Hədis alimlərinin ən üstünlərindən olub Kütübi-Sittə adıyla bilinən məşhur altı hədis kitabından ikincisinin, yəni Səhihi Müslimin müəllifidir. Adı Müslim ibn Haccac ibn Müslim əl Quşeyri ən-Nişapuri, künyəsi Əbul Hüseyndir. 821-ci ildə (hicri 206) Nişapurda doğuldu. 875-ci il (hicri 261) tarixində burada vəfat etdi. Nişapurun bir məhəlləsi olan Nasrabada dəfn edildi. Böyük hədis imamlarında olub Ərəblərin bəni Qureyş qəbiləsinə mənsubdur.
İmam Müslim zamanın böyük hədis alimlərindən hədisi-şərif dinləmək və öyrənmək üçün Hicaz, İraq, Şam və Misiri gəzdi. Yəhya ibn Yəhya ən-Nişapuri, Əhməd ibn Hənbəl, Qutəybə ibn Səid, Əbu Bəkr ibn Əbi Şeybə, Osman ibn Əbi Şeybə, imam Şafi həzrətlərinin tələbələrindən Harmələ ibn Yəhya kimi böyük alimlərdən hədisi-şərif dinləyib rəvayətdə oldu. Ondan da Əbu İsa ət-Tirmizi, Yəhya ibn Səid, Muhamməd ibn Mahləd, Məkki ibn Abdan və daha başqa alimlər, hədisi-şərif bildirmişlərdir. Bağdada bir neçə dəfə gələn İmam Müslim həzrətlərindən Bağdad alimləri də hədisi-şərif dinləyib rəvayət etmişlərdir. Ən son 872-ci ilində Bağdada gəlmişdir.
İmam Buxari ilə Nişapurda olmuş, onun elm məclisində iştirak etmişdir. İmam Müslim İmam Buxari ilə bir hədisi-şərifin müzakirəsini edərkən İmam Buxari, hədisi-şərifin sənədində, onun bilmədiyi bir illəti göstərincə, İmam Müslim ayağa qalxaraq Buxarinin alnından öpmüş və mədh etmişdir. İmam Buxari həzrətləri üçün, “Səndən nifrət edənlər, ancaq həsədindən nifrət edər. Dünyada bir bənzərin olmadığına şəhadət edirəm” demişdir.
Hədisi-şərif öyrənmək və öyrətmək üçün bir çox səyahət edən İmam Müslim həzrətləri, ömrünün son illərini Nişapurda keçirmiş, orada hədisi-şərif dərsi vermiş və ticarətlə məşğul olmuşdur.
Əsərləri
Kütübi-Sittənin ikincisi olub, Buxarinin Səhihindən sonra gəlir. Hədis elmində Müslim “M” hərfi ilə göstərilir.
İmam Müslimin bu əsəri üzərinə çox şərhlər yazılmışdır. Abdülqafur İbni İsmayıl əl-Farisinin etdiyi Əl-Məfhum fi Şərhi Qaribi Müslim adlı şərhi, Əbul Qasım İsmayıl ibn Muhammədin Şərhi Müslim adıyla etdiyi şərh və Muhyiddin Əbu Zəkəriyyə Yəhya ən Nəvəninin Əl-Minhac fi Şərhi Səhih Müslim adıyla etdiyi kimi daha bir çox şərhi vardır.
В корзине: 0 шт.
на сумму: 0