Cənnətlə müjdələnən ümmətin əmini.
Ərəblər arasındakı nadir oxuma-yazma bilənlərdən olan Əbu Ubeydə ibn Cərrah və yoldaşları Osman ibn Məzun, Ubeydə ibn Haris, Abdurrahman ibn Avf, Əbu Sələmə, Həzrəti Əbu Bəkirin vasitəsiylə Rəsulullahın hüzurunda Müsəlman oldular.
Həzrəti Əbu Ubeydə? Həzrəti Əbu Bəkirin vasitəsiylə imana gələnlərin onuncusudur. İmana gələndə 31 yaşında idi. O gündən vəfatına qədər malı ilə, mövqeyi ilə və canı ilə İslamiyyəti yaymaq üçün çalışdı.
İki dəfə hicrət etdi
Məkkədə kafirlərin əziyyət və işgəncələrinin artması ilə Peyğəmbər əfəndimizin icazəsiylə Həbəşistana hicrət etdi. Sonra Mədinəyə hicrət edincə Peyğəmbərimiz onu Həzrəti Sad ibn Muaz ilə qardaş etdi.
Bədir qəzasında düşmən səflərində atası da var idi. Bu qəzaya mələklər də qatılmış, insan şəklinə girərək əllərindəki qılınclarla kafirlərlə vuruşdular. Bu döyüşdə Əbu Ubeydə böyük qəhrəmanlıq göstərmişdi.
Həzrəti Ubeydə Uhud cəngində də böyük qəhrəmanlıq göstərdi. Peyğəmbər əfəndimiz Əbu Ubeydə ilə Sad ibn Əbi Vaqqas həzrətlərini ön səfdə vuruşanlara sərkərdə təyin etdi. Kafirləri mərkəzdə olan sevgili Peyğəmbərimizə yaxınlaşdırmamaq üçün bütün gücləri ilə döyüşdülər.
Peyğəmbər əfəndimiz də düşməni geri çəkəcək şəkildə yayıyla, oxuyla, qılıncıyla vuruşurdu. Əshabı kiram canlarını dişlərinə sıxmışlar, Peyğəmbərimizin ətrafında pərvanə olmuşdular. Həzrəti Həmzə, Həzrəti Əli, Həzrəti Əbu Dücanə, Həzrəti Sad ibn Əbi Vaqqas, Həzrəti Musab ibn Umeyr, Həzrəti Ubeydə ibn Cərrah, Həzrəti Talha, Həzrəti Zübeyr kimi Əshabı kiram Peyğəmbərimizi qorumağa çalışırdılar.
Bir çox Əshabı vuruşa-vuruşa şəhid oldu. Düşmən geri çəkilmişdi. Zəfərə yaxınlaşılmışdı. Zəfər sevinci ilə yerlərini tərk edən Əshabi kiramın olduqları yerdən düşmən süvariləri hücuma keçdi və Peyğəmbər əfəndimizə qədər yaxınlaşdılar.
İbni Qamia deyilən müşrik Rəsulullahın mübarək başına qılıncını vurdu, dəbilqənin dəmiri mübarək yanağına batdı.
Dişləriylə çıxartdı
Əshabı kiram təkrar toplanıb müşriklərə hücum etdi və düşməni Peyğəmbərimizin yanından uzaqlaşdırdılar. Həzrəti Əbu Ubeydənin sevgili Peyğəmbərimizin mübarək yanaqlarına batan dəmir halqaları dişləriylə çəkib çıxararkən iki ön dişi qırıldı.
Bu döyüş Əshabı kiramın düşməni qovması ilə nəticələndi. 97-ə qədər şəhid verildi. Bunların içində şəhidlərin sərdarı Həzrəti Həmzə, qardaşı oğlu Abdullah ibn Cahş ilə eyni qəbirə dəfn edildilər. Musab ibn Umeyr də bu döyüşdə şəhid olmuşdu.
Həzrəti Əbu Ubeydə Uhud, Xəndək, Xeybər qəzalarında görülməmiş şəkildə cəng etdi. Məkkənin fəthində də Peyğəmbər əfəndimizin yanlarında oldu.
Rəsulullah əfəndimiz hicrətin onuncu ilinin Rəbiül-əvvəl ayının 12-sində bazar ertəsi günü günortadan əvvəl vəfat etdi. Əshabı kiram çox kədərlənib göz yaşı tökdü. Çoxunun dili tutulub, bir müddət danışa bilmədi.
Bir qarışıqlıq çıxa bilər
Həzrəti Əbu Ubeydə də göz yaşlarını saxlaya bilmirdi. Bütün Əshabı kiram qan ağlayır və dərmansız dərdi çəkirdi. İçəridə cənazə hazırlıqlarını edərkən qapı döyüldü. Gələn kimsə dedi ki:
Həzrəti Əbu Bəkir və Həzrəti Ömər cavab verdilər:
Müsəlmanlar arasında böyük bir ayrılıq baş vermək üzrə idi. Belə bir anda Həzrəti Əbu Bəkir ilə Həzrəti Ömər və Həzrəti Əbu Ubeydə oraya Xızır kimi yetişdilər. O anda, Ənsardan biri qalxıb dedi ki:
Halbuki, Rəsulullah hər yerdə, sağ yanına Həzrəti Əbu Bəkiri, sol yanına Həzrəti Öməri alar, Əbu Ubeydə üçün də, “Bu ümmətin əminidir” buyurardı.
Üçü birdən-birə meydana çıxanda sanki Rəsulullah qalxmış, oraya gəlmiş kimi oldu. Hər kəs bunların nə söyləyəcəyini gözləyirdi. Həzrəti Əbu Bəkir uzun bir çıxış etdi. Sonra Həzrəti Ömər danışdı. Sonra da Həzrəti Əbu Ubeydə dedi ki:
Sonra Həzrəti Əbu Bəkir, “Sizə bu iki şəxsi naziməd etdim, birini seçin” deyərək, Həzrəti Ömər və Həzrəti Əbu Ubeydəni göstərdi. Hər ikisi də çəkindilər, “Həzrəti Peyğəmbərin irəli keçirdiyi bir kimsənin önünə kim keçə bilər!” dedilər. Həzrəti Ömər buyurdu ki:
İlk biyət Həzrəti Bəşir, sonra Həzrəti Ömər tərəfindən oldu. Sonra da Həzrəti Əbu Ubeydə və digər Əshabı kiram Həzrəti Əbu Bəkiri xəlifə seçdilər.
Üzləri ən gözəl üz
Əgər Həzrəti Əbu Bəkir, Həzrəti Ömər və Həzrəti Əbu Ubeydə həzrətləri çatmasaydı, Müsəlmanlar parçalanacaqdılar. Bu üç Əshabın xidməti Qiyamətə qədər unudulmayacaqdır.
Həzrəti Ömərin oğlu Abdullah deyir ki:
Həzrəti Əbu Ubeydə ibn Cərrah həyatını həmişə İslama xidmətlə keçirmiş, insanların əbədi səadətə qovuşmaları üçün çalışmışdır. Qəbri-şərifi Şamdadır.
Həzrəti Əbu Bəkir xəlifə olunca Əbu Ubeydəni sərkərdə təyin etdi. Humus, Şam, Ürdün və Fələstini fəth etmək və oradakı insanların da İslamiyyətlə şərəflənmələri üçün göndərdi. Həzrəti Əbu Ubeydə Bizanslıların Suriyanı qurtarmaq üçün topladıqları böyük bir səlib ordusunu Yərmuqda qarşıladı. Xəlifə Həzrəti Əbu Bəkir, Əbu Ubeydəyə kömək üçün Həzrəti Xalid ibn Vəlidi göndərdi.
İslam komandirləri bu döyüş üçün Xalid ibn Vəlidi baş sərkərdə seçdilər. Düşmən ordusu 240 min, İslam ordusu 40 minə qədər idi. Xalid ibn Vəlid ordunu min nəfərlik alaylara bölüb hər birinə alay sərkərdəsi təyin etdi. Əbu Ubeydəni mərkəzə, digər sərkərdələri sağ və sol qanadlara yerləşdirdi.
Yüz min yunanlı öldürüldü
Bizans ordusu üzərinə hücuma keçildi. Döyüş bütün sürəti ilə davam edərkən, Bizans generallarından Yorqi, Həzrəti Xalid ibn Vəlidin “Allahın qılıncı” ləqəbini eşidərək hidayətə gəlib Müsəlman oldu.
O da Müsəlmanların cərgəsində Bizanslılarla döyüşdü. Uzun və çətin döyüşlərin nəticəsində böyük Yunan ordusu məğlub olaraq dağıldı. Yüz min Yunanlı öldürüldü. İslam ordusundan isə 3 min igid şəhadətə qovuşdu.
Bu döyüşdə İslam qadınları da döyüşdü. Bu zəfər bütün Şam diyarının fəthinə səbəb oldu. Zəfər müjdəsi xəlifəyə bildirildi. Sonra Həzrəti Xalid ibn Vəlid və Həzrəti Əbu Ubeydə “ Fıhl” mövqeyində 80 min yunanlı ilə döyüşdülər. Onları da axşama qədər davam edən bir döyüşdə məğlub etdilər.
Həzrəti Əbu Bəkir vəfat edəndə yerinə keçən xəlifə Həzrəti Ömər Həzrəti Əbu Ubeydənin baş sərkərdə olaraq yenə fəthlərə davam etməsini əmr etdi. Əbu Ubeydə ordusuyla Xumusa hərəkət etdi. Sülh ilə Xumusu da fəth etdi.
Həzrəti Əbu Ubeydə ordusunu yığaraq Antaqyaya hərəkət etdi. Maarra, Lazikiyyə, Antaritus, Banyas, Səlimiyyə fəth edilərək hərəkət edilirdi. Kinnəsrinə Həzrəti Xalid ibn Vəlid göndərildi. Özü Hələbə gəldi. Hələbi fəth edərək Antaqyanı mühasirəyə aldı. Antaqya da fəth edildi.
Həzrəti Əbu Ubeydə xəlifəyə vəziyyəti bildirən bir hesabat göndərdi. Xəlifə fəth edilən yerlərə İslam qüvvətlərinin yerləşdirilməsini əmr etdi. Bu əmri yerinə yetirən Həzrəti Əbu Ubeydə bir çox qala və şəhəri fəth edərək Fərat çayına qədər irəlilədi.
Fəth etdiyi yerlərə məmurlar təyin edərək Qüdsə gəldi. Qüds mühasirəyə alındı. Qüdslülər sülh istədiklərini, yalnız bu sülhdə Həzrəti Ömərin də olmasını, yoxsa sülh bağlamayacaqlarını Əbu Ubeydəyə bildirdilər. Vəziyyət Həzrəti Ömərə ərz edildi.
Həzrəti Ömər Qüdsə gəldi
Həzrəti Ömər yerinə Həzrəti Əlini vəkil təyin edərək Qüdsə gəldi. Qüdslülərlə sülh bağladı. Həzrəti Ömər sülhdən sonra Mədinəyə qayıtdı.
Yunan kralı Heraklius itirdiyi torpaqları geri almaq üçün hərəkətə keçdi. Böyük bir səlib ordusu hazırladı. Həzrəti Əbu Ubeydə bu qərardan vaxtında xəbərdar olub vəziyyəti xəlifəyə bildirərək necə hərəkət etmək lazım olduğunu soruşdu.
Həzrəti Ömər İranla hərb etməkdə olan Həzrəti Sada əmr göndərərək Əbu Ubeydəyə kömək etməsini bildirdi. Həzrəti Sad Kaqa ibn Amrı dörd min mücahidlə köməyə göndərdi. Baş sərkərdə Həzrəti Əbu Ubeydə, Şamın Cəzirə ilə əlaqəsini kəsərək səlib ordusunun üzərinə yeridi. Qısa zamanda səlib ordusunu pərişan edərək böyük bir zəfər daha qazandı.
Şamda 639-cu ildə vəba xəstəliyi yayılaraq çox Müsəlmanın ölümünə səbəb olmuşdu. Həzrəti Əbu Ubeydə də bu xəstəliyə yoluxdu. Öləcəyini anlayınca, orada olanlara bir vəsiyyətinin olduğunu bildirdi. Vəsiyyətində buyurdu ki:
İnsanların ən ağıllısı Allahu təalanın əmrlərini yerinə yetirəndir. Hamınıza Allahu təalanın salam və rəhmətini, lütf və bərəkətini niyaz edirəm. Haydı ya Muaz, camaata namazı qıldır!
And içirəm ki…
Bu sözləri söylədikdən sonra gözlərini yumub yerinə Muaz ibn Cəbəli vəkil təyin etmişdi. Vəfat edəndə 58 yaşında idi.
Muaz ibn Cəbəl həzrətləri camaata bir xütbə oxudu. Burada buyurdu ki:
Həzrəti Əbu Ubeydə ibn Cərrah fəzilət timsalı bir şəxs idi. Allahu təalanın əmrlərindən kənara çıxmazdı. Peyğəmbər əfəndimizə məhəbbəti çox yüksək idi. Rəsulullah əfəndimizdən aldığı bir əmri yerinə yetirmək üçün canını fəda etməkdən çəkinməzdi. Zühd və təqva sahibi, çox mərhəmətli idi.
Əsgərlərinə və əmri altında olanlara çox şəfqətli idi. Həzrəti Ömər Şama getdiyi zaman qarşılayanlara, “Qardaşım Əbu Ubeydə harada?” deyə soruşduğu vaxt, “Gəlir əfəndim” deyərək gəlməkdə olan Həzrəti Əbu Ubeydəni göstərdilər.
Sağlığında Cənnət ilə müjdələnən iki böyük Səhabə salamlaşdılar. Həzrəti Əbu Ubeydə, Həzrəti Ömərə,
Həzrəti Ömər, Əbu Ubeydənin evinin içini görüncə buyurdu ki:
Səni dəyişdirmədi
Həzrəti Əbu Ubeydə ona bir zənbil gətirərək içindən bir neçə tikə çıxardanda Həzrəti Ömər ağlamağa başladı. Bunun üzərinə Əbu Ubeydə dedi ki:
Bir dəfə Həzrəti Ömər, Həzrəti Əbu Ubeydəyə dörd min dirhəm göndərmiş və bu pulu ona aparacaq elçiyə tapşırmışdı:
Həzrəti Əbu Ubeydə, bu pulu aldıqdan sonra onu dərhal əsgərləri arasında payladı. Elçi, qayıdıb hadisəni anlatdığı zaman Həzrəti Ömər buyurdu ki:
Peyğəmbərimizin hüzuruna 630-cu ildə Nəcrandan bir Xristian heyəti gəldi. Uzun danışmalardan sonra Rəsulullah əfəndimizin Peyğəmbər olduğunu qəbul etdilər. Və dedilər ki:
Peyğəmbərimiz də and edib buyurdu ki:
Qalx ya Əbu Ubeydə!
Əshabı kiram əmin olaraq kimin şərəflənəcəyini maraq edirdilər. Rəsulullah əfəndimiz buyurdu ki:
Həzrəti Əbu Ubeydə bu müjdəyə qovuşanda sevincindən ağladı. Həzrəti Əbu Ubeydə vəzifəsini çox gözəl yerinə yetirmiş, qayıdanda xəzinəni qızılla doldurmuşdu. Qayıdanda Əshabı kiram onu qarşılamağa çıxdılar. Rəsulullah əfəndimiz Əshabını bu halda görüncə gülümsəyərək onlara buyurdu ki:
Onlar da, “Bəli ya Rəsulullah” deyə təsdiq etdilər.
Bunun üzərinə Rəsulullah əfəndimiz buyurdu ki:
Rəsulullah əfəndimiz sahil tərəfinə bir səfər təşkil edib Həzrəti Əbu Ubeydə ibn Cərrahı əmir təyin etdi. Bu səfərə 300 Əshabı kiram qatılmışdı. Həzrəti Cabir deyir ki:
“Biz yola çıxdıq. Həzrəti Əbu Ubeydə mucahidlərə yanlarında nə qədər ərzaq varsa gətirmələrini əmr etdi. Gətirilən ərzağı bir yerə topladı ki, bu toplanan ərzaq iki kisə xurmadan ibarət idi.
Əbu Ubeydə bu xurmadan hər gün az-az verərək bizi dolandırırdı. Nəhayət xurmalar tükənincə yoxluğunun ağrısını daddıq.
Bizə də yedirin!
Sonra dəniz sahilinə çatdıq. Bir də nə görək? Dəniz sahilində böyük bir balıq vardı. Bunu dəniz sahilə atmışdı. Əbu Ubeydə bizə dedi ki:
Peyğəmbər əfəndimiz də buyurdu ki:
Və gətirilən ətdən yedilər.
Yunan kralı Heraqliusun böyük ordularını pərişan edən İslam əsgərlərinin baş sərkərdəsi Əbu Ubeydə ibn Cərrah həzrətləri zəfər qazandığı hər şəhərdə adamlarını qışqırdaraq yunanlara xəlifə Həzrəti Ömərin əmrlərini bildirərdi. Xumus şəhərini alanda da buyurdu ki:
“Ey yunanlar! Allahu təalanın köməyi ilə xəlifəmiz Ömərin əmrinə uyaraq, bu şəhəri də aldıq. Hamınız ticarətinizdə, işinizdə, ibadətlərinizdə sərbəstsiniz! Sizi qoruyacağıq!
Malınıza, canınıza, namusunuza heç kim toxunmayacaq! İslamiyyətin ədaləti eynilə sizə də tətbiq ediləcək, hər haqqınız qorunacaqdır!
Çöldən gələn düşmənə qarşı, Müsəlmanları qoruduğumuz kimi, sizi də qoruyacağıq! Bu xidmətimizə qarşılıq olaraq Müsəlmanlardan heyvan zəkatı və uşr aldığımız kimi, sizdən də ildə bir dəfə cizyə vermənizi istəyirik. Sizə xidmət etməyimizi və sizdən cizyə almağımızı Allahu təala əmr etmişdir.
Xumus yunanları cizyələrini sevə-sevə gətirib Beytül-mal əmini Həbib ibn Müslimə təslim etdilər. Bu arada Herakliusun bütün məmləkətindən əsgər toplayaraq Antaqyaya hücuma hazırlandığı xəbəri alan kimi Xumus şəhərindəki əsgərlərin də Yərmükdəki qüvvətlərə qatılmasına qərar verildi.
Cizyələi geri alın!
Bunun üzərinə Əbu Ubeydə həzrətləri şəhərdə məmurların belə qışqırmalarını əmr etdi:
“Ey Xristianlar! Sizə xidmət etməyə, sizi qorumağa söz vermişdim. Buna qarşılıq, sizdən cizyə almışdım. İndi isə xəlifənin əmri ilə Heraklius ilə hərb edəcək olan qardaşlarıma köməyə gedirəm. Sizə verdiyim sözün üstündə dura bilməyəcəyəm. Bunun üçün hamınız Beytülmala gəlib cizyələrinizi geri alın! Adlarınız və verdikləriniz dəftərimizdə yazılmışdır.
Suriya şəhərlərinin çoxunda da belə oldu. Xristianlar müsəlmanların bu ədalətini, bu şəfqətini görəndə illərdən bəri Yunan imperatorlarından çəkdikləri zülmlərdən və işgəncələrdən xilas olduqları üçün bayram etdilər.
Sevinclərindən ağladılar. Çoxu da sevə-sevə müsəlman oldu. Öz arzuları ilə Yunan ordularına qarşı İslam əsgərinə casusluq etdilər.
Həzrəti Ömər, Əbu Ubeydə həzrətlərini çox sevərdi. Hətta bir gün Həzrəti Ömər yoldaşlarından soruşdu:
Biri xidmət üçün ev dolusu qızıl, bir başqası da ləl-cəvahirat istədi. Onlarda Həzrəti Ömərə soruşdular:
Həzrəti Ömər də belə buyurdu:
Şamın fəthində Müsəlmanların tarixin şərəf lövhəsinə keçməsinə səbəb olan bir hadisə olmuşdur. İslamiyyəti özlərinə əzəli düşmən görən Qərb üçün ibrətlik vəsiqələrdən biri olan bu hadisə belə meydana gəldi:
Şamın fəthində Xalid ibn Vəlid həzrətləri şəhərin bir tərəfindən girdi. Əhali müqavimət göstərdiyi üçün qılıncdan istifadə edərək şəhərdə irəliləyirdi. Hədəfi o zaman üçün şəhərin ən böyük kilsəsi olan indiki Məscidi-Əməvi idi.
Eyni anda kilsəyə girdilər
Şəhərin digər tərəfindən də Əbu Ubeydə ibn Cərrah həzrətlərinin əsgərləri irəliləyirdi. Amma, buradakı xalq ona qarşı deyildi. Bunun üçün rahat bir şəkildə qılıncdan istifadə etmədən irəliləyirdi. Təbii ki, bunun ilk hədəfi də şəhərin ən böyük kilsəsi idi.
Müsəlmanlar İslam şəhəri olduğunun simvolu olaraq qılıncla aldıqları şəhərin ən böyük kilsəsini məscidə çevirər, digər kilsələrə toxunmazdılar. İstanbulun fəthində olduğu kimi.
Bu iki böyük sərkərdə eyni anda iki ayrı qapıdan kilsəyə girdilər. Və kilsənin ortasında bir-birləri ilə qarşılaşdılar.
Bu böyük zəfər münasibətilə bir-birlərini təbrik üçün qucaqlaşdılar. Xalid ibn Vəlid həzrətləri kilsənin məscidə çevrilməsini istədi. Bu təklifə Həzrəti Əbu Ubeydə qarşı çıxdı:
O məşhur Bizans generallarını qarşısında heybətindən titrədən Xalid ibn Vəlidin qərara ən kiçik bir şəkildə belə etirazı olmadı. Hətta, Əbu Ubeydə ibn Cərrah həzrətlərinə təşəkkür etdi.
Yarısı məscidə çevrildi
Bu hadisədən sonra kilsənin yarısı məscidə çevrildi. Məlik ibn Mərvan zamanına qədər bu belə davam etdi. Mərvan kilsənin hamısını məscidə çevirdi. Xristianlar məcbur olaraq buna razı oldular.
Əbu Ubeydə ibn Cərrah həzrətləri həyatda ikən Cənnət ilə müjdələnən on səhabədən biridir. “Ümmətin Əmini” ləqəbiylə mədh olunan uca Səhabənin əsl adı Amir ibn Abdullah ibn Cərrahdır. Bütün savaşlarda iştirak etdi. Çox qəhrəman idi.
Sevgili Peyğəmbərimizin yanında bütün savaşlarda iştirak etdi. Peyğəmbər əfəndimizin bu hədisi-şərifi ilə şərəfləndi:
В корзине: 0 шт.
на сумму: 0