Facebook Twitter WhatsApp

Hər kəs öz sərmayəsindən istifadə edir

 * Ticarət qaydasına uyğun gözəldir. Ticarətin qaydası da, dürüstlükdür. Ticarətin qaydası aldatmamaq və aldanmamaqdır. Yəni, qul haqqından qorxmaqdır, qul haqqını qorumaqdır.

* Müsəlman dürüstdür, doğrudur, mərddir. Bunlar axır zamanda insanlarda itirilən xüsusiyyətlərdir. Zəmanə ilə ayaqlaşsaq, hər kəsin etdiyini etməyə başlasaq, bir fərq olmaz. Fərqlilik etiqadda, fərqlilik dürüstlükdə, fərqlilik insanları Allah üçün çox sevməkdədir. Çünki Cənabı Haqqın yaratdığı ən şərəfli məxluqun qarşısındasan. 

* Dua almaq üçün əvvəlcə qarşındakının sevgisini, güvənini almaq lazımdır. İnsan sevdiyini dinləyir, insan sevdiyinə itaət edir. Sevgini itirənlər müvəqqəti bir müddət üçün bəlkə müvəffəqiyyətli kimi görünə bilərlər, amma o daimi deyildir. Müsəlman bu günün taciri deyil, sabahın taciridir. 

* Müsəlman əlindən və dilindən əmin olunan kimsədir. O, yalan söyləyə bilər, amma sən onun doğru söylədiyinə inanmalısan. O sidik, qan ola bilər, amma sən su olacaqsan. Çirkab çirkabla təmizlənməz, su ilə təmizlənir. Hər kəs üstündə olanından verir. Hər kəs öz sərmayəsindən istifadə edir. Müsəlmanlığın tərifinə görə çalış. Peyğəmbər əfəndimiz Müsəlman əlindən və dilindən əmin olunan kimsədir və Yaxşılıq edənə yaxşılıq et, pislik edəni əfv et buyurmuşdur. 

* Siz siz olun əsla təkəbbürlənməyin. Təkəbbürün ucunda, sağında, solunda şirkə doğru yol var. Allahü təala bəzi səlahiyyətlər, bəzi imkanlar, bəzi gözəlliklər verdiyi zaman çox qorxmaq lazımdır. Bunun bir imtahan olduğunu anlamaq lazımdır. Yoxsa, mülkün sahibi Allahdır. Gözü, qaşı verdiyi kimi almağı da bilir. Mükəmməl görən insanların bir müddət sonra görə bilmədiklərini hamımız bilirik. O halda göz bir nemətdir. Ağıl bir nemətdir, ağılsız insanlar da çoxdur. Sağlamlıq bir nemətdir, xəstəxanalar dolub-daşır. Azadlıq bir nemətdir, həbsxanada insanlar çürüyür. Nemətləri özünüzdən bilməyin, nə varsa hamısı Allahü təaladandır, Ona çox şükr edin. Günahlarınız üçün tövbə edin, təkəbbürlənməyin, yoxsa həlak olarsınız. 

* Hər hansı bir möminə baxdığın zaman, onun haqqında heç bir narahatlıq, heç bir şübhə olmadan bütün hüceyrələrinlə sevməlisən. Bu sevgidə cüzi bir mənfəətin olmamalıdır. Ən cuzi bir çıxarın olmamalı, düşünülməməlisən. Ona necə yaxşılıq edə bilərəm, nə verə bilərəm deyə, bütün canınla-ciyərinlə, qəlbinlə ona təslim olmalısan. O da insandır, onun da qəlbi var. Qarşındakı insana heç bir narahatlıq, heç bir şübhə olmadan tam təslimiyyət, məhəbbət bəslədikdə, o da təbii ki, qarşısındakını sevəcəkdir. Çünki bu sevgidə ilahi bir sevgi vardır. Yəni, Allaha gedən yolda sevgi var. Sonsuza gedən sevgidə çarpışma olmaz. Amma mənfəətə bağlı sevgilərdə, arada daim qarşılıqlı qazanclar, mənfəətlər var. Sonunda mütləq münaqişə olur, mütləq keçimsizlik olur. 

* İnsan, Cənabı Allahın bir verdiklərini, bir də vermədiklərini düşünsün. İnsan, Allahü təalanın əmrində və Onun imkan dairəsində bir kölə kimidir. Heç kim Allahü təala ilə bazarlıq edə bilməz. Mömin, etdiklərini deyil, edə bilmədiklərini düşünməlidir. Etdiyimiz ibadətləri deyil, edə bilmədiklərimizi düşünək, çünki etdiklərimiz də tövbəyə möhtacdır, tövbələr də tövbəyə möhtacdır...

Heç bir müsəlman, heç bir zaman, heç bir şeyden ötrü, heç bir şəkildə, heç bir şikayət etməsin. Çünki şikayət etmək, nemətləri unutmaqdır. O nemətlər ələ keçdiyi zaman, dərhal tövbə istiğfar etmək lazımdır. Mümkün deyil ki, səbrin sonu salamat olmasın. Səbir müddətindən yaxşı istifadə etmək lazımdır. Əgər bu müddətin sonunu gözləməsək, bütün bəlalar artar, daha çoxalar. Əgər, o səbri, zamanını doğru istifadə etsək, sonu salamat olacaq. Bunu yaxşı bilin ki, zənginlikdə Allaha ibadət daha çətindir. Çünki zənginlikdə nəfsin bütün arzuları oyaqdır, yoxluqda onsuz da yoxdur. Amma var ikən nəfsi əyləcləmək daha çətindir. Xülasə, heç birimiz nə oldum dəlisi olmayaq və insanların təqdirlərinə qulaq asmayaq, daha doğrusu, əslimizi unutmayaq. Əslimiz bir ovuc torpaqdır. Cənabı Haqq, bir istifadə səlahiyyəti, imkanı verib, bunu da, ya xeyirdə, ya da şərdə istifadə edəcəyik. Gəlin, nəyimiz varsa xeyirdə istifadə edək. Xeyirli nəticələr alaq. Şərdə istifadə etsək, təbii ki, şərlə qarşılaşacağıq. Axirətdə Cənnətdən və Cəhənnəmdən başqa yer yoxdur, unutmayaq.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину