Facebook Twitter WhatsApp

Əshabəi-kiram

    Peyğəmbər əfəndimizin mübarək üzünü görməklə, şirin sözlərini eşitməklə şərəflənən müsəlmanlara Əshabi-kiram deyilir. Peyğəmbərlərdən sonra gəlmiş və gələcək bütün insanların ən xeyirlisi, ən üstünü Əbu Bəkri-Sıddıqdır “radıyallahü anh”. İlk xəlifə budur. Bundan sonra insanların ən üstünü Faruki-azam, ikinci xəlifə Ömər bin Xəttab, sonra ən üstünü və Rəsulullahın üçüncü xəlifəsi, iman, həya və irfan qaynağı həzrəti Osman bin Affan “radıyallahü anh”, bundan sonra insanların ən xeyirlisi, dördüncü xəlifə, heyrət ediləcək üstünlüklər sahibi, Allahü təalanın aslanı Əli bin Əbi-Talibdir “radıyallahü anh”. Hədisi-şəriflərdən anlaşıldığına görə Həzrəti Fatımə, Həzrəti Xədicə, Həzrəti Aişə, Həzrəti Məryəm, Həzrəti Asiyə dünya qadınlarının ən üstünüdürlər. Hədisi-şərifdə: “Fatimə Cənnət xatunlarının üstünüdür. Həsən və Hüseyn də Cənnət gənclərinin yüksəkləridir” buyuruldu.
   Bunlardan sonra Əshabi-kiramin ən üstünləri
Aşərəi-mübəşşərə”`dir. Cənnətlə müjdələnmiş on nəfərdir. Bunlar, Həzrəti Əbu Bəkri-Sıddıq, Ömər-ül-Faruq, Osman bin Affan, Əli bin Əbu Talib, Əbu Ubeydə bin Cərrah, Talha, Zübeyr bin Avvam, Sad bin Əbi Vaqqas, Said bin Zeyd, Abdurrahman bin Avf “ridvanullahi təala aləyhim əcmain”. Sonra Bədr müharibəsində, sonra Uhudda, sonra da Biat-ür-ridvanda olanlardır.
   Rəsulullahın yolunda canlarını, mallarını fəda edən, Ona yardım edən Əshabi-kiramın hamısının adlarını hörmət və sevgi ilə söyləməyimiz bizə vacibdir. Onların böyüklüyünə yaraşmayan sözlər söyləməyimiz əsla caiz deyildir. Adlarını hömətsizcə söyləmək fəlakətdir, pozğunluqdur.
   Rəsulullahı sevən kimsənin Onun Əshabəsinin hamısını da sevməsi lazımdır. Çünki bir Hədisi şərifdə buyurdu ki:
Əshabımı sevən məni sevdiyi üçün sevər. Onları sevməyən kimsə məni sevməmiş olar. Onları incidən məni incidər. Məni incidən də, Allahü təalanı incitmiş olar. Allahü təalanı incidən kimsə, əlbəttə, əzab görəcəkdir.”
   Başqa bir Hədisi-şərifdə: “Allahü təala mənim ümmətimdən bir quluna yaxşılıq etmək istərsə, onun qəlbinə Əshabəmin sevgisini yerləşdirər. Onların hamısını canı kimi sevər” buyurdu. Peyğəmbərimiz vəfat etdiyi gün Mədinə şəhərində otuz üç min əshabə vardı. Əshabələrin hamısı yüz iyirmi dörd mindən artıq idi


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину