Facebook Twitter WhatsApp

Bəşir ibn Sad

            Həzrəti Əbu Bəkirə ilk biyət edən səhabə.

            Bəşir ibn Sad Mədinəli Müsəlmanlardan idi. İkinci Əqəbə Biyətinə qatılmış, hər cür təhlükəyə qarşı Rəsulullahı qoruyacağına dair söz vermişdi. Rəsulullahın bütün döyüşlərinə qatılmış, böyük fədakarlıqlar göstərmişdi.

Yedikcə artan xurma

            Bəşir ibn Sadın qızı buyurur:

  • Xəndək döyüşünün getdiyi günlər idi. Əshabı-kiramın yemək tapa bilmədiyi, başda Peyğəmbər əfəndimiz olmaq üzrə aclıqdan qarınlarına daş bağladıqları zaman idi. Anam Amrə binti Rəvaha məni çağırdı. Bir ovuc xurma verdi.
  • Qızım! Bunu atana və dayın Abdullah ibn Rəvahaya apar yesinlər, dedi.

Mən də alıb apardım. Yolda Rəsulullaha rast gəldim. Buyurdu ki:

  • Qızım! Yanındakı nədir?
  • Ya Rəsulullah! Yanımdakı xurmadır, anam, atamla dayımın yeməsi üçün göndərdi.
  • Gətir onu!

Mən də  xurmaları iki ovcuna tökdüm, ovuclarını belə doldurmamışdı. Sonra bir parça gətirilməsini əmr etdi. Parça gətirildi və yerə sərildi. Rəsulullah əfəndimiz parçanın üzərinə xurmaları payladı. Sonra yanında olanlara:

  • Qumanyaya gəlin, deyə Xəndək xalqına səslənin!

Orada olanlar və Xəndək xalqı parçadakı xurmalardan yedikləri halda xurmalar bitmədi.

Əbu Məsud belə deyir:

  • Biz Sad ibn Ubadənin məclisində idik. Rəsulullah əfəndimiz yanımıza gəldi. Bəşir ibn Sad ona sual etdi:
  • Ya Rəsulullah! Allahu təala bizə sənə salavat gətirməmizi əmr etdi. Sənə necə salavat gətirək?

Rəsulullah əfəndimiz sükut edib cavab vermədilər. Biz də:

  • Kaş ki, Bəşir soruşmasaydı, dedik.

Bir az sonra Rəsulullah əfəndimiz “Salli, barik” dualarını oxuyaraq belə dua etməmizi əmr etdilər.

Xidmət şərəfini qazandıq

            Peyğəmbər əfəndimiz axirətə təşrif edincə Əshabı-kiram, Bəni Səid kölgəliyində toplanmış,  xəlifənin seçilməsi məsələsini danışırdılar. Ənsardan olan Müsəlmanlar, Sad ibn Ubadəni xəlifə seçmək istəyirdilər. Həzrəti Bəşir ayağa qalxıb:

  • Ey Müsəlmanlar! Muhamməd əleyhissəlam, Qureyş qəbiləsindəndir. Xəlifənin də, Onun qəbiləsindən olması daha uyğundur. Yerində bir işdir. Bəli biz əvvəl Müsəlman olduq. Malımızla, canımızla İslama xidmət şərəfini qazandıq. Fəqət, bunları Allah və Rəsulunu  sevdiyimiz üçün etdik.  Bu xidmətimiz üçün dünyada bir qarşılıq gözləmirik, dedi.

Həzrəti Əbu Bəkir isə xəlifəlik üçün Həzrəti Ömər və Əbu Ubeydədən birinin seçilməsini tövsiyə buyurmuş, fəqət hər ikisi də bundan imtina etmişdi. Hətta Həzrəti Ömər, Həzrəti Əbu Bəkirə biyət etmək istəyincə, Bəşir ibn Sad daha cəld hərəkət edərək ondan əvvəl Əbu Bəkirin əlini tutdu. Biyət etdi.

            Bəşir ibn Sad həzrətləri Həzrəti Əbu Bəkirin xilafəti zamanında Ayn-ül-Təmr müharibəsində şəhid düşdü.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину