Facebook Twitter WhatsApp

Atəşi bilən, şam kimi olar

Kim ölümə hazırlanarsa, xasiyyəti gözəl olar. İnsan yalnız atəşdə yanmağı düşünsə ağlı çıxar, şam kimi olar.

Əmir, vəzifə verdiyi yoldaşa tam güvənməlidir. Onun özündən də daha qabiliyyətli, ixlaslı olduğuna inanmalıdır. Bu çətin işdir, ancaq çox gözəldir. Əsl mömin belə olar.

Ehtiyaclar artdıqca sıxıntılar da artar.

Mürşidi-kamilin təyin etdiyi vəkilindən ayrılmaq, nifaq və xəyanət əlamətidir.

Böyüklərin yolu heç kimi düşmən etməmək yoludur.

Əhli-dünya, zil-zurna sərxoşa bənzəyir. Əqrəblə, ilanla birlikdə yatıb durur, zərərli olduqlarını bilməz. Nəsihət dinləməz, tövbə etməyə vaxt da tapmaz, ancaq öldükdə ayılar.

Əshabı-kiram elə insanlar idilər ki, Peyğəmbər əfəndimizi bir dəfə görməklə hər elmi qazandılar. Parçanın boyanı əmdiyi kimi... Və onlardan hər kim, hansı fənn sahəsində nə soruşdusa, məmnunedici cavablar aldılar. Hətta heyrətdən barmaqlarını dişlədilər.

Allahü təala bir qulunu sevərsə onu fakih edər, daha da çox sevərsə onu fiqhi yayan edər.

Böyüklərin üç vəsfi:
1- Ustadlarını onlardan çox sevən yoxdur.
2- Vaxtı onlardan yaxşı dəyərləndirən yoxdur.
3- Vəfalı olmaqda onlardan irəli olan yoxdur.

Hər an insan qərar verir. Bu qərarına görə də savab və ya günah yazılır.

İşi bilən deyil, baş üstə deyən dəyərlidir.

Əshabı-kiram Peyğəmbər əfəndimizə qovuşmaqdan başqa şərəf axtarmadılar. Qovuşmağın şərəfi, şərəflərin ən ucasıdır.

Peyğəmbər əfəndimizdən danışmaqla, İslamiyyət izah edilmiş sayılır.

İnsan, cüzi iradəsi ilə nə edirsə, nə ilə məşğuldursa, alın yazısı odur. Hər kəs alın yazısının iqtizasını [gərəyini] yerinə yetirir.

Böyüklərin qəlbi Cənnətin qapısı kimidir. Böyüklərin qəlbinə girən, Cənnətə girər.

Hər kəs bir sürünün çobanı kimidir. Çoban sürüsündən məsul olduğu kimi, hər Müsəlman da əmri altında olanlara görə məsuliyyət daşıyır. Bir insan olsa belə...

Böyüklərin sözünü dinləyənlər həm dünyada, həm də axirətdə rahat olarlar...

Bir qulun faydasız şeylərlə məşğul olması, Allahü təalanın onu sevmədiyinin əlamətidir.

Gülər üz, şirin dil, həya və ədəb, müvəffəqiyyətli olmağa səbəbdir.

Bir insanın ağlının kəmalı, dünyadan soyuması ilə anlaşılır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину