* Yaxşılarla birlikdə olmaq çox mühümdür. Pis yoldaşdan qaç. Yaxşı yoldaşla dostluq etmək, pis insanlardan uzaq durmaq bu dinin təməlidir. Siz istədiyiniz qədər yaxşı olun. Yoldaşınız pisdirsə, siz bir gün pozulacaqsınız. Siz istədiyiniz qədər pis olun, yoldaşınız yaxşıdırsa bir gün yaxşı olacaqsınız. Bir otaqda yoluxucu xəstəliyi olan biri olsa, onunla bir adam 7 il bir yerdə qalsa, yoluxmama ehtimalı vardır, amma pis yoldaşla birlikdə olanın pis vərdişlərə yoluxmama ehtimalı yoxdur. Yəni mütləq yoluxacaq. Bir səbət sağlam meyvənin içinə bir ədəd çürük meyvə qoysanız hamısını xarab edəcək, bir səbət sağlam meyvə o bir çürüyü sağlam edə bilməyəcək.
* Ağıllı insan ölümü və axirəti düşünən, onu nəzərə alaraq tədbir alandır.
* Allahü təalanın qullarını incitməyin. Allahü təalanın sizə necə davranmasını istəyirsinizsə, Onun qullarına elə davranın.
* Soruşulan suallara verilən cavabların doğru və yerində olması, Allahü təalanın rızasını düşünməklə mümkündür. Soruşan da, cavab verən də Allah üçün etməlidir.
* Allahü təala heç bir məxluquna vermədiyi bir şeyi insana vermişdir. O da “eşq” dir. Dində çox sevgiyə eşq deyilir, insanların anladığı nəfsani duyğuya deyilmir, ona həvəs deyilir. Allah və Rəsuluna iman etməyən eşqi bilməz.
* Mühim olan qəlbdir. Bilik gedər, qəlb qalar. Kimdə nə var, nə yox Allahü təala bilir. Camaatla bir yerdə olanların qəlbləri birləşmiş qablar kimi bir-birindən istifadə edir. Buna görə də, salehlərlə bir yerdə olmağa çalışmaq lazımdır. Əhli-sünnət etiqadında olmayan saleh ola bilməz.
* Feyzin qaynağı ədəbdir.
* Əmrə itaət əsasdır. Bir bədəndə bir ağız olur.
* Fəlakətlərdən qurtulmaq, səadətə qovuşmaq üçün, kürəyinizi dünyaya, üzünüzü axirətə çevirin. Hədəf öndə olmalıdır. Önə nəyi aldığınıza yaxşı diqqət edin.
* Hər cür ibadəti edin, ancaq, istiğfarı tərk etməyin.
* Allahü təalanın mütləq yandıracağam dediyi təkəbbürlü kimsədir. Din qardaşlarımızı çox sevəcəyik, ancaq özümüzü əsla.
* Cənabı Haqq, “Sevgili qullarımı gizlədim” buyurur. Yalvarırcasına hər mömindən dua istəmək lazımdır. Çöldə susuz qalanın suya həsrəti kimi, hər möminin duasını almaq həsrətiniz olsun.
* Allahü təalanı sevməyin ilk şərti bütün müsəlmanları sevməkdir.
* Şərə alət olmamaq ən çox diqqət edilməsi lazım olan xüsuslardandır.
* Allahü təalanın bir qulunu sevib-sevməməsi, gördüyü işdən aydın olur. Alın yazımız icraatımızdır.
* İnsanlar nəyi tələb edirlərsə, Allahü təala onu asanlaşdırır. Hətta istəyənə istədiyini verir. Buna görədir ki, axirətdə heç kim bu iş başıma niyə gəldi deyə bilməyəcək. Çünki onu özü istəmişdi.
* Bəlalara səbr etmək, hətta şükr etmək lazımdır. Çünki, Allahü təalanın bir-birindən acı bəlaları vardır.
* Kafirlərə dəyər vermək müsəlmanlığı alçaltmaq sayılır.
* Vəlilərin heç biri, Peyğəmbər və Səhabənin (əshabı-kiram) mərtəbəsinə çata bilməz.
* Mübarizə insanı öldürmək deyil, insanı qurtarmaqdır.
* Böhran insanın daxilindədir, kənarda böhran yoxdur.
В корзине: 0 шт.
на сумму: 0