəmbər əfəndimizə peyğəmbərlik əmri bildirilmədən bir il əvvəl ticarət üçün Yəmənə getdiyim zaman Askelan ibn Avakir-ül-Himyeriyə qonaq olmuşdum. O şəxs çox yaşlı idi və oraya hər gedişimdə ona qonaq olardım. O da mənə Məkkədən xəbər soruşaraq deyərdi ki:

— İçinizdə özü haqqında xəbər və zikr edən şəxs zühur etdi mi? Dini haqqında sizə qarşı olan kimsə  varmı?

Mən də həmişə, “Xeyr, yoxdur” deyərdim.

Ona kitab nazil edildi

Nəhayət, Rəsulullah əfəndimizə peyğəmbərlik bildirilib İslam dinini insanlara gizlicə təbliğ etməyə başladığı il idi. Yəmənə yenə gedib eyni şəxsə qonaq olduğumda mənə dedi ki:

— Mən səni ticarətdən daha xeyirli bir müjdə ilə müjdəliyimmi?

— Bəli, müjdələ.

— Heç şübhəsiz, Allah sənin qövmündən, özündən razı olduğu, seçdiyi bir peyğəmbər göndərdi və Ona Kitab da endirdi. O, insanları bütlərə tapınmaqdan çəkindirəcək və İslamiyyətə dəvət edəcəkdir. Haqqı buyuracaq və əməl edəcək, batili də qadağan və ləğv edəcəkdir. O, Haşimoğullarındandır. Siz Onun dayılarısınız. Dönməyini sürətləndir! Gedib Ona kömək et! Özünü təsdiq et və  bu beyti də Ona apar!

Yəmənli qocanın söylədiyi beyti əzbərlədim, Məkkəyi- mükərrəməyə qayıtdım və Həzrəti Əbu Bəkir ilə görüşdüm. Ona,  Yəmənli qocanın söylədiklərini xəbər verdim. Əbu Bəkir dedi ki:

— O kimsə Abdullahın oğlu Muhamməd əleyhissəlamdır. Allahu təala Onu insanlara peyğəmbər olaraq göndərdi.  Dərhal Ona gedib iman et!

Dərhal Rəsulullahın evinə getdim.  Rəsulullah əfəndimiz məni görüncə gülümsədi və soruşdu:

— Səndə nə xəbər var, ey Abdurrəhman?

— Ya Muhamməd bu nə deməkdir?

— Mənə təqdim etmək üçün o şəxsin səninlə göndərdiyini gətir ver. Heç şübhəsiz onu mənə  göndərən Hımyeroğulları möminlərinin üstünlərindəndir.

Əsl qardaşlarımdır

            Rəsulullah əfəndimizin bu sözlərini eşidəndə dərhal Kəliməyi-şəhadət gətirərək Müsəlman olmaq şərəfinə qovuşdum və Yəmənli qocanın söylədiyi beyti oxuyaraq onun  dediklərini danışdım. Bunun üzərinə sevgili Peyğəmbərimiz buyurdu ki:

— Zaman-zaman elə möminlər olacaq ki, onlar məni görmədən mənə iman gətirən və məni təsdiq edəcəklər. Bax, onlar mənim əsl qardaşlarımdır.

Həzrəti Abdurrahman İslamiyyəti qəbul edincə digər Müsəlmanlar kimi əziyyət və  işgəncələrə məruz qaldı. Beləcə vətənini tərk etmək surətiylə hicrət etməyə məcbur oldu.  Həbəşistana hicrət edən müsəlmanlarla birlikdə bu məmləkətə getdi. Çox keçmədən Peyğəmbər əfəndimiz Mədinəyi-münəvvərəyə hicrətindən sonra Mədinəyə gələrək Rəsulullaha  qoşuldu.

Həzrəti Abdurrahman bütün hərblərdə iştirak etmişdir. Bədir döyüşündə də çox qəhrəmanlıqlar göstərmişdir.

Abdurrahman ibn Avf həzrətləri Bədir müharibəsində şahid olduğu bir hadisəni belə buyurur:

Döyüş əsnasında yanımda Ənsardan iki gənc meydana çıxdı. Gənclərin səyi xoşuma gəldi. Onlara  məhəbbətlə baxdım.  Gənclərdən biri yanıma yaxınlaşaraq dedi ki:

— Biz, İslam düşməni Əbu Cəhili öldürməyə qərar verdik. Ancaq onu tanımırıq. Onu bizə göstərə bilərsənmi?

— Bəs siz bu işi bacara bilərsinizmi?

— Rəsulullahı və İslam dinini təhqir edən kəs sağ olduğu müddətcə bizim sağ qalmamızın bir əhəmiyyəti yoxdur. Allaha and olsun ki, onu gördüyümüz zaman qanımızın son damlasına qədər onu öldürmək üçün çalışacağıq.

Hansınız öldürdü?

Gəclərin bu əzmli qərarına qibtə etdim. Bu arada Əbu Cəhil qarşıdan keçirdi.  Gənclərə dedim ki:

— Bax budur axtardığınız, bu qarşıdan keçən şəxsdir.

Əbu Cəhili görən gənclər Əbu Cəhilin əsgərlərinin çoxluğuna belə baxmadan, qılınclarını  çəkdikləri kimi, üzərinə atıldılar. Əbu Cəhilin əsgərləri heç gözləmədikləri belə bir vəziyyət  qarşısında çaş-baş qaldılar. Onların çaşqınlıqları keçmədən gənclər Əbu Cəhili öldürüncəyə qədər qılınc zərbəsinə tutdular.

Sonra dönüb Rəsulullahın hüzuruna gəldilər və hadisəni ərz etdilər. Peyğəmbər əfəndimiz çox məmnun olaraq gənclərdən soruşdu:

— Onu hansınız öldürdü?

İkisi də birdən dedilər ki :

— Mən öldürdüm.

Bunun üzərinə gənclərin qılınclarını müayinə  etdikdən sonra;

— İkiniz öldürsünüz, buyurdu.

Abdurrahman ibn Avf həzrətləri Uhud döyüşündə iyirmi yerindən yaralandı. 12 dişi qırıldı. Peyğəmbər əfəndimiz Mədinədə onu Səid ibn Rəbi həzrətləri ilə qardaş etdi. Qardaşı  malına və sərvətinə onu da ortaq etmək istədiyində belə dedi:

— Əziz qardaşım, Allah sənə və uşaqlarına bərəkət ehsan etsin, malını çoxalt! Sən mənə bazarın yolunu göstər mən orada ticarət edər, ehtiyaclarımı qarşılayaram.

Bu sərvəti necə qazandın?

            Bu sözü Peyğəmbər əfəndimizə bildirilincə çox sevindi. Ona xeyir-dua etdi. Bu duadan sonra etdiyi ticarət səbəbiylə qısa zamanda çox zəngin oldu.  Buyurdu ki:

— Əlimi daşa uzatsam, o daşın altında ya qızıl və ya gümüşə rast gələrdim.

Abdurrahman ibn Avf həzrətlərindən soruşdular:

— Bu böyük sərvəti necə qazandın?

— Çox az qazanca razı oldum. Heç bir  müştərini geri çevirmədim.

Abdurrahman ibn Avf  Rəsulullahın sağlığında Allah yolunda çox mal xərclədi. Üç dəfə malının yarısını verdi. Birinci dəfə 4000 dirhəm, ikincidə 40.000 dirhəm və üçüncüdə də 40.000 qızıl sədəqə olaraq Allah  yolunda payladı.

Ühüd döyüşü əsirlərindən 30 nəfərini azad etdirdi və hər birinə 1000 qızıl payladı.  Təbuk səfəri üçün  500 at və 500 yüklü dəvə verdi.

Bir gün buğda, un və müxtəlif ərzaq yüklü 700 dəvəsi ilə Mədinəyə  girdiyi zaman Həzrəti Aişə və Rəsulullah əfəndimizin,

— Abdurrahman ibn Avf Cənnətə  iməkləyərək girər, buyurduğunu  bildirincə, Abdurrahman ibn Avf dəvələrinin hamısını yükləriylə birlikdə Allah yolunda  paylayacağını  söz verib onu şahid  tutmuşdur.

Rəsulullaha imam oldu

Bədir hərbində olub, sağ qalanların hər birinə öz malından 400 dirhəm qızıl pul verilməsini vəsiyyət etdi. Vəsiyyəti dərhal yerinə yetirildi.

Təbük hərbindən qayıdarkən Peyğəmbər əfəndimiz  gecikincə namaz keçməsin deyə Abdurrahman  ibn Avf həzrətləri imam təyin edildi. İkinci rükətdə ikən Peyğəmbər əfəndimiz  yetişib ona uydu. Namazdan sonra:

— Bir peyğəmbər saleh bir kəsin arxasında namaz qılmadıqca ruhu qəbz alınmaz,  buyurdu.

Abdurrahman ibn Avf həzrətləri nəql edər:

Bir gün Peyğəmbər əfəndimiz təklikdə yola çıxdı. Mən də arxadan təqib edirdim.  Xurmalıq bir yerə çatdı. Yerə səcdə etdi.  Səcdə o qədər uzandı ki, öz özümə, “Aman ya Rəbbi,  görəsən Rəsulullaha bir şeymi oldu?” deyə böyük bir qorxu  ilə yanına yaxınlaşdım və oturdum.

Rəsulullah, səcdədən başını qaldırıb soruşdu:

— Sən kimsən?

— Mən Abdurrahmanam.

— Bir şeymi oldu?

— Xeyr ya Rəsulallah, səcdəniz o qədər uzandı ki, sizə bir şey olmasından qorxdum.

— Ya Abdurrahman!  Cəbrayıl əleyhissəlam bunu müjdələdi: “Ya Rəsulullah, kim ki, sənə salat və salam  gətirərsə, Cənabi Haqqın məğfirət və salamına nail olar.” Mən də bu müjdə səbəbiylə şükr səcdəsi etdim.

Səni ağladan nədir?

Abdurrahman ibn Avf həzrətləri Rəsulullahın axirətə təşrifindən sonra Onunla  keçirdiyi günləri xatırlayaraq daim ağlayardı. Onun söhbətlərindən məhrum olduqdan sonra özü üçün dünyanın heç bir qiyməti qalmadığını söyləyərdi.

Nəvfəl ibn İyas həzrətləri deyir:

Abdurrahman ibn Avf həzrətləri bizi bir gün evinə apardı. Bizə sini içində ləziz yeməklər ikram etdi. Yeməyi önümüzə qoyunca ağlamağa başladı. O ağlayınca biz də ağlamağa başladıq. Ancaq nə üçün ağladığımızı bilmirdik. Soruşdum:

— Ey Abdurrahman, səni bu qədər ağladan nədir?

— Biz bu qədər nemətlər içindəyik. Rəsulullah vəfat etdi. Ancaq özü və ailəsi arpa çörəyini belə bir dəfə olsun doyana qədər yemədi. Biz bu yediklərimizin şükrünü necə edəcəyik? Bunun üçün ağlayıram.

Abdurrahman ibn Avf Hicrətin 6-ci ilində Rəsulullah əfəndimiz tərəfindən Qəlb  qəbiləsini İslama dəvət etmək üçün Dumət-ül-Cəndələ göndərilən 700 nəfərlik orduya başçı təyin edildi. Dumət-ül-Cəndəl Təbük şəhərinin yaxınlığında olub böyük bir  bazar və  ticarət mərkəzi idi. Rəsulullah əfəndimiz Abdurrahman ibn Avfı yanına çağırıb buyurdu ki:

— Hazırlaş! Səni bu gün və ya sabah səhər inşallah hərbi birliyin başında görəcəyəm.

Səfər paltarım üzərimdədir

Sübh namazını məsciddə qıldıqdan sonra Peyğəmbər əfəndimiz onun “Dumət-ül-Cəndəl”ə hərəkət etməsini və oranın xalqını İslamiyyətə dəvət etməsini əmr buyurdu. Dumət-ül-Cəndələ gedəcək ordu səhər vaxtı Mədinə xaricindəki Cürüf deyilən yerdə toplandı.  Peyğəmbər əfəndimiz Abdurrahman ibn Avfın geridə qaldığını görüncə buyurdu ki:

— Yoldaşlarından nə üçün geridə qaldın?

— Ya Rəsulallah! Ən son görüşməmin və çıxışımın sizinlə olmasını istədim. Səfər paltarım üzərimdədir.

Abdurrahman ibn Avf başına qara pambıqlı və qalın parçadan görünüşü gözəl bir parça bağlamışdı. Peyğəmbər əfəndimiz onun sarığını əliylə açıb sarığın ucunu iki çiyinin ortasından ataraq bağladı və, “Ey  İbni Avf! Bax, sarığı belə bağla” buyurdu. Daha sonra əlinə bir bayraq verərək davam etdi:

— Ey İbni Avf! Allahu təalanın adı ilə Onun yolunda cihad et və Allahı inkar edənlərlə vuruş. Zülm və azğınlıq etmə. Allahın əmri dairəsində hərəkət et. Uşaqları öldürmə. Əgər o diyar əhalisi sənin dəvətinə  razılıq etsələr, o qəbilənin qızıyla evlən.

Abdurrahman ibn Avf əmrinə verilən 700 nəfərlik orduyla birlikdə hərəkət etdi. Dumət-ül Cəndələ çatdı. Qəlb qəbiləsini  gözəl bir üslubla İslama dəvət etdi. Üç gün orada qaldıqdan sonra Qəlb qəbiləsinin rəisi Esbağ ibn Əmr və qövmünün böyük bir qismi Müsəlman olub,  Xristianlığı tərk etdilər. Bir qisimi də xristian olaraq qalıb cizyə verməyə razı oldular.

Abdurrahman ibn Avf Müsəlman olan Esbağın qızı Tümadır ilə evləndi. Onunla birlikdə Mədinəyə gəldi. Tümadır Abdurrahman ibn Avfın oğlu Əbu Sələmənin anasıdır. Əbu Sələmə isə Mədinənin yeddi böyük fiqh alimlərindən biridir.

Onları qoruyaq

Həzrəti Ömərin xəlifəliyi dövründə bir ticarət karvanı gəlib gecə Mədinənin xaricinə düşərgə saldı. Yorğunluqdan dərhal yatdılar. Xəlifə Ömər şəhəri gəzərkən onları gördü. Abdurrahman ibn Avfın evinə  gəlib  dedi ki:

— Bu gecə buraya bir karvan gəlib, hamısı qeyri-müsəlmandır. Ancaq bizə yad olanların, yolçuların  onları soymasından qorxuram. Gəl, onları qoruyaq.

Səhərə qədər gözləyib sübh namazında məscidə getdilər. İçlərindən bir gənc oyanmışdı.  Arxalarından getdi. Araşdırıb onlara gözətçilik edən şəxsin xəlifə Ömər olduğunu öyrəndi. Gəlib yoldaşlarına danışdı. Roma və İran ordularını  pərişan edən, minlərlə şəhər almış olan, ədaləti ilə məşhur uca xəlifənin bu mərhəmət və şəfqətini görərək, İslamiyyətin haqq din olduğunu anladılar. Hamısı sevə-sevə Müsəlman oldu.

Abdurrahman ibn Avf həzrətləri fəzilət və kamal sahibi bir insan idi. Qəlbi yalnız Allah qorxusu, Onun Peyğəmbərinə məhəbbət, dürüstlük, iffət, mərhəmət və şəfqət ilə dolu idi. Allah yolunda malını paylamaqdan zövq alardı.

Əshabı kiramın ən zənginlərindən olduğu halda, mala qarşı ən kiçik sevgisi yox idi. Hər zaman axirəti dünyaya dəyişərdi. Ən böyük arzusu dinin əmrlərinə qüsursuz tabe olmaq idi.

Ayaqları açıq qalırdı

Bir gün bir yerdə yemək ikram edilmişdi. O gün də özü oruclu idi. Tam iftar edəcəyi zaman bir  xatirəsini danışması istəndi. Dərhal xatirəsini danışmağa başladı:

“Məndən çox xeyirli olan Musab ibn Üməyr şəhid olduğu zaman onu bir parça ilə kəfənlədik. Başını örtdüyümüz zaman ayaqları açıq qalır, ayaqlarını örtdüyümüz zaman başı açıq qalırdı.

Sonra Həzrəti Həmzə şəhid oldu. O da məndən çox üstün idi. Onu da çətin şərtlər altında dəfn etdik. Onlar məndən çox xeyirli olduğu halda dünyanı buraxıb getdilər. Sonra bizə dünya qapısı açıldı. Müxtəlif nemətlərə qovuşduq. Bunların hesabını necə verəcəyik” deyib ağlamağa başladı.

Oruclu olduğunu unudub iftar yeməyini belə yemədi. Onsuz da, o günləri xatırlayınca yemək yeyəcək halı da qalmırdı.

Xəlifə Ömər Şama gedirdi. Şamda taun yəni vəba xəstəliyi olduğu deyildi. Yanında olanların bəzisi, “Şama girməyək” dedi. Bir qismi də dedi ki:

— Allahu təalanın təqdirindən qaçmayaq.

Bunun üzərinə xəlifə də buyurdu ki:

— Allahu təalanın təqdirindən, yenə Onun təqdirinə qaçaq, şəhərə girməyək. Birinizin bir otlağı ilə bir çılpaq qayalığı olsa, sürüsünü hansına göndərsə, Allahu təalanın təqdiri ilə göndərmiş olar.

Sonra Abdurrahman ibn Avfı çağırıb soruşdu:

— Sən nə deyirsən?

— Rəsulullah əfəndimizdən eşitdim ki, “Vəba olan yerə girməyin və vəba olan bir yerdən başqa bir yerə getməyin, oradan qaçmayın” buyurmuşdu.

Xəlifə də, “Əlhəmdülillah, mənim sözüm hədisi-şərifə uyğun oldu” deyib Şama girmədilər.

Vəbalı yerdən qaçmaq

Vəba olan yerdən başqa yerə çıxmağın qadağan edilməsinə səbəb, sağlam olanlar çıxınca  xəstələrə baxacaq kimsə qalmaz, həlak olarlar. Vəbalı yerdə çirkli hava, hər kəsin içinə yerləşincə, qaçanlar xəstəlikdən xilas ola bilməz və xəstəliyi başqa yerlərə aparmış, yoluxdurmuş olurlar. Hədisi-şərifdə buyurulur ki:

“Vəba xəstəliyi olan yerdən qaçmaq, müharibədə kafir qarşısından qaçmaq kimi, böyük günahdır.”

Həzrəti Ömər vəfat edərkən xəlifəliyə namizəd olaraq göstərdiyi 6 adamdan biri də Abdurrahman ibn Avfdır. Həzrəti Ömərin dəfnindən sonra təyin edilən bu altı səhabə toplandılar. İlk olaraq Abdurrahman ibn Avf  söz alıb belə dedi:

— Ey camaat! Bu barədə hamımızın da fikirləri var. Dinləyin, öyrənərsəniz, anlayarsınız. Şübhəsiz ki, hədəfə isabət edən ox, isabət etməyəndən üstündür. Bir qurtum yavan, ancaq soyuq su, xəstəliyə səbəb olan şirin sudan daha faydalıdır.

Sizlər müsəlmanların rəhbərləri, müraciət olunan alimlərsiniz. O halda, aranızda meydana gələcək ixtilaflardan bıçağın ağzını korlatmayın. Qılıncları düşmənlərinizdən ayırıb  qınlarına soxmayın. Yoxsa düşmənlərinizin qarşısında tək qalmış,  əməllərinizi nöqsanlaşdırmış olarsınız.

Fitnə əhli

Hər kəsin müəyyən bir əcəli, hər evin əmrinə itaət edilən, qadağanlarından çəkinilən  bir əmiri, rəisi vardır. Elə isə aranızdan işlərinizi görəcək birini əmir təyin edin. Beləcə məqsədə çatarsınız. Əgər kor fitnə,  çaşdıran dəlalət olmasaydı niyyətlərimiz bildiklərimizdən, əməllərimiz niyyətlərimizdən fərqli olmazdı. Çünki fitnə əhli; gözlərinin görmədiyini, fitnənin özlərini  çölə çaşqın, hara gedəcəyini bilməz bir şəkildə buraxdığını söyləyərlər.

Nəfslərinizə və fitnəçilərin sözlərinə uymaqdan çəkinin. Sözlə olan hiylə, qılıncın  yarasından daha şiddətlidir. Xəlifəliyi müsibət və fəlakət zamanlarından mətanət və səbrli,  bu işdə müvəffəq olacağını ümid etdiyiniz, onu sizdən, sizin ondan razı olacağınız birinə verin. Sizə nəsihət edər görünən fəsadçılara itaət etməyin. Sizə yol göstərən rəhbərə müxalif olmayın. Söyləyəcəklərim bundan ibarətdir. Allahu təaladan özüm və sizin üçün məğfirət diləyərəm.

Abdurrahman ibn Avf  bunda sonra, bu təklifi etdi:

— İçimizdən üçümüz, digər  üçümüz lehinə namizədlikdən çəkilsin.

Abdurrahman ibn Avfın bu təklifi dərhal qəbul olunaraq Zübəyr Əliyə, Talha Osmana, Səd ibn Əbi Vaqqas da Abdurrahman ibn Avfa səslərini verdilər. Arxasından Abdurrahman ibn Avf da çəkildi və Həzrəti Osman ilə Həzrəti Əli qaldılar. Nəticədə Həzrəti Osmana biyət   olundu.

Sən əminsən

Həzrəti Abdurrahman yüksək əxlaq, fəzilət və kamal sahibi, çox yaxşı və çox təmiz, səciyyəli bir insan idi. Onun ürəyi Allah qorxusu ilə Rəsulu əkrəmə məhəbbətlə, düzgünlük və iffətlə, rəhmət və şəfqətlə dolu idi. Həmçinin səxavətli idi. Allah yolunda malını paylamaqdan zövq alardı. Ürəyində Allah qorxusu  o qədər yer etmişdi ki, özü heç bir vaxt dünyasını dininə dəyişməmiş, həyatda sərvət və mal sahibi olmağa əhəmiyyət verməmiş, tam Müsəlman olaraq yaşamağı hər şeydən üstün tutmuşdur.

Abdurrahman ibn Avfı Peyğəmbər əfəndimiz və Əshabı kiramın böyükləri mədh etmişdirlər. Rəsulullah əfəndimiz onun haqqında buyurdu ki:

Göydəkilər və yerdəkilər qatında sən əminsən.

Abdurrahman ibn Avf  651-ci ildə 75 yaşında vəfat etdi.