Hikmət əhli buyurur ki:
*Dünyada ən çətin iş qərar verməkdir. Yəni, bəli deməkmi, xeyr deməkmi. Allah qorusun, bəli deyiləcək yerdə xeyr deyilərsə, xeyr deyilməsi lazım olan yerdə də bəli deyilərsə, küfrə belə girmək olar. Böyük bir şəxsdən, “Hər zaman ustadınızdan bəhs edirsiniz, ustadınız sizə nə öyrətdi ki, həmişə ondan bəhs edirsiniz?” deyə soruşmuşlar. O şəxs də, “Ustadım mənə harada bəli deyilir, harada xeyr deyilir, kim sevilir, kim sevilməz, onu öyrətdi. Bu da mənə kifayət etdi” buyurmuşdur.
*Allah üçün istişarə etdikdə, Allahü təala ən yaxşısını qarşımıza çıxarır. İstişarə etmək, soruşmaq nəfsi qırır. Soruşmamaq nəfsi azdırır. Soruşa bilməmək təkəbbür əlamətidir.
Heç kim elminin çoxluğuyla iftixar etməməlidir, çünki ondan daha çox bilən vardır. İblis, mələklərin müəllimi idi. Elmi onu xilas etmədi, çünki bizim dinimizin üç səfhəsi vardır: Elm, Əməl, İxlas.
*Elm tək olaraq, insanı xilas etməz. Əgər bir insan bildiyi ilə əməl etməzsə, “Bildiyin halda niyə etmədin?” sualına cavab verə bilməz. Heç bilməmək var, bir də bildiyini etməmək var. Elm tamam, əməl də olunmuş, gözəl, amma deyəcəklər ki, bunu nə üçün etdin? İnsanlar təqdir etsin, afərin desin deyəmi? Allah təqdir etsin, Allah bəyənsin deyəmi? Allahü təalanı unudaraq, insanlar bəyənsin deyə iş görənlər, həm dünyada, həm axirətdə pərişan olacaqlar.
*İnsanın dini, yoldaşının dini kimidir. Yaxşı yoldaş seçən qurtular, pis yoldaş seçən, iflah olmaz, məhv olar. Hər tərəf tələdir, bu tələlərə düşmək də çox asandır. Bu tələləri bilən bir rəhbər olarsa, qorxmaq lazım deyil.
*Şeytan əvvəlcə, din qardaşının əleyhində danışdırır, pislədir. Əgər belə bir dedi-qodu olarsa, o atəşi dərhal başlanğıcda söndürmək lazımdır. Yoxsa böyük fəlakət olar. Böyüklər buyurur ki:
“Yanında din qardaşı pisləndiyində, ona sus deyənə, yüz şəhid savabı vardır”.
*Mömin torpaq kimidir, təvazökardır. Nə şikayət edər, nə şikayət edilər.
*Allahü təala qullarının dünyada və axirətdə xoşbəxt olması üçün din göndərdi. İslamiyyət Allaha gedən yoldur. Dinin əmr və qadağalarına tabe olan, dünya və axirətdə xoşbəxt olar.
*Heç kim Qurani-kərimi öz ağlına görə təfsir edə bilməz. Qurani-kərimin təfsiri Peyğəmbər əfəndimizin həyat tərzi və danışdıqlarıdır. Əshabı-kiram təfsiri gördü. Ən yaxşı Əshabı-kiram anladılar. Onlar da tələbələrinə başa saldılar. Onlar da kitablarına yazdılar və dörd haqq məzhəb belə ortaya çıxdı. Məzhəblər sonradan çıxma deyildir. Əshabı-kiramın hamısı müctəhid idi.
В корзине: 0 шт.
на сумму: 0