Facebook Twitter WhatsApp

İmam Əbu Davud

Kütübi-Sittə deyilən məşhur altı hədis kitabından bir olan  Sünnəi-Əbu Davudun sahibidir.  Adı, Süleyman ibn Əşas ibn İshaq ibn Bəşirdir. Əbu Davud  künyəsi ilə məşhur olub, Sicistani nisbəsi ilə bilinir. 817-ci ildə (hicri 202) Sicistanda doğuldu. 889-cu ildə (hicri 275) Bəsrədə vəfat etdi.

Kiçik yaşda elm öyrənməyə başlayan Əbu Davud  Sicistanı Xorasan, Şam, İraq, Hicaz, Misir kimi elm mərkəzlərinə gedərək zamanın tanınmış alimlərindən elm təhsil aldı və  hədisi-şərif dinlədi.  Təfsir və Hənbəli məzhəbini də təhsil alıb yüksək elmi dərəcəyə çatdı. Hədisi-şərif öyrənmək üçün uzun səyahətlər etdi. Müslim ibn İbrahim,  Süleyman ibn Hərb, Əbu Mamər əl-Maqad, Yəhya ibn Maim, Əhməd ibn Hənbəl kimi böyük alimlərdən rəvayətlərdə oldu. Hədis elmində Siqa (etibarlı) bir alim olan  və  elmi dərəcə baxımından İmam Buxari və İmam Müslimdən sonra gələn Əbu Davud  Sicistanidən, Bağdadda olduğu vaxtda, oğlu  Abdullah, Əbu Əbdurrahman  ən-Nəsai,  Əhməd ibn Muhamməd ibn Harun və başqa  alimlər  rəvayət etdilər. Xüsusilə fiqh məsələləriylə əlaqədar hədis-şərif yığdığı və bu barədə çox qiymətli bir qaynaq olan Sünən kitabını İmam Əhməd ibn Hənbələ ərz edib, onun təqdirinə qovuşdu.

Mucəm kitablarında və hədisi-şərif fihristlərində D (dal) hərfi ilə ifadə edilən Sünəni Əbu Davuda daha sonrakı zamanlarda bir çox şərhlər yazılmışdır. Bu şərhlərdən,  Azimabadinin yazdığı Avn-ül Mabud, Hattabi tərəfindən yazılan Məalim-üs- Sünən, İmam Süyuti tərəfindən yazılan Mirkad-üs-Səud ilə Sünnəi-Əbu Davud adlı əsərlər deyilə bilər. Son zamanlarda yazılan Əl-Mənhəl-ül-əzb-ül-Məvrud adlı şərh yarımçıq qalmış, daha sonra  üzərinə təkmil yazılaraq dərc edilmişdir.

Əbu Davud həzrətləri, beş yüz min hədisi-şərif  içindən seçdiyi 4800 hədisi-şərifdən bu dördünün insanlar üçün çox əhəmiyyətli olduğunu bildirmişdir:

“Əməllər niyyətlərə görədir.”

“İnsanın özünə faydası olmayan şeyləri tərk etməsi Müsəlmanlığın gözəlliyindəndir.”

“Bir möminin özü üçün istədiyi və sevdiyi bir şeyi, (din) qardaşı üçün də istəmədikcə imanı kamil olmaz.”

“Halal meydanda, haram da meydandadır. Bunların arasında şübhəli şeylər vardır. Harama düşməmək üçün bu şübhəlilərdən çəkinmək lazımdır.”

Əbu Davud həzrətləri elmi ilə əməl edən gözəl əxlaq sahibi bir kimsə idi.  Böyük bir Hədis alimi olduğu üçün Rəsulullah əfəndimizin əxlaqı ilə əxlaqlanmağa çox çalışardı.

 

Əsərləri

Əbu Davud həzrətlərinin Sünnəni-Əbu Davud adlı əsərindən  başqa,  Kitabı Mərasil ilə  Dəlal-in-Nübüvvə adlı əsərləri də vardır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину