Facebook Twitter WhatsApp

Feyzlərə qovuşmağın şərtləri

Hikmət əhli buyurur ki:
Səadətlərin başı, İmam Rabbani və ya Mövlana Xalidi Bağdadi həzrətləri kimi bir böyüyü və ya onların kitablarını tanımaqdır. Allahü təalanın sevdiyi qullarını sevdikdə, onlardan feyz alınır, bəhrələnilir. Onlardan feyz almağın əlaməti, dünyanı sevməməkdir.


Feyz, qəlbdən qəlbə gələn, insana Allahü təalanın razı olduğu şeyləri etdirən nurdur, bir qüvvədir. Allah adamlarının qəlbindəki feyzlər, nurlar, günəşin ziyası kimi, hər yerə yayılmaqdadır. İslamiyyətə tabe olan və bu şəxsləri sevən Müsəlmanların qəlblərinə feyz axar. Onların, bu feyzləri aldıqlarından xəbərləri olmaya bilər; lakin qəlblərinin təmizləndiyini anlayarlar. Qarpızın günəşin altında yetişdiyi kimi kamala çatarlar. Əshabı-kiram, Rəsulullah əfəndimizin söhbətində bu cür kamala çatdılar. Müsəlmanın feyz almasına mane olan ən zərərli şey, bidət sahibi olmasıdır.

Bütün feyzlərin qaynağı Peyğəmbər əfəndimizdir. Feyz, bütün dünyaya bu qaynaqdan yayılır. Bundan faydalana bilmək üçün də bəzi şərtlər vardır. Bu şərtlərə sahib olmayan, bundan faydalana bilməz. Bu şərtlər aşağıdakılardır:
1- Müsəlman olmaq: Müsəlman olmayan kəs nə qədər xeyirxah, nə qədər yaxşı xasiyyətli olur olsun, bundan istifadə edə bilməz. Axirətdə də Cəhənnəmdən qurtulması, Cənnətə getməsi mümkün deyildir.
2- Bidət sahibi olmamaq: Bidət sahibi olan kimsə Rəsulullah əfəndimizin sünnətindən, yolundan ayrıldığı üçün Ondan gələn feyzlərdən bəhrələnə bilməz.
3- Dinin əmr və qadağalarına tabe olmaq: Dinin qadağalarına tabe olmayan, əmrlərini yerinə yetirməyən, xüsusilə də namaz qılmayan, bu feyzdən bəhrələnə bilməz.
4- Ədəb sahibi olmaq: Ədəb, həddini bilmək deməkdir. Allahü təalaya, Rəsulullaha, Allah dostlarına və din qardaşlarına qarşı ədəbli olmayan, feyzdən istifadə edə bilməz.
5- Allah dostlarının yanında olmaq: Tam istifadə üçün söhbət şərtdir. Bu mümkün olmazsa, onların kitablarını oxumaq lazımdır. Oxumaq, söhbətin yarısıdır. Məsələn, yarım saat söhbətində iştirak edib feyzindən bəhrələnmək üçün, o şəxsin bir saat kitabını oxumaq lazımdır.

Suyun mənbəyi və keçdiyi yol, təmiz olmalıdır. Bu ikisi varsa, qaynaqdan istifadə etmək olar. Belə qaynaqdan bəslənən, haqqı batildən, doğrunu əyridən ayıra bilir. Ən çətin iş, haqqı batildən ayırmaqdır. Peyğəmbər əfəndimizin də, biz ümmətinə öyrətmək üçün, bu xüsusda duası var:
“Ya Rəbbi, doğrunu bizə doğru olaraq göstər, ona uymağı nəsib et və yanlışların yanlış olduqlarını göstər, onlardan qaçınmamızı bizə nəsib et” buyurur. Biz də belə dua etməliyik!


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину