Facebook Twitter WhatsApp

Niyyət dəyişərsə, əvvələ qayıtmalı olarıq

Hikmət əhli buyurur ki:
Bir işin başındakı xalis niyyətimizi dəyişdirməsək, Allahü təala o iş haqqında üzərimizdəki neməti də dəyişdirməz, amma niyyət dəyişərsə, əvvəlinə qayıtmalı olarıq.

Böyüklərin xidmətlərində olanlar üç qrupdur:
1- Bu xidmətlərə dini-İslamın yayılması üçün ixlasla, yəni Allahü təalanın rızası üçün qoşulublar. Onlar məmnuniyyətlə çalışırlar, səmimidirlər. Onlar üçün son nəfəs qorxusu yoxdur. Nə versələr üzlərini turşudmazlar, Allahü təaladan gözləyərlər.
2- İxlasla çalışmazlar, Allahü təalanın rızasını düşünməzlər, amma məmnuniyyətlə çalışırlar. İşlərini sevdikləri üçün aldıqları pulu halal etdirmək istəyirlər. Onların niyyəti qarışıqdır. Ona görə son nəfəsləri də şübhəlidir.
3- Nə ixlasla, nə də məmnuniyyətlə çalışırlar. Nə niyyətlə çalışdıqları məlum deyildir. Sui-niyyətlidirlər, zorla çalışırlar. Onların sonu fəlakətdir.

Böyüklərin həyatlarını üç kəlmə ilə özətləmək olar:
1- Kitab oxumaq. Onlar ömürlərini kitabları yazmağa sərf etdilər.
2- Kitab paylamaq. Onlar əllərində çanta, çantada kitab, kəndlərə qədər getdilər, kitab payladılar.
3- Tələbələrinin bir-birini sevməsi. Birlik, bərabərlik, bölünməmək üçün çalışdılar.

Haqq gəldikdə batil mütləq zail olur. Ona görə də haqqı çatdırmaq lazımdır. Belə ki, lampanın yanıb işıq yayması üçün, xəttin döşənməsi və cərəyanın çatması lazımdır.

Qəlbindəki imanı yüksək dərəcədə olan kimsənin iki əlini bağlasanız dura bilməz, xidmət etmək istəyər. Belə ki, Sevgili Peyğəmbərimiz Həzrəti Əbu Bəkrə İslamiyyəti təbliğ edib, o da Müsəlman olduqda, “Ya Rəsulallah, mənim altı dostum var. İcazə verin onları da buraya gətirim, onlar da Müsəlman olsunlar” dedi.

Bu yolun böyüklərini tanıyan şəxs başqalarından yeni bir şey öyrənə bilməz. Ancaq böyüklərindən öyrəndiyi şeyləri, başqalarından da eşitdiyi zaman xoşuna gələr. Mən bunları eşitmişəm, amma şəkər ağza həmişə şirin gəlir deyər.

Böyüklər buyurmuşlar ki:
“Müxaliflərimiz olmasa, nifrət və ədavət edənlərimiz olmasa, özümüzdən və xidmətlərimizdən şübhə edərdik, çünki haqqın dostu da olur, düşməni də olur.”

Allahü təala bir qulunu sevərsə, onu incidən bir çox qulunu onun üçün fəda edər. Yəni ona iftira atanlar, qeybətini edənlər, zərər verənlər Cəhənnəmə gedərlər.

Bu zamanda rahat olmaq istəyən, özünə rəhm etdirsin, acizliyini ifadə etsin. Kimə? Əvvəlcə Allahü təalaya, sonra yaxınlarına.

İnad təkəbbürdəndir. Necə ki, gülün tikanı var, Müsəlmanda inad, bu tikanlar kimidir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину