* Qayə və hədəf Allahü təalanın rızasını qazanmaq olmalıdır, çünki biz Onun quluyuq. İkinci hədəf, Onun qullarını sevindirmək, atəşdən xilas etmək olmalıdır. Onun qullarına necə davransaz, O da sizə elə davranacaq. Dünyanı tələb etməməli, ölümü, hesabı unutmamalıyıq. Üzünüzü qəbirstanlığa çevirin. Çox rahat olar, çox xoşbəxt olarsınız. Dava yox, qırğın yox, xainlik yoxdur. Çünki qəbri tələb edən yoxdur. Sizə güləcəklər, rəhm edəcəklər, hətta çətin vəziyyətinizdə yardım da edəcəklər.
* Dinimiz düşüncə dini deyildir, əməl dinidir. Namazı istədiyin qədər düşün, Həcci istədiyin qədər xəyal et, orucu istədiyin qədər düşün. Qılmadıqdan, getmədikdən, tutmadıqdan sonra nəyə yarayar. Səfərə çıxmadan əvvəl niyyət et, çıxmadıqdan sonra olarmı? Ancaq əzmlə birlikdə niyyət olur. Təfəkkür ayrı bir şey, namaz qılmaq ayrıdır. Niyyət başqa... Niyyətə dünya qarışsa, ibadət sayılmaz.
Dünya məlundur. Dünyada Allah üçün olmayan şeylər də məlundur. Məsələn, namaz qılırıq, Allah üçün deyildirsə, o da məlundur. Oruc tuturuq, Allah üçün deyildirsə, o da məlundur. Yəni heçdir, hədər olmuşdur, rədd edilmişdir. Axirətdə Allah üçün olmayanlar atılacaq. Hər kəs, hər işində “Nə üçün etdin?” sualına cavab verəcək. Allah üçündürsə, tamamdır.
* Allahü təalanı tanıyan, bilən heç günah iş görə bilərmi? Nə qədər Allahü təalanı tanısanız, o qədər qorxarsınız. Əlbəttə Allahü təalanı ən çox tanıyan Peyğəmbər əfəndimizdir. Həm də ən çox qorxan da Odur, hədisi-şərifdə özü belə buyurur. Sonra Onun varisləridir, yəni əhli-sünnət alimləridir. Onların rəisi imam əzəm Əbu Hənifə həzrətləridir. Bu böyüklərə tabe olanə, xoşbəxt olar, məhrum qalmaz. Çünki onlar Allah üçün yaşayıb, Allah üçün danışıb, Allah üçün yazdılar, hər şeyləri Allah üçün idi. Belə olmaq onlara məxsusdur.
* Allahü təala dəyərilə deyil, bəhanəylə verir.
* Ədəb, müsəlmanın bariz xüsusiyyətidir. Yolun başı, ortası, sonu ədəbdir buyurulur. Ədəbsiz insanda nə Allah sevgisi, nə qul sevgisi olur.
* Fitnə çıxarmaq haramdır. İnsanları sıxıntıya salan fitnələrdən uzaq durulmalıdır. Hər fitnə bir hissəni aparır. Ən axırda əsər qalmır. Ona görə də, dinə xidmət etmək, yəni insanlara yaxşılıq etmək istəyən əvvəlcə özünə xidmət etsin. Yəni özünü hesaba çəksin. Etiqadı doğrudurmu, yeyib-içdiyi halaldırmı? Əhli-sünnət alimləri nə bildiriblər, özləri nə ediblər? Ən təsirli xidmət, gözəl nümunə olmaqdır. Yol işarəsi kimi olmaqdır. İstiqaməti göstərir, ancaq danışmır.
* Allah üçün olmayan malı yüklənmək hamballıqdır.
* Qəza və qədər dəyişməz, onları ancaq dua dəyişdirir, ona görə də hər kəsdən dua almağa baxın.
* Özünü haqq ilə məşğul etməsən, batil səni işğal edəcək. Haqq, əhli-sünnət etiqadını öyrənmək və tətbiq etməkdir.
* Bir şey nə qədər qiymətlidirsə, düşməni o qədər çoxdur. İman çox qiymətlidir. Buna görə düşməni də çoxdur.
* Mötəbər olan sondur. Son nəfəsdə “Allah” deyəcəyi yerdə, “Aman qurtar məni doktor!” deyən təhlükədədir. Necə yaşayarsınız, elə öləcəksiniz. Daim dəstəmazlı olan, son nəfəsdə Allah deyərək ölür.
* Xəstə olan dərman qutularını rəflərə düzsə, dərmanları istifadə etmədikcə nə faydası olacaq? Əhli-sünnət alimlərinin kitablarını rəfə düzüb oxumayan və ya oxuduğu halda əməl etməyən necə düzələcək ki?
* Bu dünya xəyaldır. Doğuş ilə ölüm arasında qısa bir məsafədir. Bu dünyadakıların heç biri bizə aid deyildir. Bizə aid olmayan şeylə lovğalanmaq ağıl işi deyildir. Hamısı burada qalacaqdır. Sadəcə varsa iman və ibadətlər gedəcək.
В корзине: 0 шт.
на сумму: 0