Facebook Twitter WhatsApp

Atəşdə sonsuz yanmaq nə deməkdir?

İmanı olmayan kimsənin Cəhənnəm atəşində sonsuz yanacağını Peyğəmbər əfəndimiz xəbər vermişdir. Bu xəbər əlbəttə doğrudur. Buna inanmaq, Allahü təalanın var olduğuna, bir olduğuna inanmaq kimi lazımdır.

Atəşdə sonsuz yanmaq nə deməkdir? Hər hansı bir insan sonsuz olaraq atəşdə yanmaq fəlakətini düşünərsə, qorxudan ağlını itirə bilər. Bu qorxunc fəlakətdən qurtulmağın çarəsini axtarar. Bu isə çox asandır. Allahü təalanın var və bir olduğuna və Muhamməd əleyhissalamın Onun son peyğəmbəri olduğuna və Onun xəbər verdiyi şeylərin hamısının doğru olduğuna inanmaq, insanı bu sonsuz fəlakətdən xilas etməkdədir. Bir insan, mən bu sonsuz yanmağa inanmıram, ona görə də belə bir fəlakətdən qorxmuram, bu fəlakətdən qurtulmaq üçün çarə də axtarmıram, deyərsə, o adama deyilməli ki: İnanmamaq üçün əlində sənədin, sübutun varmı? Hansı elm, hansı fənn inanmağına mane olur?
Əlbəttə sübüt göstərə bilməyəcəkdir. Sənədi, sübutu olmayan sözə elm, fənn demək olarmı? Buna zənn və ehtimal deyilir. Milliyonda, milyardda bir ehtimalı olsa da, sonsuz olaraq atəşdə yanmaq fəlakətindən uzaq durmaq lazım olmazmı? Bir az ağlı olan insan belə fəlakətdən uzaq durmazmı? Sonsuz atəşdə yanmaq ehtimalından qurtulmaq üçün çarəsini axtarmazmı? Aqibətini düşünməyənə necə ağıllı demək olar?

Loğman Həkim oğluna dedi ki: Ey oğul! Atəş yaxınlaşarkən ondan necə əmin olmaq olar? Dünyadan ayrılmaq mütləq ikən, ona necə meyl etmək olar? Ölüm necə ağıldan çıxa bilər? Onun gələcəyindən əsla şübhə edilməməlidir. Necə ki, yuxu var, ölüm də vardır. Yatan oyana bilər, lakin ölən oyana bilməz. Dirilərək oyandıqda da, iş işdən keçmiş olacaq.

Allahü təala, cəsarət və cürətlə günah işləyən və O, bizi əfv edər deyən qullarını sevməz. Günahları kiçik görməkdən daha zərərli bir şey yoxdur. Günahların kiçikliyini deyil, əsas kimin qoyduğu qadağaları pozduğunu düşünüb, həya etmək lazımdır.

Haqq təalanın sevdiklərinin yolunda olmaqla dünyaya düşkün olmaq, bir yerdə ola bilməz. Bu yolda olan bir kimsənin qəlbində dünyanın zərrə qədər dəyəri olarsa, yağdan tük çıxması kimi, asanlıqla bu yoldan çıxar. Allahü təala dünyanı əlimizlə tərk etməyi deyil, qəlbimizlə tərk etməyi istəyir və bəyənir.

İşlədiyimiz taət və ibadətləri bəyənməməliyik. O taət bizə xoş gəlməməli, bir ləzzət axtarmamalıyıq. İbadətini bəyənmək ucb sayılır. Yalnız Allahü təalanın əmri olduğu için, buyurulduğu kimi, yəni elmihal kitablarında bildirdiyi kimi əməl etmək lazımdır. Etdiyimiz ibadəti Haqq təalaya həvalə etməli və öz bəyənməyimizi şeytanın üzünə vurmalıyıq!


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину