Facebook Twitter WhatsApp

Abdullah ibn Hanzala

Mələklərin Yuduğu Səhabənin Oğlu.

Abdullah ibn Hanzala həzrətləri Əshabı-kiramdan, şəhadəti ilə məşhurdur. Atası da,  Əshabdan olub, “Qasil-ül-məlaikə” mələklərin yuduğu Səhabə ləqəbiylə tanınmışdır. Anası Cəmilə binti Abdullahdır.

Atası Hanzala Uhud hadisəsi gecəsi evlənmiş, ertəsi gün Uhudda şəhid olmuşdur.  Həzrəti Abdullah, Peyğəmbər əfəndimizin vəfatında yeddi yaşında idi və Peyğəmbərimizi  görüb könüllərə şəfa olan söhbətinə qovuşmuşdur.

Yuxuda gördüm

            Həzrəti Abdullah 682-ci ildə Hara döyüşündə Zil-hiccənin bitməsinə üç gün qalmış, cümə axşamı günü şəhid olmuşdur.

Əvvəl səkkiz oğlunu, bir-bir döyüş meydanına çıxarıb, hamısı şəhid olduqdan sonra  qılıncının qınını qıraraq əsgərlərin içinə dalmış, şəhid olana qədər mübarizə etmişdir.

Abdullah ibn Əbi Süfyan rəvayət edir:

“Mən atamdan belə deyərkən eşitdim: Abdullah ibn Hanzalanı şəhid edildikdən sonra yuxuda çox gözəl bir şəkildə gördüm. Ondan soruşdum:

— Ey Əbu Abdurrahman, sən öldürülmədin mi?

— Bəli, ancaq öldürülüncə, Rəbbim məni Cənnətinə qoydu. Mən burada sərbəstcə gəzir  və Cənnət  nemətlərindən istifadə edirəm.

— Bəs sənin əshabın, yoldaşların? Onlara nə oldu?

— Onlar da mənim bayrağımın ətrafındadırlar ki, sən bunu görürsən. Aramızda olan bu danışmalardan sonra yuxudan oyandım. Gördüyüm yuxunun Həzrəti Abdullah ibn Hanzala  üçün xeyirli olduğunu anladım.”

Süfyan ibn Səlimin rəvayətinə görə İblis, Həzrəti Abdullah ibn Hanzalaya göründü və ona dedi ki:

— Qulaq as, sənə bir şey öyrədəcəyəm.

Həzrəti  Abdullah da cavab verdi:

— Səndən bir şey  öyrənməyə ehtiyacım yoxdur.

Başqasından bir şey istəmə!

Şeytan təkrar dedi ki:

— Dinlə gör, istəsən alarsan, istəməsən almazsan.

Şeytan, sonra sözlərinə belə davam etdi:

— Ey Hanzalanın oğlu, Allahdan başqasından bir şey istəmə! Hər istədiyini Allahu təaladan istə! Hirsləndiyin zaman necə bir hal aldığına bax! Sən hirsləndiyin vaxt mən sənə hakim olaram.

Abdullah ibn Hanzala həzrətləri ziyarət üçün yoldaşları ilə birlikdə Sad ibn Ubadə həzrətlərinin oğlunun evinə getmişdi.

Namaz vaxtı gəlincə ev sahibinə imam olmasını təklif etdilər. O da qonaqlardan birinin imam olmasını istədi. Həzrəti Abdullah  belə rəvayət etdi ki:

— Rəsulullah əfəndimiz, “Bir kimsənin  öz yatağında  yatması,  heyvanına minməsi və  evində imamlıq etməsi daha uyğundur” buyurdu.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину