Mədinədə mühacirlərdən doğulan ilk səhabədir.
Abdullah ibn Zübeyr Mədinədə mühacirlərdən ilk dünyaya gələn uşaqdır. Hicrətdən iyirmi ay sonra 622-ci ildə Mədinə yaxınındakı Qubədə dünyaya gəlincə, Mühacirlər çox sevinib rahatladılar. Çünki Yəhudilər, “Biz mühacirlərə sehr etdik, uşaqları olmayacaq” deyirdilər.
Bu mübarək şəxsin doğumu, Yəhudilərin yalanlarının ortaya çıxmasına səbəb oldu. Rəsulullah əfəndimiz ona dua edib, adını “Abdullah”, ləqəbini də “Əbu Bəkir” qoydu. Digər ləqəbi “Əbu Hübeyb” idi.
Adını Rəsulullah qoydu
Hişam ibn Urvə belə rəvayət etmişdir:
“ Abdullah ibn Zübeyr dünyaya gəlincə, anası onu daha heç əmizdirmədən, dərhal Rəsulullah əfəndimizə apardı. Peyğəmbər əfəndimiz uşağı qucağına alıb adını qoydu və dua etdi.”
Yeddi yaşında ikən atası tərəfindən Peyğəmbər əfəndimizə gətirildiyində, Ona biət etmə şərəfinə qovuşdu. Beləcə səhabədən olma şərəfinə nail oldu.
Həzrəti Əbu Bəkir dövründən sonra yavaş-yavaş uşaqlıq həyatından çıxaraq, Həzrəti Ömərin zamanında özünü göstərməyə başladı. 636-cı ildə on iki yaşında ikən atası ilə Yərmuk hərbinə getdi. Yenə dörd il sonra, atası ilə birlikdə Amr ibn Asın komandirliyində Misirin fəthinə qatıldı.
Abdullah ibn Zübeyr, gündüzləri oruc tutar, gecələrini də namaz qılaraq keçirərdi. Çox namaz qılması səbəbiylə, ona Məscid göyərçini deyilmişdir. Bir neçə gün bir şey yemədiyi olurdu. Çox cəsur, güclü və qəhrəman idi.
Abdullah ibn Zübeyr, hicrətin 30-cu ilində Səid ibn Asın başçılığındakı ordu ilə Xorasan səfərində iştirak etdi.
Eyni il Həzrəti Osman tərəfindən Quranı-kərimin nüsxəsinin çoxaldılması üçün toplanan elmi heyətə dəvət edildi. Həzrəti Osman şəhid edilmədən əvvəl, bütün gücüylə fitnəçilərlə mübarizə etdi. Cəməl hadisəsində atası ilə birlikdə iştirak etdi.
Həzrəti Əbu Bəkirə bənzəyərdi
Abdullah ibn Zübeyr şücaət və cəsarətiylə birlikdə çox ibadət edərdi. Namazda o qədər hüzura qovuşardı ki, təsviri mümkün deyildir. Atası onun haqqında; “İnsanların Əbu Bəkri Siddiqə ən çox bənzəyəni” buyurmuşdur.
Əshabı-kiramın fiqh, təfsir və hədis alimlərindən biri olan Abdullah ibn Zübeyr həzrətləri Rəsulullah əfəndimizdən şəxsən eşidərək hədisi-şərif rəvayət etdiyi kimi, atasından, Həzrəti Əbu Bəkir, Həzrəti Ömər və Həzrəti Osmandan, xalası Həzrəti Aişədən, Həzrəti Əli kimi Əshabı-kiramın irəli gələnlərindən də hədisi-şərif rəvayət etmişdir.
Onun bildirdiyi otuz üç hədisi-şərifin hamısı Əhməd ibn Hənbəlin Müsnəd adlı kitabında yer almışdır. İslamiyyətdə ilk olaraq dairəvi gümüş pulu Məkkəyi- mükərrəmədə çap edən odur.
Bir gün haqq yoldan ayrılan xaricilərdən bir qrup Abdullah ibn Zübeyr həzrətlərinin hüzuruna gedərək dedilər ki:
— Sənin görüşünü öyrənmək üçün gəldik. Əgər doğru, yəni bizim kimi düşünürsənsə, səninlə birlikdə olarıq. Yoxsa, səni bu etiqaddan vaz keçməyə dəvət edirik.
Sonra da belə soruşdular:
— Şeyxayn, yəni Həzrəti Əbu Bəkir və Həzrəti Ömər haqqında nə deyirsən?
Yalnız xeyir söyləyərəm
Abdullah ibn Zübeyr həzrətləri onların suallarına belə cavab verdi:
— Onlar haqqında yalnız xeyir söyləyərəm.
Xaricilər bunun üzərinə,
— Yaxşı o zaman Osman haqqında nə deyirsən? deyə soruşdular. Sonra da Həzrəti Osmanın şanına layiq olmayan ittihamlar irəli sürdülər.
Daha sonra atası Zübeyr və Talha haqqında da doğru olmayan şeylər- danışdılar.
Onların bu sözlərinə qarşı Abdullah ibn Zübeyr həzrətləri dedi ki:
— Sizin o böyüklər haqqında belə danışmağınız, əsla doğru deyildir. Çünki Allahu təala, Musa əleyhissəlam ilə qardaşı Harun əleyhissəlamı, ən qəddar kafirlərdən olub ilahlıq iddiasında olan Firona göndərərkən çox yumşaq danışmalarını əmr etdi.
Bu xüsus Quranı-kərimdə belə bildirilməkdədir:
“İkiniz (Musa və Harun əleyhissəlam) Firona gedin! Çünki o, ilahlıq iddiasında olmaqla həqiqətən çox azğınlıq etdi. Onunla yumşaq rəftar edin! Yumşaq söz söyləyin! Ola bilər ki, nəsihət dinləyər, Allahu təalanın əzabından qorxar” (Taha: 43, 44)
Rəsulullah əfəndimiz də bir hədisi-şəriflərində belə buyurmuşdur:
“Ölmüş kimsələrə söymək və ya dil uzatmaq sürətiylə dirilərə əziyyət etməyin!”
Günah olaraq kafi idi
Bunun üçün Rəsulullah əfəndimiz İkrimə ibn Əbi Cəhilə əziyyət verməmək, onu üzməmək üçün atası Əbu Cəhilə söyməyi, lənət etməyi qadağan etmişdir.
Halbuki, Əbu Cəhil Allahu təalanın və Rəsulunun düşməni idi. Hicrətdən əvvəl Rəsulullah əfəndimizə nifrət və düşmənlik etmiş, hicrətdən sonra da döyüşdə iştirak etmişdi.
Hamısı bir tərəfə, qəddar bir müşrik olması, günah olaraq ona kafi idi. Kafir olduğu halda, lənətlənməsinə icazə verilməməsi, atama, yoldaşı Həzrəti Talhaya və digər Əshaba söylədiyiniz sözlərdən imtina etməniz üçün kafi bir səbəbdir.
Bu yerində söylənilən sözlərə verəcək cavab tapa bilməyən Xaricilər yanından ayrıldılar.
Xaricilər ertəsi gün təkrar gəldilər. Abdullah ibn Zübeyr gəlib, uca bir yerdə oturdu. Allahu təalaya həmd və Rəsuluna salat və salam gətirdi. Sonra Həzrəti Əbu Bəkir və Həzrəti Ömərdən çox gözəl bəhs etdi. Həzrəti Osmanın xilafətiylə əlaqədar olaraq da bunları söylədi:
— Həzrəti Osman ibn Affanın vəziyyətini bu gün məndən daha yaxşı bilən heç kimsə yoxdur. Hakəm ibn Ası Rəsulullah əfəndimizin mübarək icazələri ilə Mədinəyi-münəvvərəyə qəbul etmişdir. Etdiyi işlərdə faydalar var idi.
Həzrəti Osman yazmadı
Daha sonra Abdullah ibn Zübeyr, Misirlilərin ələ keçirib gətirdiyi, içində bəzi kimsələrin öldürülməsi əmr edilən məktubu, onun yazmadığını belə dedi:
— Bunu Həzrəti Osman yazmadı. İstəyərsəniz, onun yazdığına dair dəlilinizi gətirin, dəliliniz yoxdursa mən sizə onun yazmadığına and içim. Allahu təala andın qəbul edilməsini əmr edir. Hələ Rəsulullahın kürəkəni, imamətdəki vəkili, onun səbəbiylə ağac altında Biəti Ridvan edildiyi Həzrəti Osmanın yazmadığına dair andı, əlbəttə qəbul etmək lazımdır. Ancaq haqq olan bir şeyə and edilər. Rəsulullah əfəndimiz buyurur ki:
“Kim Allahu təalaya and içsə, təsdiq edilsin! And edilən kimsə də razı olsun.”
Həzrəti Osman, Həzrəti Əbu Bəkir və Həzrəti Ömər kimi möminlərin əmridir. Mən onu sevənin dostu, ona düşmən olanın düşməniyəm. Atam və yoldaşı Həzrəti Talha, Rəsulullah əfəndimizin iki səhabəsidir.
Həzrəti Talhanın Ühüd müharibəsində barmağı kəsiləndə, Rəsulullah əfəndimiz;
“Barmağı Talhadan əvvəl Cənnətə girdi” və “Talha, Cənnətə girməsinə vəsilə olacaq bir iş etdi” buyurdu.
Həzrəti Əbu Bəkir, Ühüd hərbindən bəhs edilincə, “ Ühüd hərbinin hamısı və ya çoxu Talhaya aiddir” buyurdu.
Allahu təala razı olsun
Atam Zübeyr ibn Avvama gəlincə, O Rəsulullah əfəndimizin həvarisidir. Rəsulullah əfəndimiz onu bu sifətlə zikr etmişlər, Talha ilə birlikdə Cənnətlik olduğunu bildirmişdirlər. Necə ki, Allahu təala Quranı-kərimdə məalən belə buyurdu:
“Sənə, ağac altında əllərini uzadaraq söz verənlərdən Allahu təala razı oldu. Hamısını sevdi.” (Fəth:18)
Ayrıca, onların Allahu təalanın və Rəsulunun qəzəbinə uğradıqlarına dair bir xəbər bizə çatmadı.
Onların haqq olaraq etdiklərinə gəlincə, onlar hər halda buna layiqdirlər. Əgər, onlarda bir zərrə qədər sürüşmə meydana gəlmişsə, o sürüşməni, onların Rəsulullaha etdikləri xidmətlərin hörmətinə aradan qaldırmaq, Allahu təalanın əfvindəndir.
Xaricilər bu sözlər qarşısında da verəcək cavab tapa bilmədilər və dönüb getdilər.
Abdullah ibn Zübeyr 649-cu ildə, Abdullah ibn Sad ilə Afrikiyyə hərbinə qatıldı. Yüz iyirmi min düşmən əsgəri ilə iyirmi min İslam mücahidi döyüşərkən, o bir neçə mücahid ilə Bizans ordusu komandiri, Roma əsilzadəsi Qreqoriusu öldürdü. Bu müvəffəqiyyəti üzərinə düşmən qüvvələri pozuldu. Zəfərin qazanılmasında mühüm bir rol oynadı.
Fəthdən bəhs edəcəkdir
Abdullah ibn Zübeyr, Afrikiyyənin fəthindən qayıtdıqdan sonra, Həzrəti Osmanın hüzuruna gedib ona fəthin necə gerçəkləşdiyini danışdı. Həzrəti Osman məsciddə qalxıb, camaata belə xitab etdi:
— Ey möminlər! Allahu təala Afrikiyyənin fəthini nəsib və müyəssər etdi. Bu Abdullah ibn Zübeyrdir. İndi sizə Afrikiyyənin fəthindən bəhs edəcəkdir. Bunun üzərinə Abdullah ibn Zübeyr, minbərin yanında olduğu yerdən ayağa qalxıb, camaata Afrikiyyənin fəthinin necə gerçəkləşdiyini danışmağa başladı:
“Ey möminlər! Qəlbərimizi birləşdirən, bir-birimizi sevdirən və nemətləri əsla inkar olunmayan, Allahu təalaya, bildirdiyi şəkildə həmd olsun. Yenə Allahu təalaya həmd olsun ki, Muhamməd əleyhissəlamı seçib, vəhyini Ona əmanət etdi, Quranı-kərimi göndərdi.
Muhamməd əleyhissəlam insanlardan köməkçilər seçdi. Ona iman etdilər, hörmət və təzim etdilər. Allahu təalanın dini uğrunda haqqıyla cihad etdilər. Bir qismi bu haqq yol olan İslamda, Allah yolunda şəhid düşdülər. Geridə qalanları isə, Allahu təalanın rizasını qazanmaq üçün çalışmaqdadırlar. Qınayanların qınamaları, onları bu yoldan əsla çevirməməkdədir.
Ey insanlar! Allahu təala sizə mərhəmət etsin! Biz, bildiyiniz və bəhs etdiyim bu məqsədlə cihada çıxmışdıq. Əmir-əl-möminin tövsiyələrinə və əmrlərinə diqqət ilə tabe olan bir vali ilə birlikdə idik. Səhər-axşam o da bizimlə birlikdə gedir, günorta vaxtında bizimlə qonaqlayırdı. Gecə vaxtı yola davam edib, quraq yerlərdə dayanmadan tələsik keçir, bərəkətli və bolluq yerlərdə olduqca çox qalırdıq.
İslama dəvət etdik
Afrikiyyəyə çatana qədər, Rəbbimizin ehsan buyurduğu ən gözəl hal üzrə yolumuza davam etdik. Nəhayət at kişnəmələrini, dəvə böyürtülərini düşmənlərimizin eşidəcəyi bir yerdə düşərgə saldıq. Bir neçə gün orada iqamət etdik. Bu sırada, atlarımıza istirahət verdik. Silahlarımızı hərbə hazırladıq.
Sonra Afrikiyyəliləri İslama dəvət etdik. Ancaq onlar Müsəlman olmağa yanaşmadılar. Bunun əvəzinə, sülh və zillət içində qalmaları üçün onlardan cizyə istədik. Bu təklifimizə isə heç yanaşmadılar.
Onların qarşısında on üç gecə gözlədik. Bu arada, elçilərimiz gedib-gəldi. Nəhayət təkliflərimizi qəbul etməyəcəklərini yaxşıca qənaət gətirəndə, komandirimiz qalxıb, Allahu təalaya həmd və səna etdi. Səbr edib Allah üçün cihad edənlərin qovuşacaqları savabdan bəhs etdi. Sonra həmişə birlikdə düşmən üzərinə hücum edib, döyüşə başladıq.
Düşmənlə qarşılaşdığımız ilk gün çox şiddətli bir müharibə oldu. İki tərəf də çox çətin döyüşdü. Düşməndən bir çox kimsə öldüyü kimi, bizdən də bir çox kimsə şəhid düşdü. O gecə, hər iki tərəf də hərb meydanında gecələdi.
Zəfər ehsan etdi
Biz Müsəlmanların olduğu yerdən, Quranı-kərim oxuyanların səsləri yüksəlirdi. Düşmən isə, içki içərək və əyləncə içində gecəni keçirdi. Səhər olanda, biz əvvəlki günkü kimi yerlərimizi aldıq və düşmən üzərinə hücum etdik.
Allahu təala bizə səbr, kömək və zəfər ehsan etdi. İkinci gün axşama doğru Allahu təala bizə Afrikiyyəni fəth etməyi nəsib etdi. Bir çox qənimət əldə etdik. Mərvan ibn Hakəm bu qənimətlərin beşdə birini dövlət xəzinəsinə qoydu.
Müsəlmanların yanından, onları sevincli buraxaraq ayrıldım. Alınan bu qənimətlər, Müsəlmanları zənginləşdirdi. Budur mən, Allahu təalanın bizə nəsib etdiyi bu zəfəri, şirkin uğradığı bu məğlubiyyəti, Əmir-əl-möminə və sizə müjdələmək üçün gəldim.
Ey Allahın qulları! Verdiyi nemətlərdən və düşmənlərimizə endirdiyi əzabdan ötrü, Allahu təalaya həmd edirik.”
Abdullah ibn Zübeyr, 692-ci ildə Həccac tərəfindən şəhid edildi. Rəsulullah əfəndimiz bu hadisəyə işarə edərək Abdullaha buyurmuşdu ki:
— İnsanlardan sənin başına nələr gələcək bilirsənmi? Səndən də insanlara çox şey gələcək. Cəhənnəm atəşi səni yandırmaz.
Abdullah ibn Zübeyr, Əshabı-kirama çox hörmət edərdi. Hətta atası Zübeyr ibn Avvəmdən nəql etdiyi hədisi-şərifdə, Rəsulullahın belə buyurduğunu bildirərdi:
“Hər hansı bir məmləkətdə vəfat edən Əshabımdan biri qiyamətdə məhşər yerinə gedərkən, o məmləkətin Müsəlmanlarına öndər olar və onların önlərini işıqlandırarlar.”
Abdullah ibn Zübeyr, Məkkədə namazlarını Məscidi Haramda qılardı. Buyurardı ki:
“Rəsulullahdan eşitdim. Buyurdu ki:
“Mənim məscidimdə qılınan namaz, Məscidi Haram xaric digər məscidlərdə qılınan namazlardan üstündür. Məscidi Haramda qılınan bir namaz, Məscidi Nəbidə qılınan 100 namazdan üstündür”.
Kəbəyə çox xidmət etdi
Abdullah ibn Zübeyr, Kəbəyi-müəzzəməyə çox xidmət etmişdi. Daha əvvəl Həzrəti Ömər xəlifə ikən, on yeddinci ildə, Məscidi-səadəti genişlədərkən, Hücrə səadətin ətrafına qısa bir daş divar çevirmişdi. Abdullah ibn Zübeyr, bu divarları yıxıb, qara daş ilə yenidən möhkəmləndirdi. Bu divarın üstü açıq olub, şimal tərəfində bir qapısı vardı.
Abdullah ibn Zübeyrin atası, Aşərəi-mübəşşərədən, yəni Cənnətlə müjdələnən on səhabədən biri olan Zübeyr ibn Əvvam, anası Əbu Bəkirin qızı Əsma, xalası möminlərin anası Aişə Siddiqədir. Atasının anası (nənəsi) Həzrəti Safiyyə, Rəsulullahın bibisi idi.
В корзине: 0 шт.
на сумму: 0