Facebook Twitter WhatsApp

İmam Tabərani

         Məşhur təfsir, hədis və fiqh alimlərindəndir. Adı Süleyman ibn Əhməd ibn Əyyub ibn Mutayr əş-Şami əl-Lahmi ət-Tabərani, künyəsi Əbul Qasımdır. 873-cü ilin (hicri 260) Səfər ayında Şamın Təbəriyyə qəsəbəsində doğuldu. İsfahana yerləşdi. 970-ci ildə (hicri 360) Zil-kadə ayının sonlarına doğru 100 yaşında vəfat etdi. İsfahan şəhərinin girişində Rəsulullahın Əshabından olan  Hammad  əd-Devrinin qəbri yanına dəfn edildi.

         Tabərani,  Haşim ibn Mürsəd ət-Tabərani, Əbu  Züra-əs-Sekafi, İshaq əd- Debri,  İdris əl-Attar,  Bəşir ibn  Musa,  Hafs ibn Ömər,  Abdullah ibn  Mahmud ibn Səid ibn  Əbi Məryəm,  Əli ibn Əbdüləziz əl-Beqavi,  Mikdam ibn  Davud ər-Rəyini, Yəhya ibn Əyyub əl-Allat,  Əbu Abdurrəhman ən-Nəsai  kimi bir çox alimdən elm öyrəndi və hədisi-şərif rəvayət aldı.  Özündən də  Əbu Huleyfə əl- Cəmhi,  İbni Ukdə, Əbu Nuaym əl Hafiz, Əbu Hüseyn ibn  Fazişah, Abdan,  Cəfər əl Feryabi,  Əbu Abdullah ibn Mərdə əl-Hafiz və daha bir çox alim elm öyrəndi və hədisi-şərif rəvayət etdi.

         Böyük hədis  alimlərindən  olan Tabərani həzrətləri,  etibarlı,  möhkəm,  hədisdə etibarlı, yəni üç üz mindən çox hədisi-şərifi sənədləriylə birlikdə  əzbərə bilən bir alimdir. Onun elmi və rəvayət etdiyi hədisi-şəriflər, bütünv İslam aləminə yayıldı. Özünə: “Bu qədər hədisi-şərifi əzbərləmə bəxtiyarlığına necə qovuşdun?” deyə soruşulduğunda, “Otuz il quru həsir üzərində yatdım” buyurdu.

         Elm təhsili üçün rahatlığı tərk edərək sadə bir həyat yaşadı. Otuz üç il elm üçün səyahət etdi. Bu yolda  fədakarlıqdan  çəkinmədi.  Hər işini Allahü təalanın rizası üçün edər və insanları Cəhənnəm atəşindən xilas etmək üçün çalışardı.  Tələbələrindən Əbu Abbas Şirazi, Tabəranidən üç yüz min hədisi-şərif yazdığını,  etibarlı,  möhkəm bir mühəddis olduğunu  bildirməkdə və  xocasının nə dərəcə  elm sahibi olduğunu  isbat etmişdir.

         Yazmış olduğu başlıca əsərləri, Mucəm-ül-Kəbir, Mucəm-ül-Əsvat və  Mucəm-üs-Saqirdir.




В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину