Facebook Twitter WhatsApp

Həsən ibn Sabit

Peyğəmbər əfəndimizin şairlərindən.

Həsən ibn Sabit Müsəlman olmadan əvvəl də məşhur şairlərdən olub, Sam və ətrafında hökm sürməkdə olan Qassani hökmdarının sarayına mənsub idi. Şeirləri ilə bu dövlətin adlı-sanlı şəxslərini mədh edərdi.

Ey yəhudilər!

Peyğəmbərimizin gələcəyini daha əvvəldən yəhudi alimlərindən eşitmişdi. Özü belə anlatmışdı:

“Mən 7-8 yaşlarında ağlı başında bir uşaq idim. Bir dəfə məşhur yəhudi alimlərindən biri Mədinədə yüksək bir yerə çıxıb, “Ey yəhudilər!” deyə qışqıraraq yəhudilərin toplanmasını istədi.

Yəhudilər toplandığı zaman, “Nə var, nə deyirsən?” dedilər. Yəhudi alim, toplananlara, Bu gecə Əhmədin, axır zaman Peyğəmbərinin ulduzu doğuldu deyərək, Peyğəmbərimizin doğulduğunu xəbər vermişdi. "

Peyğəmbər əfəndimiz peyğəmbərliyini açıqlayıb, İslam dininə dəvətə başlaması ilə Həzrəc qəbiləsi də İslamiyyətlə şərəflənmişdi. Bu sırada Mədinəyə gəlmiş olan Həsən ibn Sabit də Müsəlman olmuşdu. Müsəlman olduğu zaman 60 yaşında idi.

Həsən ibn Sabit Müsəlman olduqdan sonra Peyğəmbərimizin yanından ayrılmadı. Peyğəmbər əfəndimizi mədh edən çox şeir söylədi.

Bədir döyüşündə Mədinədə qalmaqla vəzifələndirilmişdi. Qoca və fiziki cəhətdən çox zəif olduğu üçün şəxsən döyüşə qatıla bilmədi. Bu sırada Müsəlmanları mədh edən və hərbə təşviq edən şeirlər yazdı. Müşriklərin şairləri tərəfindən Müsəlmanlara qarşı yazılan şeirlərə cavab verib onları həcv etdi. Bu şeirləri çox məşhur olub o zaman Ərəbistanda yaşayan qəbilələr arasında çox təsirli olmuşdur.

Oxdan daha təsirli

Həsən ibn Sabitə Bədir döyüşünə şəxsən bədənlə qatıla bilmədiyi üçün, “Hərb savabına və verilən müjdələrə qovuşa bilmədin” deyənlər olmuşdu. O da buna çox kədərlənmişdi. Fəqət, Peyğəmbər əfəndimiz onun İslam düşmənlərinə qarşı yazdığı şeirlərlə cihad etdiyini və düşmənlərə qarşı yazdığı şeirlərin hər bir sözünə verilən savabın, başqalarının döyüşdə qazandığı savabdan daha çox olduğunu bildirərək buyurmuşdur ki:

Həsənin beytləri düşmənə ox zərbəsindən daha təsirlidir.

Həsən ibn Sabit şeirləri ilə Rəsulullahı, İslamiyyəti və Əshabi-kiramı tərifləyər, mədh edər və İslam qəhrəmanlarını  hərbə təşviq edici beytlər söyləyərdi. Ayrıca Qureyş kafirlərinin və digər müşriklərin üz qaralarını ortaya qoyan şeirlər oxuyardı. Peyğəmbərimiz Məscidi-nəbəvidə Həsən ibn Sabitə məxsus bir minbər inşa etdirmişdi. Həsən ibn Sabit oraya çıxıb Əshabi-kiram hüzurunda İslamiyyəti mədh edən şeirləri oxuyardı.

Peyğəmbərimiz onu həcv şeirləri yazarkən Həzrəti Əbu Bəkirlə məsləhətləşməsini, ondan bilgi almasını əmr etmişdir. Həzrəti Əbu Bəkrdən bilgi aldıqdan sonra həcv şeirləri yazardı.

Həsən ibn Sabit bir dəfə kafirlərin üz qaralarını ortaya qoyan bir şeirini oxuduqdan sonra Peyğəmbərimiz:

  • Ey Həsən, müşriklərin, kafirlərin üz qaralarını ortaya qoy! Cəbrayıl səninlədir. Əshabım silahla hərb etdikləri kimi sən də dil ilə hərb et!

Şairlərini də gətirmişdilər

Həsən ibn Sabit həzrətləri beləcə hərbin ən qiymətlilərindən olan söz ilə və yazı ilə cihad etmək şərəfinə ilk qovuşanlardan oldu.

Cahiliyyət dövründə və Əsri-səadətdə Ərəbistan yarımadasında şeir və ədəbiyyatın çox böyük qiyməti, təsirləri və rolu vardı. Ərəblər buna çox qiymət verər, öyünərdilər. Yarışmalar tərtib edər, birincilik qazanan şairlərin şeirlərini Kəbənin divarlarında hər kəsin görə biləcəyi şəkildə asardılar.

Hicrətin doqquzuncu ilində Bəni Təmim qəbiləsindən bir heyət əsirlərini almaq üçün Mədinəyə gəlmişdi. Yanlarında ən məşhur xatiblərini və şairlərini də gətirmişdilər. Əvvəlcə gətirdikləri Utarid danışıb qəbiləsini təriflədi.

Buna qarşı Peyğəmbərimiz Əshabi kiramdan Sabit ibn Qaysa:

  • Qalx bunun çıxışına cavab ver,

Sabit ibn Qays ayağa qalxıb, Allahu təalanın böyüklüyünə və Peyğəmbərimizin mədhinə dair bir çıxış etdi. Onun bu xitabı gələn heyəti  fövqəladə bir təsir altında buraxdı. Sonra da gələn heyətin şairləri şeir oxumağa başladı. Şairlərindən biri bir qəsidə oxuyub bitirəndə Peyğəmbərimiz Həsən ibn Sabitə:

- Qalx, ey Həsən bunun şeirinə cavab ver! buyurdu.

Həsən ibn Sabit belə bir vəzifə üzərinə sevinərək eşq və şövq içində ayağa qalxdı. Təmim qəbiləsinin şairinin söylədiyi şeirə cavab eyni vəzin və qafiyədə uzun və çox mükəmməl bir şeir oxudu. Bu şeirində islamiyyətin üstünlüyünü çox açıq bir ifadə ilə dilə gətirdi.

Şairimizdən üstündür

Bunu dinləyən Təmim heyəti və xüsusilə xatib və şairləri heyrət içində qaldı. Adlı-sanlı şəxslərindən Aqra ibn Xabis özünü tuta bilməyib belə dedi:

  • Allaha and olsun ki, bu şəxsə (Muhamməd əleyhissalama) hər zaman Ona bizim bilmədiyimiz bir kömək gəlir. O, mütləq müvəffəq olacaqdır. Hər şeydə, hər kəsə üstün gələcəkdir. Onun xatibi və şairi bizim xatibimizdən və şairimizdən üstündür. Səsləri də səslərimizdən daha canlı və gurdu

Aqra ibn Xabis bu sözləri söylədikdən sonra Peyğəmbərimizin yanına yaxınlaşdı və  Kəlimeyi-şəhadəti söyləyərək Müsəlman oldu. O, Müsəlman olan zaman bu heyətdə olanların hamısı Müsəlman oldu.

Bunun üzərinə Peyğəmbərimiz hamısına hədiyyə verdi. Onlardan alınmış olan bütün əsirləri də sərbəst buraxdı.

Bədir döyüşündən sonra Qab ibn Əşrəf adında yəhudi bir şair Bədirdə ölən Məkkəli müşriklər üçün bir şeir söyləmişdi. Ətrafda təsir oyandıran bu şeirə qarşı Peyğəmbərimiz, Həsən ibn Sabitə bir şeir yazmasını əmr etmişdi. Həsən ibn Sabit də o yəhudi şairə qarşı bir şeir yazdı. Bu şeiri o dərəcə təsirli oldu ki, Məkkəli müşriklərdən heç biri o yəhudi şairi evində qonaq etməyə cəsarət göstərə bilmədi.

Rəsulullahın təmiz alnı

Həsən ibn Sabit həzrətləri hər iki dövrdə də, [yəni həm cahiliyyə dövründə, həm də İslamiyyətdən sonra] bu sahənin öndə gələn şəxslərindən  biri idi. Rəsulullahı, əshabi-kiramı və İslamiyyəti anlatması, kafirləri və kafirliyi və bunların üz qaralarını dilə gətirməsi çox təsirli idi. Bir şeirində deyir ki:

  • Rəsulullahın təmiz alnı qaranlıq içində göründüyü vaxt, ortalığa nur saçan, qaranlığı yox edən işıq kimi görünü

Həsən ibn Sabit həzrətləri Rəsulullah əfəndimizin ayrıca qohumu da oldu. Peyğəmbər əfəndimizin zövcəsi Həzrəti Mariyanın bacısı Şirin ilə evləndi.

Həsən ibn Sabit həzrətləri Peyğəmbər əfəndimizin vəfatına çox kədərlənib, bu kədərlərini bildirən uzun mərsiyələr yazmışdı. Həzrəti Ömərin xəlifəliyi əsnasında gözləri tutuldu.

Peyğəmbərimiz, Şübhəsiz ki, Allahu təala Rəsulunu mədh etmək və müdafiə etmək barəsində Həsəni Ruh-ül-Qüds [Cəbrayıl əleyhissalam] ilə qüvvətləndirir. buyurmuşdur.

Bir çox hadisələrdə alimlərimiz Həsənin şeirlərini dəlil almışdır. Məsələn, Sabi deyir ki:

“Əvvəlcə kimin iman etdiyini Abdullah ibn Abbasdan soruşuldu. O da belə cavab verdi:

  • Həsən ibn Sabitin şeirini eşitmədinmi?

Bu şeirdə, Rəsulullahı təsdiqdə insanların birincisi Əbu Bəkirdir”, deyilir.

Bidət edərsə ...

Həsən ibn Sabit Peyğəmbər əfəndimizdən şəxsən eşidərək hədisi-şərif rəvayət etmişdir. Bunlardan birində buyuruldu ki:

Bir millət dinlərində bir bidət edərsə, Allahu təala buna bənzəyən bir sünnəni yox edər. Qiyamətə qədər bir daha geri gətirməz.

Həsən ibn Sabit buyurdu ki:

“Səhv bir söz eşitdiyin zaman göz yum, əfv ilə qarşıla, onu dinləməmiş kimi ol.”

“Qəlblərində nifrət və düşmənçilik daşıyan insanların içi, altında atəş yanaraq qaynayan qazanlar kimi davamlı qaynayar. Nifrət və düşmənlik səbəbi ilə içlərindən atəş saçılar. “

“Zənginlik mənə həyanı unutdurmaz. Dünyanın müsibətləri hüzurumu pozmaz. İnsanın namusu və şərəfi heç bir ləkə və yaraya dözə bilməz. Necə ki, bir şüşə qırıldıqdan sonra təmir olunmaz isə, insanın namus və şərəfi də elədir.”

Həsən ibn Sabitin künyəsi Əbu Vəliddir. Əbu Abdürrahman və Əbu Hüsam da deyilmişdir. Anası Füriatə binti Xalid də Həzrəc qəbiləsindəndir. Doğum tarixi bilinməməkdədir. Özündən nəql edildiyinə görə Peyğəmbərimizdən 8 il əvvəl doğulmuşdur. 682-ci ildə 120 yaşında Mədinəyi-Münəvvərədə vəfat etdi.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину