Facebook Twitter WhatsApp

İmam Beyhəqı

         Məşhur hədis və fiqh alimidir. Adı Əhməd ibn Hüseyn, künyəsi Əbu Bəkrdir. Nişapurun Beyhək qəsəbəsindən olduğu üçün  Beyhəki deyə məşhur olmuşdur. Beyhək qəsəbəsinə bağlı Hüsrəvcird kəndində 994-cü ildə (hicri  384) doğuldu, 1066-cı ildə (Hicri 458) Nişapurda vəfat etdi.

         Kişik yaşda elm öyrənməyə başlayan Beyhəki zəkasının itiliyi,  yaddaşının qüvvəti, öyrənmək arzusu və elm öyrənməkdəki ixlası ilə xocalarının diqqətlərini üzərinə çəkdi.  Beyhəki  Xorasan, Bağdad, Kufə və Məkkə kimi  elm mərkəzlərində zamanın alimlərindən ağlı və nəqli elmləri təhsil aldı.  Yüzdən atıq xocadan hədis öyrəndi. Əbul-Fəth Nasir ibn Muhamməd Üməridən fiqh elmini,  Hakimidən hədis elmini, İbni Fürəkdən  kəlam  elmini, Əbu Əli Rodbaridən  təsəvvüf elmini öyrəndi. Böyük alim oldu, ona elmin minarəsi deyildi. Bir çox alim yetişdirdi. Şeyxülislam Əbu İsmayıl əl-Ənsari, Zahir ibn Tahir, Əbu Abdullah əl-Fəravi, oğlu İsmayıl ibn Əhməd onun yetişdirdiyi alimlərdəndir.

         Kəlam elmində Əhli-sünnət etiqadına böyük xidmətlər etdi. Müxtəlif elmlərdə xüsusilə hədis, fiqh, kəlam elminə aid yüzlərlə əsər yazdı. Xorasanda hədis elmində  onun icazəsi olmadan,  o icazət (diplom) vermədən kimsə hədis elmindən söz edə bilməzdi. Şafi fiqhi öyrətməsi üçün Nişapura çağırıldı.  Hər nə qədər məmləkətinə qayıtmaq istədi isə də 9 Aprel 1066-cı il tarixində (hicri 10 Cemazil-əvvəl 458) vəfat etdi. Cənazəsi yaxın olan Beyhək qəsəbəsinə  aparıldı.

         Elm və fəzilətdə yüksək bir şehx olan Beyhəki həzrətləri davamlı oxuyar, araşdırar, təsnif edər, əsərlərini tələbələrinə oxudar, elmlə məşğul olar,  kasıblığa səbir edər, halından heç şikayət etməzdi. Az yeyər, az içərdi. Qırx dörd yaşından sonra  vəfatına qədər otuz il  bayram günləri xaric davamlı oruc tutmuşdur.

Əsərləri

  • Əs-Sünən-ül-Kübra: Hədisi-şərif kitabı olub on cilddir.  Əshabı-kiram və  Təbiinin adları,  sənəd və raviləri içərisində olan bir fihrist vardır.
  • Əs-Sünən-üs-Suqra: İki cilddir.
  • Kitab-ül-Əsmə vəs-Sıfat: İki cilddir.
  • Delail-ün-Nübüvvə: Üç cilddir.
  • Menakıb-üş-Şafi
  • Arifət-üs-Sünən vəl-Asar: Əsər dörd cilddir.
  • Şuab-ül-İman
  • Ət-Tərgi vət-Tərhib
  • Kitab-üz-Zühd-il-Kəbir

10- Əl-Basü vən-Nüşur

  • Fədail-üs-Səhabə
  • Əl-Məhdal iləs-Sünənil-Kübra
  • Əl-Məbsut
  • Əl-Ədəb
  • Əl-Etiqad ala Məzhəb-is-Sələfi Əhlis-Sünnət vəl Cəmaa
  • Əhkam-ül-Quran


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину