Təqdir və diqqət cəlb etmək arzusu hər kəsdə vardır. Məsələn, bir qadın ərinin diqqətini çəkmək üçün yalandan xəstələnir. Bir uşaq barmağındakı yaranı ona-buna göstərib, onunla maraqlanmalarını istəyir. Böyüklər də uşaqlarından fərqli deyildir. Yazdığımız bir şeiri bir yoldaş bəyənsə, ona yazdığımız bütün şeirləri göstərməyə çalışaraq, bizimlə daha çox maraqlanmasını, bizi təqdir etməsini istəyirik. Bəzi insanların şəxsiyyət olma arzusu, onların ruhi xəstəxanalara düşmələrinə səbəb olmuşdur.
İşçilərin qüsurlarını mövcud müsbət hərəkətlərini təqdir etməklə düzəldilməyə çalışılmalıdır!
Bunu da unutmaq olmaz ki, riyakarlıqla olan təqdir zərərli ola bilər. Bir insanı onda olmayan bir xüsusiyyətlə tərifləsək, daxilində özü-özünə, Yox bir sən də!.. deyə bilər.
Bu halda işçinin mövcud olan müsbət cəhətlərini təqdir etmək lazımdır. Onun arzusu soruşulmalı, istəkləri ilə maraqlanmalıdır! Mən işçi olsaydım, rəhbərimdən nəyi gözləyərdim, deyə düşünməlidir!
İnsan əmr almaqdan xoşlanmır. Ona görə də, “Bunu belə et!” deməməli, “Bunu belə etsək olarmı? Mən belə bir şey düşündüm. Bu haqda siz necə düşünürsünüz?” kimi sözlər işçini incitməz, nəfsinin xoşuna gələr. Beləcə, işçi özünün əhəmiyyətli bir insan olduğuna inanaraq çalışma əzmi artar. Xülasə, necə idarə edilmək istəyiriksə, işçilərimizi də o şəkildə idarə etməliyik!
İşçilərə nə sərt, nə də mülayim davranmalı, hər zaman orta yolu seçilməlidir! Rəhbər, işçilərə qarşı çox mülayim davranarsa, hörmətsiz olar. İşlər ciddiyətlə icra olunmaz. Sərt davranılarsa, rəhbərdən nifrət edərlər.
Tanışlar və işçilər, çəkinmədən rəhbərin yanına girə bilməlidirlər. Yanına girməkdən çəkinən varsa, o rəhbərdə xeyir yoxdur.
В корзине: 0 шт.
на сумму: 0