* Məzardakıların peşman olduqları şeylər üçün, dünyadakılar bir-birini yeyirlər.
* İnsanda xəyalların, idealların yerini xatirələr almağa başlayıbsa, yaşlılıq başlayıb deməkdir.
* Qəlb nə ilə doludursa, dodaqlardan tökülən odur.
* Elə insanlar gördüm ki, əynində paltarı yoxdur, elə paltarlar gördüm ki, içində insan yoxdur.
* Pul hər şeyi edər deyən adam, pul üçün hər şeyi edən adamdır.
* İstədiyiniz bəzi şeylərə sahib ola bilməmək, xoşbəxtliyin bir hissəsidir.
* Kiçik şeylərə gərəyindən çox əhəmiyyət verənlər, əlindən böyük iş gəlməyənlərdir.
* Bir çox insan xoşbəxtliyi burnunun üstündə unutduğu eynək kimi ətrafda axtarır.
* İnsanların hazırladığı saxta pullardan çox, pulların düzəltdiyi saxta insanlar vardır.
* İnsanlar sahib olduqlarını kiçildib, sahib olmadıqlarını böyüdürlər.
* Budaq küləyi əfv etmişdir, amma o artıq bir dəfə qırılıb.
* Söz qəlbdən çıxarsa qəlbə qədər gedər, dildən çıxarsa qulağı ötməz.
* Bildiyini bilənin arxasından gedin. Bildiyini bilməyəni, oyandırın. Bilmədiyini bilənə, öyrədin. Bilmədiyini bilməyəndən uzaq durun.
* Gül verən bir əldə daim bir az gül ətri qalır.
* Zərurət olmadıqca başqalarına iş həvalə edilməz.
* İnsanlar arasında ixtilafların zühur etməsinin səbəbi, hər kəsin dünya mənfəətini düşünüb, ona uyğun davranmasıdır.
* Etirazdan küfür iyi gəlir. Yaxşı, baş üstə demək ruhun, etiraz etmək nəfsin istəyidir.
* İslamiyyət bəli deməkdir. Nəfs xeyr deməkdir.
* İtaət ağıldandır. Hər ağıldan daha üstün ağıl vardır.
* Şöhrətin insana verəcəyi şey sıxıntıdır.
* Bir ata övladlarının yaxşı keçinməsinə çox məmnun olur. Allahü təala da qullarının yaxşı keçinməsinə sevinir. O halda hamıyla yaxşı keçinin.
* Əsla bəd dua etməyin.
* İnsan demək aciz deməkdir.
* Nə qədər sevirsən sev, bir gün ayrılacaqsan.
Nə qədər toplayırsan topla, bir gün qoyacaqsan.
Nə qədər yaşayırsan yaşa, bir gün öləcəksən.
Nə edirsən et, bir gün hesabını verəcəksən.
В корзине: 0 шт.
на сумму: 0