Facebook Twitter WhatsApp

Adı ibn Xətim Tai

            Ailəliklə comərd olan səhabə.

             Əshabı-kiram əfəndilərimiz, Peyğəmbər əfəndimizin əmriylə zaman-zaman Mədinə xaricindəki qəbilələrə səfərlər təşkil edər,  buradakı xalqı İslama dəvət edərdilər. Dəvəti qəbul etməyənlərlə döyüş edilər,  qənimət və əsir alınardı.

             Tay qəbiləsi üzərinə edilən səfərdə, rəisləri, Adı ibn Xətim qaçdı. Bacısı Səfanə əsir alındı. Özünə çox yaxşı rəftar edildi. Çünki atası məşhur comərdlərdən idi. Onun comərdliyinə hörmətən, qızına yaxşı rəftar edildi.

Bu məlik deyildir

             Peyğəmbər əfəndimiz,  Səfanəni qardaşını tapıb gətirməsi üçün sərbəst buraxdı.  O da qardaşını tapıb başından keçənləri anlatdı. Qardaşı Adı ibn Xətim, bacısının anlatdıqlarından cəsarət alaraq,  Mədinəyə getdi. Bundan sonrasını özü belə danışır:

            Mədinəyə çatdığım zaman, Rəsulullah əfəndimiz Məsciddəydi. Hüzuruna çatıb, salam verdim. Mənə:

  • Kimsiniz, Mən də:
  • Adı ibn Xətimim, dedim.

Məni alıb evinə apardı. Yolda gedərkən yaşlı bir qadın ehtiyaclarını ərz etdi. Peyğəmbər Əfəndimiz qadının bütün ehtiyacları gördü.  Bu vəziyyəti görüncə, “Bu məlik deyildir” dedim.

            Evə çatanda, içi lifli dolu bir döşək  göstərib, “Bura oturun!” buyurdu. Mən oturmaq istəmədim.  İsrar edincə məcbur olaraq oturdum. Özü də yerə oturdu. Öz özümə, “Vallah bu məlik ola bilməz, məlik olan kimsə bu qədər təvazö əhli ola bilməz!” dedim. Sonra mənə:

  • Ya Adı ibn Xətim, Müsəlman ol ki, səlamətdə olasan, Mən də:
  • Mənim dinin vardır, dedim. Bunun üzərinə:
  • Sənin dinini səndən daha yaxşı bilərəm. Sən Raqusiyyə dinindən deyilsənmi? Qövmünün dörddə bir qənimətini  yemirsənmi? Bu sənin dinində sənə halal deyildir,   Mən içimdən:
  • Vallah doğru söyləyir.  Bilinməyən şeyləri bilir.  Bu peyğəmbərdir, dedim.

Sonra buyurdu ki:

  • Ya Adı ibn Xətim, səni İslamı qəbil etməyə nə mane olur? Səni “La ilahə illəllah” deməkdən uzaqlaşdıran nədir? Allahdan başqa ilah varmı? Səni, Allah böyükdür deməkdən saxlayan nədir?

 Bu sözləri böyük bir hüşu içində dinlədim. Bu qədər gözəl üzlü, şirin sözlü bir kimsə yalançı ola bilməzdi. Dərhal Kəlmeyi-şəhadət gətirib Müsəlman oldum.

Məni tanıdınızmı?

            Rəsulullah sonra məni, qəbiləmə İslamiyyəti anlatmaq və  onların zəkatlarını toplamaq üçün geri göndərdi. İlk zəkat toplayan mən oldum. Qəbiləmin Müsəlman olmasına vəsilə oldum.

            Bir gün qəbiləmdən bir neçə adam ilə birlikdə, Həzrəti Ömərin hüzuruna getmişdik.  Ondan soruşdum:

  • Məni tanıdınızmı?
  • Bəli tanıdım! Sevgili Peyğəmbərimizə qövmün inanmadığı bir zamanda sən inandın, vəfakar oldun! Qövmün sənə zülm etdikləri zaman onlara səbr edən sənsən! Şübhəsiz ki, qəbiləsində ilk zəkatı toplayıb,  Peyğəmbər əfəndimizi sevindirən də sənsən.

 Adı ibn Xətim həzrətləri, dünyaya heç qiymət verməz, qazandığını kasıblara paylardı.  Peyğəmbər əfəndimizin hüzuruna getdiyi zaman ona yanında yer verərdi. Ona çox hörmət göstərərdi.

            Allahu təala ona uzun bir ömür verdi. Həzrəti Əlinin vəfatından çox sonra 120 yaşında Kufədə vəfat etdi. Ölənə qədər, İslamiyyəti yaymaq üçün çalışdı. Vaxtını heç boşa keçirməzdi.