* Elektrik ampulda parıldayaraq bəlli olur. Əslində ampulda elektrik yoxdur, ancaq orada varlığı məlum olur. İnsanda da Allahü təala ürək adlanan ət parçasında eynilə o ampuldakı elektrik kimi qəlb adlanan görünməyən qüvvəni yaratmışdır. İnsanın daxilindən və xaricindən gələn hər şey bu qəlbdə toplanır. Qurani-kərim oxuyur, təsbeh çəkir, pis düşüncələr, ağıldan, nəfsdən, duyğu orqanlarından gələn hər şey burada toplanır. Qəlb bu qədər qarışıq təsirlər içərisində nə edəcəyinə qərar verməlidir. Çünki beyin qəlbdən nə əmr gəlirsə onu etdirir. Yaxşı, ya pis, xeyir və ya şər olsun, beyin razılıq verir və qəlbin söylədiyini etdirir. Nə əmr etsəniz onu edəcəyəm deyir. Ona görə də, qəlbin bu qarışıq duyğular, fikirlər içərisində doğru qərar verə bilməsi üçün güclü, sağlam olması lazımdır. Allahü təala insanın içinə nəfs qoymuşdur. 24 saat hər nəfəs, hər an, bütün ömür boyu bu kafir daima Allahü təalaya düşmənlik edəcəkdir. Bunu beləcə bilmək lazımdır. Bütün bu pisliklərin əsli daxilimizdədir. Bunu belə də bilib, qəbul etməliyik.
Bəs Allahü təala nəfsi niyə yaratdı, niyə bu qədər pis şeyi daxilimizə qoydu? Nəfsin bu qədər pislikləri yanında faydaları da vardır. Çünki nəfs olmasa heç kim iş görə bilməz, çalışmaz, inkişaf etməz, evdən çıxmaz, heç bir şeyə qarışmaz. Bütün bunların olması üçün nəfs lazımdır. Məsələn, elektrik nə qədər faydalıdır, insanları məhv edən silahları atəşləyən, gecələri fühş etdirən, pis yayınları çıxaran da budur. Su da çox faydalıdır, susuz həyat olmaz. Sellər, boğulmalar, evləri dağıdıb xarab edən də elə sudur...
Allahü təala daxilimizə belə bir nəfsi qoydu, amma bununla yanaşı insana hər zaman doğrunu göstərən, yaxşını pisdən, əyrini və doğrunu müqayisə edən bir meyar, ölçü aləti verdi. Bu da ağıldır. Ağlın vəzifəsi; daxildən və xaricdən gələn qarma-qarışıq şeylərin əyrisini doğrusunu qəlbə bildirməkdir. Ağlın da doğrunu tapa bilməsi üçün, bu qarışıq şeylərə dalmaması üçün sağlam, səhhətli olması lazımdır. Ağıl necə səhhətli olur? Ağlın sağlam olması üçün kəfən geyinməlidir. Peyğəmbər əfəndimiz, “Yeriyən ölü görmək istəyən Əbu Kuhafənin oğluna[Əbu Bəkrə] baxsın” buyurdu. Çünki Həzrəti Əbu Bəkir (radıyallahü anh) özünü hər an kəfən içərisində görərdi. Əshabı-kiramın ən ağıllısı idi. Çünki özünü bir an kəfənin xaricində görmədi. Buna görə də ağlın doğru qərar verə bilməsi üçün ölümü və ölümdən sonrasını heç unutmaması lazımdır. Əgər ölüm unudularsa o zaman dünyaya görə hərəkət edər. Halbuki axirət sonsuzdur. Bu xarab ağla (axirəti, ölümü unutmuş, dünyaya dalmış ağla) ağlı-məaş deyilir, bu yanılır. Ölümü unutmayan, axirətə görə qərar verən ağla, ağlı-muad deyilir. Ağlı-səlim budur. Ona görə də, doğru yazılmış elmi-hal kitabları oxunmalıdır.
Ağıl qəlbə doğrusu budur, belə et, deyir. Bəli hamımız bunları, elmləri bilirik, hər şeyi öyrəndik, amma nəticədə bildiyimiz kimi ola bilmirik, bildiyimizə əməl edə bilmirik. Bəs indi nə edəcəyik? Çarə nədir? Hər şeyin çarəsi vardır. İki şeyin çarəsi yoxdur. Qocalıq və ölüm..
İmam Rəbbani həzrətləri bunun çarəsini çox asan, hər kəsin anlayacağı şəkildə iki üç kəlmə ilə bildirib:
“Özünə belə bir yoldaş tap”. [Yəni qurtulmuşlarla birlikdə ol]
Bu yoldaş zəngin, vəzifə sahibi deyil, süpürgəçi də ola bilər. Bu təqva işidir. Sən onu tap, buraxma, yapış, əl çəkmə...
* İnsanın nəfsi, Allahla qul arasında ən böyük əngəldir. İnsanın nəfsi, Allahü təalanın rızası ilə özü arasında ən böyük divardır. Bu divarı aşmaq lazımdır. Bu divar nədir? Bu divar şöhrətdir, Allah qorusun. Bu divar əmir olmaqdır, əmr vermək arzusudur. Təhlükəlidir. Bu divar təkəbbürdir, Allah qorusun çox təhlükəli, çox təhlükəli, çox təhlükəlidir... Çünki Cənabı haqq bir hədisi- qüdsidə “Bütün günahların cəzasını əfv edərəm, Əzəmət və Kibriya mənə məxsusdur. Kim bunda mənə ortaq olmaq istəyərsə, heç rəhm etmərəm, Cəhənnəmə ataram” buyurur. Bütün günahlara Allahü təala sifətlərı ilə düşməndir. Təkəbbürlü olana isə zatı ilə düşməndir. Bu divarların yıxılması üçün alətlər fərqlidir. Bunun dərmanı ibadət deyildir. Bunun dərmanı imam Rəbbani həzrətləri kimi bir Allah dostunu sevmək, onunla birlikdə olmaqdır. Onları sevən, kitablarını oxuyub yollarında olan, onunla birlikdə olmuş deməkdir.
В корзине: 0 шт.
на сумму: 0