Facebook Twitter WhatsApp

Mövlana Cəlaləddin Rumi həzrətləri

         Adı Muhamməd,  ləqəbi Cəlaləddin olub Anadoluya gəlib yerləşdiyi üçün Rumi deyə xatırlanmışdır. Mövlana deyə məşhur olmuşdur. Mövlana, əfəndimiz deməkdir. 1207-ci ildə Bəlh (Əfqanıstan) şəhərində doğuldu, 1273-cü ildə Konyada vəfat etdi. Qadiri təriqətində idi.

         Soyu ata tərəfindən Həzrəti  Əbu Bəkri Siddiqə, ana tərəfindən İbrahim Ədhəm həzrətlərinə çatır. Atası Sultan-ül-Üləma Muhamməd  Bəhaəddini Vələd  böyük alim və vəli idi. Daha uşaq ikən atasının qəlbindəki feyzlərə qovuşdu.  Beş yaşında ikən  Kiramən-katibin mələklərini, Övliyanın  ruhlarını və küçədəki cinləri görərdi. (Nəfəhat)

         Ney və nağara çalmadı. Dönmədi, rəqs etmədi. Bunları sonradan gələn cahillər uydurdu.

         Farsca olan divanında 30 min, Məsnəvisində 47 min beyt vardır.  Daha bir çox qiymətli əsərləri də vardır.

         Nəqşibəndi təriqətinin böyüklərindən Abdullah Dəhləvi həzrətləri, “Mövlana Cəlaləddin,  Övliyanın böyüklərindən və əhli-sünnət alimlərindən  idi” buyurdu. Yenə buyurdu ki:  “Üç kitabın bənzəri yoxdur. Bunlar, Quranı-kərim, Buxariyi şərif və Cəlaləddini Ruminin Məsnəvisidir.” (Məkatibi şərifə m.107)

         Yəni, Övliyalıq yolunun kəmalatını bildirən kitabların ən üstünü Məsnəvidir. Övliyalıq və peyğəmbərlik yollarının kəmalatını və incəliklərini bildirməkdə isə, İmam Rəbbaninin “Məktubatı”nın bənzəri yoxdur. (S. Əbədiyyə)

         Onun müxtəlif din, məzhəb, soy sahibi kimsələri özünü heyran buraxan mərhəməti, insan sevgisi, təvazö, könül səmimiliyi kimi üstün xüsusiyyətləri, mənsub olduğu İslam dininin yüksək əxlaq tələqqisindən bəzi örnəklərdir.   Onda bunlardan başqa İslam Əxlaqının digər xüsusları da kamal dərəcədə  mövcuddur. Bunların hamısını saymaq, İslamı tam olaraq anlamaq və anlatmaqla mümkün olar. Həzrəti Mövlananı yalnız bir mütəfəkir, şair, humanist kimi düşünmək və beləcə anlamağa çalışmaq əsl varlığı buraxıb hər hansı bir xüsusiyyəti içində sıxışıb qalmağa bənzəyər. Bu isə, heç olmasa Mövlananı, çox əskik və yarım anlamağa, hətta heç anlamamağa səbəb ola bilər. Necə ki, Həzrəti Mövlananı, sözlərini, yolunu anlamanın açarını özü belə dilə  gətirməkdədir:

Mən sağ olduğum müddətdə Quranın köləsiyəm.

Mən Muhamməd muxtarın yolunun tozuyam.

Mənim sözümdən bundan başqasını kim nəql edərsə,

Mən ondan da bizaram, o sözdən də bizaram.

         Təsəvvüf dəryasına dalmış bir Haqq aşiqidir. Elmi, təşbehləri, sözləri və nəsihətləri bu dəryadan saçılan hikmət damcılarıdır. O, bir təriqət qurucusu deyildir. Yeni üsullar və ibadət şəkilləri ortaya çıxarmamışdır. Ney, nağara, saz kimi müxtəlif çalğı alətləri çalınaraq edilən mərasimlər və ayinlər, Həzrəti Mövlananın vəfatından 3-4 əsr sonra meydana çıxmışdır. Halbuki o, ney və nağara çalmadı. Dönmədi, rəqs etmədi. Bunları sonra gələnlər uydurdu. 24 mindən çox beyti ilə dünyaya nur saçan Məsnəvisinə, hər ölkədə, bir çox dillərdə şərhlər edilmişdir. Ən qiymətlisi Mövlana Caminin kitabı olub bunun  da şərhləri vardır. Türkcə şərhlərindən, Ankara valisi Abidin Paşanın şərhi çox qiymətlidir. Abidin Paşa bu şərhində neyin, kamil insan olduğunu isbat etmişdir.

         Mövləvilik, cahillərin əlinə düşdüyündən, bunlar neyi çalğı sanaraq, ney, nağara kimi şeylər çalmağa, dönməyə başlamışlar.  İbadətə, İslam dinin  qadağan etdiyi çirkin şeylər qarışdırmışlardır.  Həzrəti Mövlana,buraxın ney çalmağı, oynayın dönməyi, yüksək səslə zikr etmədi.  Necə ki Məsnəvisində deyir ki:

Pes zi can kün, vaslı Canan-ra tələb

Bi ləb-ü qəm miqu namı Rabb.

 

Mənası budur:

O halda, Canana qovuşmağı,  cani könüldən istə

Dodağını oynatmadan, Rəbbinin adını  ürəyindən söylə.

         Bu gün, bu təsəvvüf ustadının türbəsinə sonradan qoyulan çalğı alətlərini görənlər, işin gerçəyini bilməyənlər, bu mübarək şəxsin çalğı çaldığını, bu alətlərin onun olduğunu zənn etməkdədirlər.  O həqiqət günəşini yaxından tanıyanlar, bunlara əlbəttə etibar etməz.  Zatən bu böyüklər, şübhəli şeylərdən qaçdıqları kimi, mübahları belə məhdud və ölçülü istifadə etmişlərdir.

Hikmət dolu sözlərindən bəziləri bunlardır:

Sünnəti səniyyəyə tam tabe olmaq lazımdır.

Halal qazanıb, halaldan yeməlidir. Hər hərəkəti Rəsulullah əfəndimizə uyğun olmalıdır.

Tənhalıqda, tək qalınca da günahdan çəkinməlidir.

Nəfsi məğlub etmək üçün, onu tərbiyə etməli, istədiyi hər şeyi verməməli, ən təsirlisi, oruc tutmaq, az yatmaq və gecə namaz qılmaqdır.

Həqiqi bir alimə təslim olmalıdır.

Gizli və aşkar Allahü təaladan qorxun. Günahlardan çəkinin. Az yeyib, az yatın, az danışan. Çox oruc tutun. Vaxtınızı namaz qılaraq qiymətləndirin. Şəhvəti tərk edib, səfehlərlə, cahillərlə mübarizə aparmayın. Onlarla oturub qalxmayın.  Həmişə yaxşı insanlarla birlikdə olun. Ya  xeyr danışın və ya  susun. İnsanların çətinliklərinə səbir edin. Bilin ki, insanların ən xeyirlisi insanlara ən faydalı olandır.

Oğlu Sultan Vələdə nəsihətlərində belə buyurdu:

“Ey oğlum! Hər vaxt elm, ədəb və təqva üzrə ol. Hər zaman din böyüklərinin əsərlərini oxu, Haqq yolundan ayrılma. Fiqh öyrən, cahil sofulardan olma. Namazını hər zaman camaatla qıl. Şöhrət istəmə, çünki şöhrət  fəlakətdir. Mövqe düşkünü olma. Yazdığın şeylərdə adını yazma.  Məhkəməlik işin olmasın. Kimsəyə zamin olma. Xalqın işlədiyi işlərə qarışma. Dövlət böyüklərinin uşaqlarıyla yoldaşlıq etmə. Uzlətə çəkilib tək qalma. Çox danışma. Az söylə və insanların pislik və əyrilərindən aslandan qaçar kimi qaç.  Qadınlardan çəkin. Zənginlərlə oturub qalxma. Halal ye və şübhəlilərdən qaç.  Dünya malına tamah salma. Dünya arzusu dinin yox olmasına səbəb olar. Çox gülmə, çox gülmək qəlbin ölümüdür. Hər kəslə şəfqətli ol. Zahirini bəzəmə.  Zahirin bəzəyi, daxilinin, ürəyinin, ruhunun xarab olduğunu göstərər.  Başqalarıyla mübarizə etmə və heç kimsədən bir şey istəmə. Kimsədən iş buyurma. Üləmaya, övliyaya mal və canla xidmət et.  Din böyüklərinin hallarını, kəramətlərini  inkar etmə. İnkar edən məhrum qalar.”

Tələbələrinə də buyurdu ki:

“Ey bizi sevənlər!  Sevimli Peyğəmbərimizin getdiyi haqq yolundan gedib bu yolu əhya etməli. Allahü təalanın sevdiyi əməllər, ibadətlər ilə, halal yollardan uşaqlarının ehtiyaclarını qazanaraq, razı olunan qullar zümrəsinə daxil olmalı. Həmişə halalı istəməlidir. Söylədiklərimiz, dinlədiklərimiz, düşündüklərimiz həmişə halal olmalıdır. Hər hərəkətimiz də Peyğəmbər əfəndimizin hal və hərəkətlərinə uyğun olmalıdır. Hər kəs bir sənətə sahib olmalı və din elmlərini yaxşı öyrənməlidir. Bunu xüsusilə istəyirəm. Bizim yolumuzda olanlara, qiyamət günü köməkçi olar, üzlərinin ağ olmasına çalışarıq. Ancaq ədəbə riayət etməyənlər və Haqq yoluna müxalifət edənlər qiyamət günü  bizi görə bilməz.”

        RƏVAYƏTLƏRİNDƏN BIR NEÇƏSİ

        İndi əksinə cavab ver.

        Alim bir şəxs, “Bu gün Mövlana tərtib edilən bu məclisdə nə söyləsə, qarşı gəlib, əksinə cavab verəcəyəm” dedi.  O sırada Həzrəti Mövlana qapıdan içəri girib  buyurdu ki:  La ilahə illallah Muhammədun Rəsulullah deyirəm. İndi əksinə cavab ver görək.

Bu halı görən o qürurlu alim, tövbə edib ustadın əlini öpərək sadiq tələbələrdən oldu.

         Ona layiq ibadəti kim edə bilər.

         Xanımı anladır:

         Bir gün namaza durdu.  Quranı-kərim oxuyar, bir tərəfdən də gözlərindən yaşlar axıdırdı. Evdəkilərlə birlikdə onun bu halına heyrətlə baxırdıq.  Namazdan sonra hər zamankı kimi təsbehini çəkib duasını etdi. Onun bu halı mənə çox təsir etdi, ağlamağa başladım. Sonra, “Ey əfəndi, biz günahkarların ümidi sənsən. Bu qədər çox ibadətinlə belə qorxar, ağlar, yalvarırsan, biz bu tənbəl halımızla qiyamətdə nə edərik” dedim.

And içərək belə söylədi:

Allahü təalanın mənə verdiyi nemətlərin, ehsanların yanında mənim etdiyim ibadət, yalvarışlar və bütün hərəkətlərim, çox qüsur və sonsuz nöqsandan başqa bir şey deyil. Bütün bu qorxu və yalvarışlarımla,  Ey Kərim olan Allahım! Mənim kimi bir acizin, bir çarəsizin qüvvəti və taqəti ancaq bu qədərdir, üzrlü buyur, ya Rəbbi, demək istəyirəm. Yoxsa Ona layiq bir ibadəti kim edə bilər?

 

          Sən qurd olursan.

          Bir gün Səlcuqlu Sultanı İzzəddin Keykavus Onu ziyarətə gəlmişdi. Həzrəti Mövlana ona sultanlara layiq iltifatı göstərmədi. Sultan bu hala təəccüb etdi və tövazö ilə; “Əfəndim, mənə nəsihət edin” dedi.

Sultana bunları söylədi:

         Sən nəsihətdən anlayarsanmı? Sənə quzulara çoban ol deyilmiş, sən qurd olursan. Sənə insanlara keşişçi ol deyilmiş, sən oğru olursan. Səni Sultan edən Allahü təalanın deyil, şeytanın sözü ilə hərəkət edirsən.

Sultan ağlayaraq çölə çıxdı. Mədrəsənin qapısında başını açıb tövbə etdi, Ya Rəbbi, Mövlana mənə sənin adını söylədi. Mən yazıq qul olaraq da sənə yalvararam.  Mənə acı və məni doğru yolda saxla, deyərək peşmanlıq içərisində oradan ayrıldı.

         Bu qızılları palçığa atın.

        Səlcuqlu Sultanı Rüknəddin Həzrəti Mövlanaya beş kisə qızıl göndərdi. Tələbələrindən Məcdüddin qızılları bildirincə Həzrəti Mövlana, “məni sevirsənsə, bu qızılları çöldəki palçığın içinə at” buyurdu. Əmr dərhal yerinə yetirildi.  

Dünyaya düşkün olan kimsələr bunu eşidib palçığın içində qızılların axtarışa başladılar.  Fəqət üstləri, başları, üzləri palçıqdan görünməz hala gəldi.

Həzrəti Mövlana, tələbələrinə onların bu vəziyyətlərini göstərərək buyurdu  ki:

Bu qızıllar bu gördüyünüz dünya əhlinin üstünü başını batırdığı kimi, axirət əhli olanların da ürəyini çirklədər. Müxtəlif günahlara sövq edib, ibadətlərdən saxlayar. Dünya üçün çalışmayın demək istəmirəm.  Dünya malının sevgisini ürəyinizə qoymayın deyirəm.  Heç ölməyəcəkmiş kimi dünyaya, sabah öləcəkmiş kimi axirətə çalışmaq lazımdır. Burada diqqət ediləcək nöqtə, ehtirasa qapılmadan qənaət üzrə olmaqdır. Dünyada axirət səadəti üçün çalışmalı, qazanmalı, niyyəti düzəltməlidir. Çünki İslamiyyət insanlara faydalı olmağı əmr edər. Ən böyük səadət, ən böyük sərmayə halalından qazanıb, xeyir və gözəl işlər görüb axirətə göndərməkdir. Buna baxmayaraq əsl sərmayə, mal, mülk, pul sahibi olmaq deyil,  elm, əməl, ixlas və gözəl əxlaq sahibi olmaqdır.

        Qızıl düzəltmə elmi.

        Bədrəddin Tirmizi adlı bir şəxs simya (kimya) elmi ilə məşğul olurdu. Həzrəti Mövlananın adını eşidərək Konyaya ziyarətinə gəldi.  Əvvəlcə oğlu Sultan Vələdə gedərək düzəldəcəyi qızıllardan hər gün bir miqdarını tələbələrinə verəcəyini vəd etdi. Bu xəbəri Mövlanaya çatdırdılar, lakin o heç cavab vermədi.  Bir neçə gün sonra Bədrəddinin çalışdığı yerə getdi. Bədrəddin simya elmi ilə qızıl düzəltməyə çalışırdı. Mövlananın gəldiyini görəndə ayağa qalxdı.  Mövlana, oradakı dəmirdən, misdən və digər mədənlərdən edilmiş əşyaları tək-tək alıb Bədrəddinə verməyə başladı. Bədrəddin hər əlinə gələn əşyanın xalis qızıldan olduğunu heyrətlə gördü. Bədrəddinin çaşmış bir halda ona baxdığını görüncə Həzrəti Mövlana ona buyurdu ki:

“Qardaşım, simya ilə məşğul olmağı burax. Çünki sən axirətə gedincə, simya dünyada qalacaq. Sən elə bir simya ilə məşğul ol ki, səninlə birlikdə axirətə getsin. Həmin elm din elmidir. Bu, ürəkdən masivayı, yəni Allahü təaladan başqa hər şeyin sevgisini çıxarıb Allahü təalanın bəyəndiyi şeyləri ürəyə doldurmaqla olar.

         Mövlanaya həvalə olundu.

         Sultan Mahmudun saray nazirlərindən Halət əfəndi, mövləvi idi. Mövlana  Xalidi Bağdadinin şöhrət və etibarını gözü götürməyərək onu xəlifəyə şikayət etdi və  “On minlərlə adamı vardır. Dövlət və səltənət üçün təhlükəlidir. Ortadan qaldırılması lazımdır” dedi. Sultan Mahmud da “Gerçək din adamlarından dövlətə zərər gəlməz” deyərək sözünə qiymət vermədi. Mövlana Xalidi Bağdadi həzrətləri bunu eşidincə, xəlifəyə xeyr-dua edib “Halət əfəndinin işi piri Cəlaləddini Rumi həzrətlərinə həvalə olundu. Onu hüzuruna çəkib cəzasını verəcəkdir”  buyurdu. Az vaxt sonra Sultan Mahmud xan, Mora üsyanına səbəb olduğu üçün  Konyaya sürgün edildi.  Orada da edam oldu.

        Bir duası.

Ey əfvi çox olan, günahları örtən Rəbbim, o günahlara görə bizdən  intiqam alma.

Ey məxluqatın, varlıqların canlıların ehtiyacını görən Rəbbim! Sən var ikən heç bir kimsəni xatırlamaq və ondan bir şey ümid etmək layiq deyildir.

Ey ehsanı çox olan Rəbbim! Cəfa içində keçən gedən ömrə mərhəmət et.

Ey bağışlamağı sevən Rəbbim! Bizi əfv et. Üsyan dərdimizə çarə qıl.

         Ey kömək istəyənlərin köməkçisi! Bizi hidayətə çıxar.

Ey aləmlərin yaradıcısı! Qaralmış, qatılaşmış, sanki daş kimi olmuş olan ürəyimizi şam kimi yumşalt, fəryadımızı, ah-vahımızı, xoş et ki, rəhmətini çəksin.

Ya Rəbbi,  halımıza görə rəftar etmə. Öz ikram və lütfkarlığına görə rəftar et.

Kərəm və lütfünlə hidayət etdiyin qəlbi təkrar pozğunluğa meyl etdirmə.

Ya Rəbbi, dua və yalvarışlarımızda sənə layiq olmayan sözləri bilməyərək söyləyib səhvlərdə olmuşsaq, o sözləri sən islah et və duamızı qəbul buyur. Çünki sözlərin Hakimi və Sultanı ancaq sənsən.

Ya Rəbbi! Sənə nə ərz edim. Çünki sən gizli və açıq hər şeyi bilirsən.”

         Həzrəti Mövlana.

Konyadan çıxarkən, nə gəlmişsə qəlbinə

Şama gedəcək ikən, uğradı Nusaybinə.

 

Zangoçlar və keşişlər xaçlara ibadət edirlər

İstidrac və sehrli, xalqa şou edirlər.

 

Tərs-tərs baxdıqdan sonra həzrəti Mövlanaya

Bir oğlan uşağını uçurtdular  havaya.

 

Mövlana Cəlaləddin, bir dua etdi o an,

Havada asılı qaldı, enmədi yerə oğlan.

 

Qorxudan ağlayaraq belə dedi o uşaq;

“Düşüb öləcəyəm, endirin məni tez!”

 

Keşişlər və zangoçlar yerə sərdi  qocuğu

Heç biri endirmədi, havadan o uşağı.

 

Uşaq elə hey qışqırır: “Bu elə də deyil asan,

O şəxsin duasıyla oldu bu qəribə hadisə.

 

Ancaq onun duası, qurtarar məni bundan,

Yoxsa həlak olaram, yerə düşüb buradan.

 

Keşişlər məcbur qalıb, yalvardırlar neçə dəfə,

Dedilər: “ Dua et də uşağı endir yerə.”

 

Buyurdu ki: “Hara çatar bu işin sonu?

Kəlmeyi-şəhadət, qurtarar ancaq onu.”

 

Qorxub gözləyən uşaq, sevindi bu xəbərə

Şəhadəti söyləyib asanca endi yerə.

 

Keşişlər şahid oldu, belə bir kəramətə

İnsaf edib hamısı qovuşdu hidayətə.